Dilbazi özəl ailə xeyriyyə fondu cəmiyyətinin maraqları naminə xeyriyyəçilik fəaliyyəti həyata keçirir və ehtiyacı olanlara yardım göstərir. Dilbazi xeyriyyə fondunun vəzifələri və fəaliyyəti aşağıdakılardır :
Elmin və təhsilin inkişafına, elmi və təhsil proqramlarının həyata keçirilməsinə kömək etmək,
Sağlamlığın qorunmasının, kütləvi bədən tərbiyəsinin, idmanın və turizmin inkişafına, sağlam həyat tərzinin təbliğinə kömək etmək,
Mədəniyyətin inkişafına, o cümlədən milli-mədəni inkişaf proqramlarının həyata keçirilməsinə, əhalinin bütün təbəqələrinin, xüsusilə də yoxsul təbəqənin mədəni dəyərlərə və bədii yaradıcılığa çıxışına kömək etmək,
Uşaq evlərinə, sığınacaqlara, internat məktəblərinə, habelə cəzaların icrası müəssisələrinə yardımın göstərilməsi, daimi yaşayış yeri olmayan şəxslərə, kimsəsiz uşaqlara yardım,
Ümumbəşəri dəyərlər ideyalarının, xeyirxahlıq, mərhəmət və xeyriyyəçəlik ideyalarının təbliği məqsədilə kütləvi informasiya vasitələrində əhali arasında mədəni-maarifləndirmə işinin aparılmasına köməklik göstərmək.


Daha ətraflı

Abunə olun

Yeniliklərdən xəbərdar olun