Bu gün «Xanlıqlar» deyə tanıdığımız, tarixən isə adı vaxtaşırı dəyişikliyə
uğramış bu yaşayış məntəqəsi Qazax Öikəsinin (Qazax Sancağı, Qazax Livası, Qazax Mahaiı)
qədim türk yaşayış məskənlərindən biridir. Xanlıq və çarlıq dönəmində
əkinə yararlı torpaqları Dilbazi ağalarına məxsus olmuşdur.
Bəlli olduğu kimi, keçən onilliklərdə bu məkanda aparılmış
arxeoloji qazıntılar zamanı kəndin yaxınlığında dəmir dövrünə aid
(eramızdan öncə 8-6-cı əsrlər) daş qutu qəbirlərdən,
eləcə də küp qəbirlərdən ibarət arxeoloji abidə üzə çıxarılmışdır.
Bu tədqiqatlar zamanı eləcə də boz və qara rəngli qablar,
dəmirdən hazırlanmış nizə ucluqları və s. yerli və gətirilmə
məmulatlar aşkar edilmişdir. Xanlıqlar camaatının keçmiş
yüzillərdə məskunlaşdığı ərazi - Coğaz(an)
və Ağstafa çaylarının arasında Babadərviş məqbərəsinə görə
Babadərviş adlanan və keçən yüzilin 50-ci illərindən arxeoloji baxımdan
böyük önəm kəsb edən məkan və burada aşkarlanan tapıntılar barədə
söz deməmək olmaz. Arxeoloqlardan professor İ.H. Nərimanov
və Q.S. ismayılovun burada 1958-1966-cı illərdə apardıqları
arxeoloji qazıntılar üç mədəni təbəqə aşkarlamışdı.
Eramızdan öncə 5-ci minilliyə aid alt təbəqədən dairəvi yarımqazma evlər,
gil qablar, dən daşları, sümüktoxa, iynə, biz, müxtəlif heyvan sümükləri və s.,
eramızdan öncə 3-cü minilliyə aid orta təbəqədən çiy kərpicdən tikilmiş dairəvi evlər,
həndəsi naxışlar və quş təsvirləri ilə bəzədilmiş cilalı qara və qırmızı gil qablar,
gil nəhrələr, manqallar, heyvan fiqurları, metaləritmə ocaqları,
tunc əşya, arpa və buğda qalıqları və s. tapıldığı xəbər verilir.
Babadərvişdə 2-ci minilliyin sonları, 1-ci minilliyin əvvəllərinə aid edilən
üst təbəqədən isə arxeoloqlar dördkünc evlər, təsərrüfat quyuları və küpləri,
müxtəlif mə-işət qabları, gil möhürlər, manqallar, tuncdan ox ucluqları,
öküz heykəlciyi, dəmir məmulat və s. aşkarlamışdılar.
Tapıntılar onu göstərirdi ki, bu məkanın ən qədim sakinləri əkinçilik,
heyvandarlıq, toxuculuq, metal emalı və digər bəzi sənət sahələri ilə tanış imişlər.
Onlar yeri ağac xışla şumlayırmışlar. Professor İ.H.Nərimanov yazır ki,
əhalinin o çağlar düzəltdiyi qablar bəsit, qulpsuz və yastı oturacaqlı idi və
Azərbaycandadulusçuluq dabirsənətsahəsiolaraq oçağlardan başlanır.
Alt təbəqə Şomulutəpə mədəniyyətinə, orta təbəqə Kür-Araz mədəniyyətinə,
üst təbəqə isə Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir. Birtərəfi Karqaya və Vəlixan
meşəsinə, digərtərəfi Didəban («Didvan») bürcü və Ağstafa çayına söykənən,
Tiflisdən və Şəmkirdən Qazağa, buradan isə Dilican dərəsi ilə İrəvan çuxuruna
enən qədim ticarət yolunun üzərində yerləşən bu kəndin ərazisi və həndəvəri,
Babadərviş və Didəban bürcünün qalıntıları və sair qədim abidələr
buranın orta yüzillərdə sözügedən həmin qədim karvan yolu üzərində
iri yaşayış məntəqəsi kimi seçildiyinin dilsiz şahidləridir.

Bu yerin ən maraqlı tarixi abidəsi - orta yüzillərə aid edilən və zamanımıza qədər
ayaq üstə qalmış Didəban («Didvan») bürcüdür. Qazax-Dilican yolunun
7-8 kilometrliyində yüksək təpənin üstündə qərar tutmuş Didəbanı,
«gözətçi bürcü» kimi izah edənlər də var. Bu dairəvi formalı
əsrarəngiz tikilinin hündürlüyü 10 metr, diametri 8 metrə yaxındır.
İçəriyə daxil olmaq üçün dar qapısı var. «Qüllə-donjon» tipli bu tikilinin
özülü parça-parça qranitdən qoyulmuş, başı kəsik konus şəkillidir.
Amma bu bürcün ətəyində 8 hektara yaxın sahəni əhatə edən,
ətrafı qədimlərdə hasara alınmış yaşayış məntəqəsinin olduğu,
sözügedən tikilini dərə ağzındakı bu yüksəklikdə
tənha bir gözətçi bürcü kimi izah etməyi çətinləşdirir. Ətrafındakı şəhər yerinin
izlərindəndə göründüyü kimi, bu bürc, sadəcə, həmin adını dəqiq bilmədiyimiz
bu qədim yaşayış məntəqəsinin ən hündür yeridir və bu gün ayaqda qalan
bürcün tarixçəsi - adı naməlum olan bu qədim məntəqə ilə qırılmaz surətdə bağlıdır.
Didəban bürcü Ağstafa çayının vadisi boyu ətrafı xeyli uzaq məsafədən
müşahidə etməyə imkan verir. Bəzi mütəxəssislərin fikrincə, tikili erkən orta əsrlərə aiddir.
Ərazidə arxeoloji qazıntılar aparılması çox mətləbləri üzə çıxara bilərdi.

Başqa bir maraqlı abidə Tacıbəy kurqanıdır. El rəvayətinə görə,
bu kurqan keçmiş yüzillərdə bu yerdə iki ordu arasında baş vermiş
böyük bir vuruşma ilə bağlıdır. Tacı bəy adlı sərkərdə bu savaşda
qəhrəmanlıqla həlak olmuş və qalib ordunun əsgərləri qədim türk adətinə görə
hərəsi bir at torbası torpaq gətirib məzarının üstünə calamışlar və beləliklə
bu hündür kurqan konusvari təpə əmələ gəlmişdir. Bəzi el rəvayətlərinə görə,
ilk vaxtlarda burada mövcud olmuş yaşayış məntəqəsinin adına Kiçik Xalxal,
Əskipara dərəsindəki şəhərin adına isə Böyük Xalxal deyilirmiş.
1725-1728-ci illərə aid «Titlis əyalətinin mütəssəl dəftəri. Qazax və Borçalı.
1728-ci il» adlı Osmanlı tarixi qaynağında Qazax Sancağının
Axstav nahiyəsində Xanlıqlar adında yaşayış mən-təqəsinin adı qeyd olunmur.
Amma burada adı qeyd olunan iki digəryaşayış mən-təqəsi ehtimal etmək olar ki,
indiki Xanlıqların yerində imiş. Bunlardan biri Qazax Sancağının həmin nahiyəsində
qeydə alınmış, lakin rəiyyətləri olmayan Çələbi kəndi, o biri isə
yenə də rəiyyətləri olmayan Xanlıca (başqa adı Yenicə) kəndidir.
Çələbi kəndinin əkilən torpaqları 120 günlük, Xanlıcanın əkilən torpaqlarının isə
200 günlük olması bu iki məntəqənin kifayət qədər böyük olmasından xəbər verir,
lakin rəiyyətlərinin yoxluğunun səbəbləri naməlum qalır.
Hər halda, aradan 70-80 il sonra Molla Çələbi adlı şair və ziyalı şəxsin
Xanlıqlar kəndinin sakini kimi xatırlan-ması güman etməyə imkan verir ki,
söhbət həmin ərazidən gedir. Amma həmin tarixi qaynaqda Axstav nahiyəsində
«İsmayıl kəndi» qeyd olunur. 55 ailənin yaşadığı bu iri kəndin sakinləri arasında
Şahmalı Diyarqulu oğlu, Alı Molla Xan oğlunun adlarının qeyd olunması
sözügedən yaşayış məntəqəsinin indiki Xanlıqların yerində və ya ona yaxın
olduğunu söyləməyə imkan verir. Alı Molla Xan oğlu (yaxud Molla Alı Xanoğlu)
Nadir xan Əfşarla görüşən və bu görüşdən adının üstünə «Dilbaz» ləqəbi qazanan şəxsdir.
XVIII yüzilə dair rəsmi sənədlərdə Qazax mahalında həmin iki kəndin adı çəkilmir,
lakin Qaray, yaxud Qaraylı adında kəndin varlığı qeyd olunur ki,
Dilbazilərin nəsil rəvayətlərində bu kənd məhz onların
ata-baba kəndi kimi xatırlanmaqdadır. Adından da göründüyü kimi,
bu toponim tarixi qaynaqlarda Qazax ərazisində yaşamış qaraylar tayfasının adı ilə bağlıdır.
Məsələn, Tiflis valisi İrakli xanın 1750-ci ilin iyul ayında verilmiş
və Qazaxdan atlılar yığmaq haqqında hökmündə mahalın kəndləri sırasında
«Qaray»ın da adı çəkilir. Hökmdə göstərilir ki, yasavul Ərdəşir bəy
Qazaxdan 300 qoçaq atlı mülazim toplamağa və onları sandan keçirib
İrəvana göndərməyə vəkil edilmişdir. Həmin hökmə əsasən,
Qaray camaatı 5 atlı döyüşçü verməli idi və söhbət İrəvan ətrafında
iraklinin İrəvan xanı və ona köməyə gəlmiş başqa xanlarla apardığı
döyüşlərdən gedirdi. Bu etnonimi bəzi müəlliflər «Qaraylı»,
digərləri «Gəraylı» kimi izah etməyə çalışırlar. Amma həmin sözügedən sənəddə
ərəb əlifbası ilə yazılışda bu söz «Gəraylı» deyil, məhz «Qaraylı» oxunur.
Məsələn, Mirvarid Dilbazi də bu kəndin qədim adını «Gəraylı» kimi xatırladırsa da,
həmin dövrə aid bu yazılı sənədin imlası bunu təsdiqləmir. Son üç yüz illik
zaman kəsimində adının tez-tez dəyişməsi ilə seçilən bu yaşayış məntəqəsinin
XIX yüzilin əvvəllərində artıq «Xanlıqlar» kimi qeyd olunmağa başladığını müşahidə edirik.
Görünür, XVIII yüzilin sonlarına doğru Qaraylı, Çələbi, İsmayıllı,
Xanlıca deyə adlanan kiçik və bir-birinə yaxın obalar tədricən bir-birinə qovuşmuş
və onların torpaqları əsasında nisbətən iri Xanlıqlar kəndi formalaşmış-dır.
Bu fikri qüvvətləndirən dəlil ondan ibarətdir ki, XVIII yüzilin sonları,
XIX yüzilin əvvəllərində Qazax mahalı kəndlərinin siyahısında
(bir neçə belə siyahı ilə tanış olmuşuq) Çələbi, Qaraylı, İsmayıllı,
Xanlıca (Yenicə) kimi kəndlər daha qeydə alınmırlar. Karqaya səmtdə
orta yüzillərdə mövcud olmuş və adı naməlum bir kənd yerinin
kalafaları mövcuddur. Görünür, bu geniş ərazidə Ağstafa çayının hər iki sahilinə
səpələnmiş balaca obalar zaman keçdikcə bir yerə toparlanmış,
Böyük Xanlıqlar və Kiçik Xanlıqlar kəndlərini XIX yüzilə ərməğan etmişlər.
Xanlıqlar camaatları etnik mənşələri baxımından sair Qazax elatları kimi
sırf türk (oğuz/qıpçaq) mənşəlidirlər. Dini etiqadlarına gəldikdə,
tarixən islamın sünni məzhəbinə («öməriyyə təlimi») mənsub olmuşlar,
Şah İsmayılın və onun varislərinin şiəliyi zorakılıqla yaymalarının qarşılığında
bir çox Qazax elatları kimi öz ata-baba məzhəblərini hifz etməyi bacarmış,
şiəliyə keçməmişdilər. XIX yüzilin ortaiarından isə
bu kəndin sakinlərinin arasında sair Qazax-Borçalı kəndlərində olduğu kimi
nəqşbəndi təriqətinə bağlılıq da müşahidə olunmağa başlamışdı.
XIX yüzilin əvvəllərində bu inzibati vahidin iki hissəyə ayrılaraq,
Qazax mahalı (rusdilli sənədlərdə «distansiya») kəndləri sırasında
«Böyük Xanlıqlar» və «Kiçik Xanlıqlar», bəzi sənədlərdə isə «Yuxarı Xanlıqlar»
və «Aşağı Xanlıqlar» deyə adlandırıl-mağa başladığını görürük.
1831-ci ildə bu kəndlərin birincisində 106 tüstü (ev, ailə),
ikincidə 36 tüstü vardı (cəmi 142 tüstü). Əsrin 60-cı illərində isə Böyük Xanlıqlarda
80 rəiyyət evi və 5 ağa evi; Kiçik Xanlıqlarda isə 43 rəiyyət evi və 4 ağa evi vardı.
Böyük Xanlıqlar bu illərdə Qazax mahalında tüstülərin (evlərin) sayı
100-dən çox olan doqquz türk kəndindən biri idi.
XIX yüzildə Şərur-Dərələyəz mahalında Xanlıqlar və onun yaxınlığında
Alpout kəndi qeydə alınmışdır. Maraqlıdır ki, Qazax mahalındada
bu iki adda kəndlər yanaşıdır. Belə hesab etmək olar ki,
həmin iki kənd Qazaxdan XIX yüzilin əvvəllərində cərəyan edən
hərbi-siyasi hadisələrlə bağlı olaraq bu diyardan İrəvan çökəyinə və
Naxçıvan səmtə üz tutmuş köçlərlə bağlı yaranmışdır.
XVIII yüzilin sonları, XIX yüzilin əvvəllərində Qazax mahalının Gürcüstanla bir
yerdə Rusiyaya ilhaq edilməsilə bağlı İranla başlanan
müharibələr (1805-1813,1826-1828) əsnasında bu kənd faktiki
olaraq cəbhə xəttinə düşür. 1826-cı il avqustun 10-da general Valerian Madatov
rus canişini knyaz Yermolovun əmri ilə 6 top ilə silahlanmış 9 piyada rota ilə
gəlib Qazax mahalına yetişəndə onun qərargah Xanlıqlar kəndində yerləşmişdi.
Qazax mahalı kəndlərinin dövlətə ödədikləri taxıl vergisinin miqdarını əks etdirən
və 1824-cü ilə aid bir sənəddə hər kənddən ümumilikdə ödənilən
vergi taxılının miqdarı göstərildiyi halda, Böyük Xanlıqlar və Kiçik Xanlıqlardan
bu taxıl vergisinin müvafiq olaraq Mehdi ağa (162 kod -1 kod 2 çanaq buğda demək-dir)
və Alı ağanın (85 kod) adından ödəndiyi qeyd olunur. Həmin il,
misal üçün, iri kəndlərdən Şıxlı 782 kod, Dağ Kəsəmən 132 kod,
Qıraq Kəsəmən 656 kod, Daş Salahlı 192 kod, Salahlı 749 kod ödəmişdisə,
1831-ciildə BöyükXanlıqlar və Kiçik Xanlıqlar müvafiq olaraq
44 və 16 kod taxıl ödəmişdilər ki, bu da ilin quraqlıq keçməsi ilə
əlaqədarola bilərdi. XIX yüzilin sonunda bu kənd artıq iki böyük obadan ibarət olmaqla,
dörd tirəyə bölünmüşdü (Həmişəlli, Bayramalılar, Təriş və Cırdaxan).
Bu iki kənddə ağalıq/bəylik zümrəsində yalnız Dilbazoğulları təmsil olunmuşdular.
Onlardan sonra kəndin ruhanilər zümrəsinə gəldikdə,
XIX yüzilin 20-30-cu illərində Xanlıqlar Molla Çələbinin adı çəkilir.
Bu şəxs yazılı qaynaqda zəmanəsinin gözəl şairi, ədəb sahibi və
dərin bilikli ziyalısı kimi xatırlanır. Kazım ağa Salik ona ünvanladığı birşeirində
dayısı və qayınatası Əbdürrəhman ağa Şair Dilbazoğlunun vəfatından sonra
onun səviyyəsində həmsöhbət kimi Molla Çələbini göstərir.
XIX yüzilin 60-cı illərində Qafqazın türk-müsəlman bölgələrində
dini işlər nizamlandığı əsnada kənd iki prixoddan
Böyük Xanlıqlar və Kiçik Xanlıqlardan ibarət idi və bu prixodlara
müvafiq olaraq Molla Əhməd Hacı Nəbi oğlu (1845-ci il tə-vəllüd) və İsmayıl əfəndi Həmzə oğlu (1823-1869) «mollayi-ruhani və ruhanilik ümurinə imam» təyinatı almışdılar.
Onların hər ikisi vergilərdən azad edilmişdilər. İsmayıl əfəndinin vəfatından sonra
yurdunda 3 oğlu qalmışdı (Osman, Alı və Həmzə), lakin onlar
atalarının yolunu davam etdirmədikləri üçün, yenidən vergiyə qoyularaq,
qaytarılıb rəiyyət zümrəsinə aid edilmişdilər.
1865-ci ilin may ayından etibarən Hacı Molla İbrahim Əşrəf oğlu (1825-ci il təvəllüd)
müftiyyatın vəsatətindən sonra Tiflis Xəzinə Palatası tərəfindən ruhani zümrəsinə
daxil edilmişdi (onun iki oğlu göstərilirdi: Miri - 15, Abdulla 10 yaşında).
Əsrin sonlarında Böyük Xanlıqların prixod mollası Molla Məmməd Molla Yusif oğlu idi.
Qeyd etdiyimiz kimi, 1901-ci ildə Xanlıqlar dörd obadan ibarət idi
və kənd məscidi Dilbazi ağalarının mülkləri olan səmtdə yerləşirdi.
Hacı Rəhim ağa Vəhidinin inşa etdirdiyi həmin məscidin onun soyundan olan
Çingiz ağa Dilbazov tərəfindən yenidən təmir etdirilmiş olduğu göstərilir.
Keçən yüzilin əvvəllərində kəndin ru-hani mollaları sırasına həmişəllilərdən
Molla Süleyman Vəli oğlu (1864-1944) əlavə olunur.

Abunə olun
Yeniliklərdən xəbərdar olun