Üzümçülük və şərabçılıq sahəsində vaxtilə qazandığı şöhrəti yenidən özünə qaytarmaq yolunda olan Azərbaycanda, Dilbazi Şərab Evidə özünə məxsus yer tutmağı qərara alıb. Dilbazi Şərab Evi bu sahədə yeni texnologiyalar tətbiq etməklə yanaşı xarici bazarlarda layiqli yer tutmağı qarşısına məqsəd qoyub.
Qazaxın Xanlıqlar kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin müvafiq laboratoriyalarında aparılan analizlərin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsinə imkanlar olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Avropa və Gürcüstan üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar Dilbazi Şərab Evinin bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını və satışını təşkil edəcək şərtləndirən amillərdəndir.

Daha ətraflı

1970-80-ci illərdə Azərbaycanda üzüm plantasiyalarının sahəsi durmadan genişləndirilmiş, çoxlu sayda şərab emalı və istehsalı zavodları qurulub istifadəyə verilmişdir ki, bu da xalqın maddi rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Lakin 90-cı illərdə bir sıra sahələrdə olduğu kimi, üzümçülük də tamamilə məhvolma təhlükəsi ilə üz-üzə qaldı. Demək olar ki, mövcud bağların 70-80%-i müəyyən səbəblər üzündən ləğv olundu. Həmin torpaqlar hətta bir müddət əkin dövriyyəsindən kənarda qaldı.
1970-80-ci illərdə Qazaxda 4 min hektar üzüm bağı, eyni zamanda 6 ədəd şərab emalı müəssisəsi olmuşdur. Hazırda Qazaxda 300 hektardan artıq üzüm bağı mövcuddur. Bu bağların isə böyük hissəsi son 6-7 ildə salınmışdır. Qazax üzümçülüyün qədim vətənlərindən olmaqla yanaşı Azərbaycanda sənaye üzümçülüyünün ilk inkişaf etdirildiyi ərazilərdəndir. Vaxtilə Qazaxda məskunlaşmış alman koloniyaçıları şərabçılığın sənaye üsulu ilə inkişafını həyata keçirmişdilər. Bu bölgədə yaşayan əhali üzümçülüklə məqsədyönlü şəkildə məşğul olaraq Azərbaycanda əhəmiyyətli yer tutan onlarla qiymətli yerli üzüm sortlarını təbiətə bəxş etmişlər. Vaxtilə bölgənin düzən ərazilərində bitən texniki üzümlərdən yüksək keyfiyyətli desert şərablar istehsal olunurdu.

Abunə olun

Yeniliklərdən xəbərdar olun