Kim minir Qazağın dilboz atını,
Götürür toylann şalxalatını...
Şeirin, sənətin mükafatını
Hər zaman, hər yerdə aldı bu yerlər.
Qazax şəhərinin girəcəyində müsafirləri hündür məscid minarəsini andıran orijinal peydstal üzərində qanadlanıb səmalara yüksələcəkmiş kimi üzünü göylərə tutmuş «haçadil» tunc at heykəli ilə rastlaşırsan. Bu at bu diyarın yetirməsi olan və artıq əfşanələşmiş Dilbaz atının simvoludur. Bu ifadəli, kənardan diqqəti özünə çəkən, Qazax camaatının qürurla qonaqlara nişan verdiyi əsərin müəllifi tanınmış yerli heykəltəraş Ramiz Məmmədovdur və bu at bu gün Qazax şəhərinin, bütün Qazax mahalının rəmzinə çevrilmiş, şəhərin gerbində əks olunmuşdur. Bu atın Qazağın yaşıl meşəli dağlarında və bol otlaqlı çöllərində çövlan edərək gəlib bu pyedstalın üzərində donub qalmasının arxasında az qala 300 illik - əvvəli maraqlı və şirin, sonu isə kədərli bir tarixçə durur və bu tarixçə ulu bir nəslin yaşam tarixi ilə həmahəng surətdə addımlayaraq yüzilləri arxada qoymuşdur. Dilbazoğulları əsilzadə soykökünün Qafqazın türk-müsəlman ağa/bəy nəsilləri arasında bir özəl tarixi xidməti - atçılıq tariximizdə öz məxsusi möhürlərini vurmaları, məşhur klassik «Dilbaz» at cinsini yetişdirmələridir.
Götürür toylann şalxalatını...
Şeirin, sənətin mükafatını
Hər zaman, hər yerdə aldı bu yerlər.
Qazax şəhərinin girəcəyində müsafirləri hündür məscid minarəsini andıran orijinal peydstal üzərində qanadlanıb səmalara yüksələcəkmiş kimi üzünü göylərə tutmuş «haçadil» tunc at heykəli ilə rastlaşırsan. Bu at bu diyarın yetirməsi olan və artıq əfşanələşmiş Dilbaz atının simvoludur. Bu ifadəli, kənardan diqqəti özünə çəkən, Qazax camaatının qürurla qonaqlara nişan verdiyi əsərin müəllifi tanınmış yerli heykəltəraş Ramiz Məmmədovdur və bu at bu gün Qazax şəhərinin, bütün Qazax mahalının rəmzinə çevrilmiş, şəhərin gerbində əks olunmuşdur. Bu atın Qazağın yaşıl meşəli dağlarında və bol otlaqlı çöllərində çövlan edərək gəlib bu pyedstalın üzərində donub qalmasının arxasında az qala 300 illik - əvvəli maraqlı və şirin, sonu isə kədərli bir tarixçə durur və bu tarixçə ulu bir nəslin yaşam tarixi ilə həmahəng surətdə addımlayaraq yüzilləri arxada qoymuşdur. Dilbazoğulları əsilzadə soykökünün Qafqazın türk-müsəlman ağa/bəy nəsilləri arasında bir özəl tarixi xidməti - atçılıq tariximizdə öz məxsusi möhürlərini vurmaları, məşhur klassik «Dilbaz» at cinsini yetişdirmələridir.
Dilbaz atlarının, onun tarixçəsinin ən yaxşı bilicilərindən olan Vəli ağa Dilbazi Qazax kəndlərində kollektivləşmə işi başa çatdırıldıqdan sonra, Dilbaz atlarının kəmiyyət etibarı ilə çox artdığını qeyd edir. Onun yazdığına görə, Ağköynək kəndində, Salahlı kəndində Yanquluoğlu Məhəmmədin atlarının nəsli, Kəsəməndə Musa bəyin atlarının nəsli, Poyluda və başqa kəndlərdə elə atlar əmələ gəldi ki, insanlar onlara baxanda valeh olurdular. (Əlavə edim ki, Yuxarı Salahlı sakini, özünün sanballı atçılıq təsərrüfatı olan Yanquluoğlu Məhəmmədin, söylənənə görə, Dilbaz cinsli misilsiz bir haçadil atı varmış. Vəzifəli şəxslərdən birinin ata gözü düşür və araya adam salıb atı istəyir. Lakin Yanquluoğlu Məhəmməd ata qıymır. Bu rədd cavabı ona baha başa gəlir -kişini qolçomaq siyahısına salıb gedər-gəlməzə göndərirlər... Bundan başqa, 20-30-cu illərdə Yuxarı Salahlıda Dəli Nəbi Mollaeyyuboğlunun kəhərlərdən ibarət yaxşı bir ilxısı varmış və kollektivləşmə ilində bu ilxı da yerli kolxozun atçılıq təsərrüfatına qatılmışdı.) Sonrakı onilliklərdə bərpa edilmiş və yaxşılaşdırılmış müasir Dilbaz atları Qazax qəzasının atçılıq təsərrüfatlarında açıq ilxı şəraitində yetişdirilirdi. Lakin bu iş lazımi ardıcıllıqla görülmürdü. Vəli ağa Dilbazi kədər hissi ilə yazır ki, 1929-cu ildə Qazax-Dilbaz atlarının ən yaxşıları Şəkidəki 71 saylı Daşüz atçılıq zavoduna toplandı, amma burada cüzi müvəffəqiyyət əldə edildi.
Qarabağ və Qazax-Dilbaz atlarının iş qabiliyyəti, hərbi yürüşlərdə dözümlü olmaları və gözəl görkəmləri respublika xaricində də bu atlara şöhrət qazandırmışdı. Müharibəyə qədərki dövrdə sovet Silahlı Qüvvələrində süvari hissələri hələ də öz önəmini saxladığından, atçılığın inkişafı dövlətin hərbi quruculuq işləri aspektində ön sırada duran bir məsələ olaraq qarşıda idi. Odur ki, bu at cinslərinin həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə inkişaf ına artıq dərəcədə fikir vermək lazım gəlirdi. Bu baxımdan Azərbaycanın atçılıq təsərrüfatlarının, o cümlədən Qazax-Dilbaz atlarının keçmiş şöhrətini bərpa etmək üçün yeni səhifənin açılması bu zərurət üzündən şərtlənmiş oldu. 1929-cu ildə Qazax-Dilbaz atlarının ən yaxşıları Şəki rayonu ərazisində təşkil edilmiş 71 saylı Daşüz atçılıq zavoduna toplanarkən bunda məqsəd zavod şəraitində həmin at cinsini artırmaq və cinsini yaxşılaşdırmaq idi. Daşüz atçılıq zavodunun təşkili o illərdə əslən Dağ Kəsəmən kəndindən olan, Dövlət Siyasi İdarəsinin (DSİ) işçisi Fərhad Babayevə həvalə edilmişdi və bu tapşırıq bir təsadüflə bağlı olmuşdu. Söylənənə görə, nə iş üstündəsə repressiya olunmuş və həbs müddətini başa vurduqdan sonra Qazağa qayıdan Fərhad Babayev burada həmin vaxtlar hansı işlə bağlı isə Qazağa gəlmiş Mircəfər Bağırovla rastlaşır, öz keçmiş həmkarını tanıyan Mircəfər Bağırov ona Azərbaycanda məşhur «Dilboz atları» cinsini bərpa etmək və yaxşılaşdırmaq kimi mühüm bir iş tapşırır. Bundan sonra Fərhad Babayev ailəsi ilə birlikdə uzun illər Şəkinin Daşüz atçılıq sovxozunda yaşamışdır (arvadı - Dilşad xanım Vəkilovadır).
Həmin atların ikinci qrupu Ağstafa rayonunun 75 saylı atçılıq zavoduna yığılmışdı və burada onlardan nisbətən yaxşı atlar yetişdirilməyə başlandığı qeyd olunur. Lakin burada da iş məqsədə müvafiq görülməmiş, belə ki, madyanlardan yalnız bir hissəsi «Dəliboz» adlı ayğırla cütləşdirilirdi. O vaxtkı təsərrüfat sənədlərində bu atların adı «Dilbaz» adından daha çox, «Dilboz», «Dəliboz» kimi qeyd edilirdi.
Vəli ağanın xatırladığına görə, 1936-cı ildə Qazax madyanlarının bu qrupu üzərində işləmək üçün 75 saylı at zavoduna ərəb minik atı olan «Şakiya» adlı ayğır gətirilmişdi və bu ayğırzavodda çoxlu qiymətli balalar verdi. Həmin illərdə bu atların yaxşı göstəriciləri diqqəti cəlb etməyə başlamışdı. Məsələn, Vəli ağa Dilbazi Ağstafada yetişdirilmiş «Şah» adlı ikiyaşar ürgənin 1800 metr məsafəni 2 dəqiqə 2 saniyəyə, «Mahut» adlı üçyaşar ürgənin 2400 metr məsafəni 3 dəqiqə 12 saniyəyə qət etdiyini qeyd edir. Dilbaz atları minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla, ilxı şəraitinə çox davamlı, möhkəm bir at kimi səciyyələnirdi. Onlar 130-140 kq yük ilə gündə 50-60 km yol qət edə bilirdilər.
Dilbaz atlarının cins keyfiyyətlərinə və kəmiyyət göstəricilərinə ikinci Dünya müharibəsi də ağırzərbə endirdi. Yenə də atların çox böyük kütləsi cəbhənin ehtiyacları üçün səfərbər olundu. Məsələn, Vəli ağa Dilbazi qeyd edir ki, 1941-ci ilin Böyük Vətən müharibəsindən əvvəl Qazax rayonunun Musaköy kəndindəki «Kirov» kolxozunda 750 baş at vardı. Müharibədən sonra bu atların sayı 350 başa endi. Qazax mahalında atçılıqla məşğul olan bütün təsərrüfatlarda vəziyyət belə idi... Müharibədən sonrakı illərə gəldikdə, hər halda, atçılığa dəyən bu ağır zərbəyə baxmayaraq, yenə də bu təsərrüfat sahəsinə ciddi fikir verilirdi. Dilbaz cinsli atlar, yenə sərgilərdə və cıdırlarda yarışa çıxır, yenə də şöhrət qazanır, yenə də insanların bədii zövqünü oxşayırdılar. Müharibənin bitməsindən yalnız beş il sonra -1950-ci ildə Azərbaycanda atların sayı müharibədən əvvəlki kəmiyyət və keyfiyyət göstəriciləri səviyyəsinə çata bildi. Hər halda, 1950-ci ildə uzaq məsafəli yürüş sınaqlarında Dilbaz atları 465 km qarışıq relyefli məsafəni 6 gün ərzində 48 saat yürüşlə keçib getmişlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işçisi, tanınmış atçılıq mütəxəssisi, əslən qazaxlı mərhum Nurəddin Bağırov 1996-cı ildə bu sətirlərin müəllifin suallarına cavabında müharibədən sonrakı illərin cinsi bərpa edilmiş və yaxşılaşdırılmış Dilbaz atlarını «Ayna» - «Zerkalo» səhifələrində belə xarakterizə edirdi ki, bu atlar dağlarda çox dözümlüdürlər. Müasir Dilbazların cidovunun hündürlüyü 150 sm-dir, bu isə klassik tipdən hündürdür (müqayisə üçün: Qarabağ atlarında cidovun hündürlüyü 140-150 sm arasındadır). Dilbaz atları dolğunluğu, qıvraqlığı, dözümlü bədəni, möhkəm dırnaq və sümükləri irsən yerli atlardan götürmüşlər. Dilbaz atlarının yükgötürmə qabiliyyəti Qarabağ atlarından yüksəkdir. Dilbazlar qorxubilməz atlardır. Onlar nə tikanlıqdan, nə kol-kosdan, nə də it-pişikdən hürkürlər. Öz döyüş keyfiyyətlərini Dilbaz atları xüsusən ikinci Cahan Savaşı illərində Qafqaz dağlarından Berlinədək uzun biryol qətetməklə göstərmişlər. Dilbaz atları məşqlərə çox həssasdır, təlimi tez və asan mənimsəyirlər.
Dilbaz atları da, Qarabağ atları da yaxşı saxlandıqları təqdirdə Axaltəkə atları ilə uğurla yarışa bilirlər. Bu iki at ərəb atlarından geri qalsa da, hər halda ona çox yaxınlaşa bilir. Nurəddin Bağırov danışırdı:
- Dilbaz atlarının xarakterik rəngi - bozdur. Ən gözəl variant - almalı-boz rəngdir - atın bütün gövdəsi boz çalarlı almayaoxşar ləkələrlə örtülür. Açıq-boz, tünd-boz, qızılı-boz, qara-boz, kəhəri-boz, kəhər, kürən atlar da var. Lakin tək çalarlı boz rəng daha yüksək qiymətləndirilir. Bir vaxtlar Qazax rayonunun Orta Salahlı kəndindən Məhət kişi Qarayazıda sırf kəhərlərdən ibarət ilxı saxlayırdı, Daş Salahlıda isə kəhər və boz Dilbaz atları vardı. Burda onlar Kabardin atları ilə qanşdıqlarından qaya-lıq yerlərdə dağ keçisi kimi səkirdilər. Xanlıqlar kəndində boz atlar saxlanırdı, Xatınlıda qonur atlar üstünlük təşkil edirdi. Xarakterinə görə xoşxasiyyət və qızğın atlardır. Öz sahibinə yaxşı münasibətdə olur, ona həssaslıq göstərirlər, əgər onu minən yeniyetmə yaşındadırsa, başa düşürlər ki, ehtiyatlı yerişlə getmək lazımdır. Dilbaz atlarının rəng çalarlarının zənginliyinə Vəli ağa Dilbazi bu sayaq aydınlıq gətirirdi:
«O illərdə Qazax rayonunun bütün kolxozlarında Dilbaz cinsli atların nəsli get-gedə artırdı, çoxalırdı. Bu atlar qoldan-qılçadan möhkəm, yaxşı qaçan, yüngül bədən quruluşu düzgün, davamlı atlardı. Onların əksəriyyətinin rəngi boz göydəmir olur, hərdənbir bunların içində kəhər, kürən təpəl və səkilli atlara da rast gəlinirdi. Atçılar məndən soruşurdular ki, «Deyilənə görə, Dilbaz atları boz olur, bəs bu kəhər, kürən atlar haradan əmələ gəlib?» Mən onları başa salırdım ki, bizim nəsildə ilxı bir atam Böyük ağada idi, bir də onun əmizadəsi Əbdürrəhim ağada. Atamın atlarının yarısı bozdu, yarısı kəhər. Əbdürrəhim ağanın atlarının isə hamısı bozdu».
Abunə olun
Yeniliklərdən xəbərdar olun