1750-?
«ŞAİR» TƏXƏLLÜSLÜ ƏBDÜRRƏHMAN AĞA MOLLA ALI AĞA DİLBAZOĞLU
Zamanında Qazax mahalının nütuzlu ağalarından olan Əbdürrəhman ağa dərin təhsil görmüş, klassik və xalq ədəbiyyatını yaxşı bilən, natiq və hazırcavab bir adam kimi xarakterizə olunur. Öz şəxsi keyfiyyətləri, eyni zamanda Qazax vəkili və bu mahalın bir inzibati vahid olaraq daxil edildiyi Tiflis vilayətinin valisi II İrakli ilə etimadlı münasibətlərdə olan Vəkil Pənah ağa Kosalının kürəkəni olması sayəsində Əbdürrəhman ağa XVIII yüzilin 80-90-cı illərində üzdə olan adamlardan idi. Siyasi vəziyyətin tez-tez dəyişdiyi həmin əsnada yolların kəsişməsi sayılan Qazax mahalında üzdə olmaq özü də heç şübhəsiz böyük məharət tələb edirdi. Qazax mahalının Nadir şah tərəfindən 1736-cı ildə Muğan qurultayında mərkəzi Gəncə şəhəri olan Qarabağ vilayətindən alınıb Tiflis vi-iayətinin tərkibinə verilməsi Qazax ağalarının açıq və gizli narazılığına səbəb olmuşdu və onlar bu səbəbdən daim Tiflis ilə Gəncə arasında tərəddüd edirdilər. Bu tərəddüdlər, siyasi istəklər və bundan doğan siyasi fitnə-fəsadlar ən sonda Əbdürrəhman ağanın gözünün irakli xanın əmrinə əsasən çıxarılması ilə nəticələndi. Bu məsələ ən müxtəlif versiyalarda söylənir və bu versiyalar son 200 ildə ədəbi və tarixi əsərlərə də «köçmüşdür». Bir rəvayətə görə, Vəkil Pənah ağa öz kürəkəni - mahalın Xanlıqlar kəndindən olan Əbdürrəhman ağa Dilbazoğlunun («Şair» təxəllüslü) iran tərəfdarı olduğuna görə o vaxt artıq Rusiyanın himayəsinə keçmiş İrakli xanın əmri ilə onun gözlərinə mil çəkdirmişdir. Başqa bir rəvayətə görə, Vəkilin kürəkəni o vüxt hələ Rusiyanı yaxın buraxmayan Gəncə xanının tərəfdarı olduğuna görə, iraklinin qəzəbinə düçar olmuşdur. Hüseyn əfəndi Qayibzadə öz məşhur «Məcmuə»sində Əbdürrəhman ağanın şeirini verəndə «Şairdən İrakli xan haqqında xəyanət sadir olmağına görə İrakli xan onun gözlərini çıxartdığından sonra ə'ma və gözsüz olan vaxt» kimi tamamilə aydın məna verən bir ifadə işlətmişdir.
Zamanında Qazax mahalının nütuzlu ağalarından olan Əbdürrəhman ağa dərin təhsil görmüş, klassik və xalq ədəbiyyatını yaxşı bilən, natiq və hazırcavab bir adam kimi xarakterizə olunur. Öz şəxsi keyfiyyətləri, eyni zamanda Qazax vəkili və bu mahalın bir inzibati vahid olaraq daxil edildiyi Tiflis vilayətinin valisi II İrakli ilə etimadlı münasibətlərdə olan Vəkil Pənah ağa Kosalının kürəkəni olması sayəsində Əbdürrəhman ağa XVIII yüzilin 80-90-cı illərində üzdə olan adamlardan idi. Siyasi vəziyyətin tez-tez dəyişdiyi həmin əsnada yolların kəsişməsi sayılan Qazax mahalında üzdə olmaq özü də heç şübhəsiz böyük məharət tələb edirdi. Qazax mahalının Nadir şah tərəfindən 1736-cı ildə Muğan qurultayında mərkəzi Gəncə şəhəri olan Qarabağ vilayətindən alınıb Tiflis vi-iayətinin tərkibinə verilməsi Qazax ağalarının açıq və gizli narazılığına səbəb olmuşdu və onlar bu səbəbdən daim Tiflis ilə Gəncə arasında tərəddüd edirdilər. Bu tərəddüdlər, siyasi istəklər və bundan doğan siyasi fitnə-fəsadlar ən sonda Əbdürrəhman ağanın gözünün irakli xanın əmrinə əsasən çıxarılması ilə nəticələndi. Bu məsələ ən müxtəlif versiyalarda söylənir və bu versiyalar son 200 ildə ədəbi və tarixi əsərlərə də «köçmüşdür». Bir rəvayətə görə, Vəkil Pənah ağa öz kürəkəni - mahalın Xanlıqlar kəndindən olan Əbdürrəhman ağa Dilbazoğlunun («Şair» təxəllüslü) iran tərəfdarı olduğuna görə o vaxt artıq Rusiyanın himayəsinə keçmiş İrakli xanın əmri ilə onun gözlərinə mil çəkdirmişdir. Başqa bir rəvayətə görə, Vəkilin kürəkəni o vüxt hələ Rusiyanı yaxın buraxmayan Gəncə xanının tərəfdarı olduğuna görə, iraklinin qəzəbinə düçar olmuşdur. Hüseyn əfəndi Qayibzadə öz məşhur «Məcmuə»sində Əbdürrəhman ağanın şeirini verəndə «Şairdən İrakli xan haqqında xəyanət sadir olmağına görə İrakli xan onun gözlərini çıxartdığından sonra ə'ma və gözsüz olan vaxt» kimi tamamilə aydın məna verən bir ifadə işlətmişdir.
Dilbazoğulları bu hadisəyə görə Əbdürrəhman ağanın qayınatasını da təqsirkar bilmişlər. Görünür, Pənah ağa İraklinin yanında yüksək vəzifə tutduğundan Dil-bazoğulları məhz onu bu işdə o baxımdan təqsirkar bilmişlər, yəni düşünmüşlər ki, Vəkil istəsəydi, kürəkənini bu sərt cəzadan xilas edə bilərdi. Ola da bilsin, irakli Əbdürrəhman ağanı hiylə dili ilə Tiflisə Vəkil Pənah ağanın vasitəsi ilə gətirtdirmişdir. Lakin feodalizm dövrünün bu sayaq - ölümdən betər cəzaları azmı idi?.. İraklinin onun Divanında xidmət edən Molla Vəli Vidadini də bir zaman nə iş üstündəsə həbsə atdırdığı tarixdən bəllidir. Hər halda, bu cəza siyasi mahiyyətli bir akt olmuşdur və bizim fikrimizcə, Əbdürrəhman ağa Ağa Məhəmməd şahın gəlişi ərəfəsində gizlicə irakli xandan üz döndərib şaha meyl edənlərin (bu diyarda şahpərəstlərin başlıca tərəfdarı, Qacarla bir nəsildən olan Gəncə hökmdarı Cavad xan idi) tərəfinə keçməsi yəqin imiş. Ağa Məhəmməd şahın bu diyarda möhkəmlənəcəyi təqdirdə Qazax rnahalının vəkili vəzifəsinin Əbdürrəhman ağaya vəd edilmiş olduğu da ehtimaldan kənar deyil. Bu-nunla İrakli eyni zamanda öz vəziri - Ağa Məhəmməd şah Qacar Qazağa yetişib incəsuda dayananda Qazax ağaları ilə birlikdə onun görüşünə getmiş Pənah ağa Kosalını cəzalandırırdı. Bu hadisədən sonra Pənah ağa da vəzifədən uzaqlaşdırı-lır, lakin Qazax ağaları ilə münasibətin pozulmasının daha pis nəticələrə gətirib çı-xaracağını yaxşı bilən irakli siyasət işlədib Pənah ağanın böyük oğlu Alı ağanı irəli çəkir və Qazax mahalına vəkil təyin edir. Ailə rəvayətlərinə görə, hökm Tiflisdə icra edilmişdir. Nəslin ən məlumatlı adamlarından biri olmuş Camal ağa Dilbaziyə isnad etsək, Əbdürrəhman ağa Qazax, Şəmşəddin və Borçalı mahallarının Rusiyaya Gürcüstanın tərkibində deyil, əlahiddə olaraq birbaşa birləşməsini istəyirmiş ki, məsələyə bu cür yanaşma İraklinin xoşuna gəlmirmiş. İkincisi, Əbdürrəhman ağa Dilbazoğlu İraklinin düşməni və rəqibi sayılan Cavad xan Ziyadoğiu - Gəncə vilayətinin hakimi ilə yaxın dost idi, hətta onu tərifləyən mənzumə yazıbmış və İrakli bunları da ona bağışlaya bilmirdi. La-kin onun açıq şəkildə cəzalandırılmasının adı çəkilən üç mahalın əhalisi və ağala-rı-bəyləri arasında həyəcanlara səbəb olacağını yaxşıca bildiyindən oturub fürsət gözləyirdi. Digərtərəfdən Əbdürrəhman ağanın qayınatası Vəkil Pənah ağa Kosaoğlu Qazax mahalında böyük nüfuz sahibi idi, mahalın vəkili olmuşdu və İraklinin vəziri idi, yəni onun kürəkənini cəzalandırmaqla vəkili incik salmaq olmazdı.
Amma 1895-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflis üzərinə yürüməsi və şəhəri alıb odlara qalaması hadisəsində Cavad xan qabağa düşüb Qacara yol göstərmişdi və bu zaman Əbdürrəhman ağa Cavad xanın yanında olmuşdu. Qacar çəkilib gedəndən və irakli yenidən Tiflisə qayıdıb öz yerinə oturandan sonra Qacara kö-mək edənlərlə, onun pişvazına çıxanlarla bir-bir haqq-hesabını üzməyə başlamış-dı. Görünür, ittiham ağır olduğundan Pənah ağa kürəkənini müdafiə edə bilmir, si-yasi durumdan irəli gəlməklə onun özünün vəziyyəti də yaxşı deyildi, belə ki, Qacarın qoşunu İncə çayında dayananda Qazax ağalarının bir qismi də başında şahın düşərgəsinə getmiş olması irakliyə bəlli idi. Əbdürrəhman ağa vəziyyətin ağırlığını dərk etdiyindən qaçaq düşür və üç ay qaçaq həyatı yaşayır. Lakin irakli onu bir hiylə qurub Tiflisə gətirdir və Vəkil Pənah ağanı Qazağa yola salır ki, mane olmasın. Camal ağanın versiyasında Əbdürrəh-man ağanın gözünün çıxarılması Tiflisin müsəlmanlar yaşayan Şeytanbazar səmtindəki meydanda olmuşdur. Onu qolu bağlı arxası üstə uzadaraq gözlərini çıxarmış və yerinə ərinmiş yağ tökmüşlər. Sonra atına mindirib şəhərdən çıxarırlar. Yolu-izi yaxşı tanıyan atı onu Xanlıqlara gətirir... Bu hadisədən sonra Əbdürrəhman ağa və qohumlarının Vəkil Pənah ağfoın evi ilə gediş-gəlişləri kəsilir. Aradan bir neçə il keçəndən sonra - 1802-ci ildə Pənah ağa vəfat edir. Yenə də rəvayət edilir ki, qızı Şeyda xanım atasının vəfat etdiyini eşi-dəndə Salahlıya - onun yasına getmək istəmir. Lakin Əbdürrəhman ağa təkidlə ar-vadına bu yasa getməsini, lakin orada ağlaşmada bu ağıları deməsini tapşırır:
...allı Vəkll, Axçalı-pullu Vəkil! Balalarının qanlısı, Qulağı qıllı Vəkil!
...elli haray, Kürəkli, belli haray! Övladının düşmanı, Qulağı qıllı haray!
Pənah ağaya el arasında «Qıllıqulaq Pənah ağa» deyilmişdir və bu bayatılar Dilbazoğullarının Vəkil Pənah ağanı qanlı tutduqlarının əks-sədası kimi yaddaşlarda yaşamışdır. Gözsüz qaldıqdan sonrakı bir neçə il ərzinde İrakli də, qaynatası Pənah ağa da dünyadan köçürlər. Dünya gözündə zülmətə dönən Əbdürrəhman ağanın bundan sonrakı həyatı isə Xanlıqlardakı evində keçmiş, ədəbi yaradıcıqla məşğul olmuşdur. El arasında adına «Kor şair» də deyilmişdir. Onun zəmanəmizə qədər çatdırılmış ədəbi nümunələrindən də göründüyü kimi, bu əsərlərin üzərinə onun gözsüzlüyündən dolayı acı bir kədər duyğusu hopmuşdur. Əbdürrəhman ağanın gözünə mil çəkdirilməsi əhvalatı tarixi və ədəbi qaynaqlarda tərqli detallarla təqdim olunsa da, ən dəqiq tarixçəni Şair özü deyir. Əbdürrəhman ağa bir şeirində bu kədərli əhvalatı belə yad edir:
Min iki yüz on bir sənə
Qəzadan bir ox dəydi mənə,
Dövran bərəks oldu yenə
Hicr oduna yanam, dağlar.
Qəzadan bir ox dəydi mənə,
Dövran bərəks oldu yenə
Hicr oduna yanam, dağlar.
Bu da miladi tarixlə 1796/97-ci illərə düşür ki, tarix Qacarın Tiflisi yandırdıqdan sonra çəkilib getdiyi vaxta təsadüf edir.
Əbdürrəhman ağanın özünə «Şair» təxəllüsü götürməsinə gəldikdə, onu da xatırladaq ki, ondan sonra yazıb-yaratmış, XIX yüzil Qazax ədəbi mühitinin maraqlı simalarından olan Dağ Kəsəmən sakini İskəndərağa Hüseyn ağa oğlu Qiyasbəyov da nədənsə özünə eyni ədəbi təxəllüsü götürmüşdür.
Əbdürrəhman ağanın böyük şair olduğu hələ öz zamanında etiraf olunurdu. Onun bacısı oğlu və kürəkəni Kazım ağa Salik Şıxlinski «Knyaz Pələndovu mədh...» başlıqlı bir şeirində o çağın məşhur söz ustadlarının adlarını çəkib, qiymətlərini verdiyi sırada tanıyıb-bildiyi böyük şairlərlə yanaşı Əbdürrəhman ağanı da xatırlayır:
...Qazaq içrə olub şairlər, əmma
Əsami onların biintəhadır.
Biri Vaqif ki, məşhuri-xəlayiq,
Gözəl mədhində məlumi-şümadır.
Biri xəstə Vidadi təb'i-mövzun
Ki bəhri-nəzmü şeiri cabəcadır.
ilahi, ol iki məcmuni-pirin
Günahi-dərdinə səndən dəvadır.
Biri «Şair» ləqəb məzlumi-şair,
Xadimi-padişahi-Kərbəladır.
Əsami onların biintəhadır.
Biri Vaqif ki, məşhuri-xəlayiq,
Gözəl mədhində məlumi-şümadır.
Biri xəstə Vidadi təb'i-mövzun
Ki bəhri-nəzmü şeiri cabəcadır.
ilahi, ol iki məcmuni-pirin
Günahi-dərdinə səndən dəvadır.
Biri «Şair» ləqəb məzlumi-şair,
Xadimi-padişahi-Kərbəladır.
Biri «Arif» ona cövr etdi rüzgar,
Ki qürbətdə şəhidü mübtəladır...
Ki qürbətdə şəhidü mübtəladır...
Bəlli olur ki, Kazım ağa dayısını çox sevərmiş, onunla arada.dayı-qaynatalıqdan əlavə bir sənət dostluğu da mövcud olmuşdur və bu kənddə Əbdürrəhman ağa ilə yanaşı şair Molla Çələbi ilə də dostluq edirmiş. Onlar vaxtaşırı bir yerə yığışır, ədəbiyyatdan, şeir-sənətdən söhbətlər edir, şeirləşirlərmiş. Əbdürrəhman ağanın vəfa-tından sonra bu görüşlər get-gedə seyrəlmişdir. «Xanlıqlar Molla Çələbiyə» adlı bir kiçik şeirində Kazım ağa bütün bunları nəzərdə tutaraq öz qoca dostuna yazır:
Eykühən, mərufi-növ əşahyin müştaqiyəm, Söylə, xamuş olma kim, göftariyin müştaqiyəm.
İstərəm ol sərv qəddin pir olub xəm bulmasın Çünki mən ol qəddi-xoş rəftariyin müştaqiyəm.
Mə'n qılma guşimizdən naləvü əfqanini Bülbüləm, eybağiban, gülzahyin müştaqiyəm.
Getdi Şairbu fənadan, lacərəm məzlumü zar Qalmışüz tənha, sənin ruxsahyin müştaqiyəm
Salikəm, şeir ilə cəng istər könül, ey piri-mərd Qaçma, gəl meydanıma, peykahyin müştaqiyəm.
Əbdürrəhman ağa Şairin əsərləri tam halda zəmanəmizə qədər gəlib çatmayıbdır. Onun əlimizdə olan əsərlərinə görə yalnız Müfti Hüseyn əfəndi Qayıbzadə və Firidun bəy Köçərliyə minnətdar olmalıyıq. Qafqaz müftisi Hüseyn əfəndi özünün məşhur «Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə» adında dördcildliyinin II cildinə Əbdürrəhman ağa Şairin ədəbi və siyasi baxımdan bir neçə önəmli bildiyi əsərini daxil etmişdir. Bunlar müftinin ləfzi ilə «Gəncə xanı Cavad xan Ziyadoğlunun rus əskəri ilə Gəncədə olan cəngini vaqtla yetişməgini bəyan edir» müxəmməsi, «Şairdən İrakli xan haqqında xəyanət sadir olrnağına görə İrakli xan onun gözlərini çıxartdırandan sonra ə'ma və gözsüz olan vaxt inşa edir», «Gözsüzlük halında inşa edir» və «Gəncənin fəth və zəbti babındadır. Dövləti-Rusiyyə ilə Cavad xanın qətlə yetişməgi xüsusundadır» başlıqları ilə «Məcmuə»yə daxil edilmiş üç qoşmadan ibarətdir. Diqqəti çəkən odur ki, müfti məhz bu tarixi-siyasi məzmunlu əsərlərə önəm verərək, öz dördcildlik «Məcmuə»sinə məhz onları daxil etməyi lazım bilmişdir. Burada Əbdürrəhman ağa Şairin, deyək ki, aşiqanə üslubdakı əsərlərinə yer verilmir. Lakin araşdırıcı Şəmistan Nəzirlinin aşkarladığına görə, Əbdürrəhman ağa Şair Dilbazoğlunun
Nigara, tökmə zülfi-pürxəmin xali-siyah üstə,
Rəva görmə çəkim mən bəxti qarə ahi ah üstə. - mətləli qəzəlinin varlığını da qeyd edir.
Rəva görmə çəkim mən bəxti qarə ahi ah üstə. - mətləli qəzəlinin varlığını da qeyd edir.
Azərbaycan ədəbiyyatşünasları arasında Müfti Hüseyn əfəndi Qayıbzadə Əbdürrəhman ağa Şairin ədəbi irsinə ilk diqqət yetirən ədəbiyyatşünas müəllifdir. Ardınca məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli onun yaradıcılığı-na diqqət yetirmiş və ehtimal ki, Əbdürrəhman ağa haqqında məlumatları Firidun bəy Köçərli yaxın münasibətdə olduğu müfti Hüseyn əfəndidən və digər qazaxlı ziyalılardan almışdır. Firidun bəy Köçərli Əbdürrəhman ağaya yüksək qiymət vermişdir. Firidun bəy yazır:
«Molla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu «Şair» təxəllüsdür ki, əslən Qazax mahalının Xanlıqlar qəryəsin-dəndir. Bəzi müfsidlərin - ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş, - şeytan əti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına səy və guşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftgulər olunur. İrakli şahın qəzəbi cuşə gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.
Bilmək gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat və xövf etməz imiş və öz eli içində nüfuzlu və möhtərəm və sözü ötgün sayılırmış. Tamami hünər və səyini öz elinin və vətən-daşlarının xeyir və səlahı yolunda sərf edərmiş. Vəli mərhumun bədxahı və düşmənləri çox imiş. Öz işi və səlahını unudub camaat dərdinə yanmaqdan axırı düşmənlərin hiylə və şərarəti ucundan çeşmi-cahanbinindən mərhum qalır.
Bəli, belə qədir və qiyməti bilinməyən millət bahadırları haqqında deyirlər ki: «EI üçün ağlayan gözsüz qalar!»». Əbdürrəhman ağa Şairin «Gəncə xanı Cavad xan Ziyadoğlunun rus əskəri ilə Gəncədə olan cəngi...» adlı müxəmməsi 39 bənddən ibarətdir. Bu müxəmməsi Hüseyn əfəndi öz «Məcmuə»sində tam halda verir, Firidun bəy isə öz kitabının «Əbdürrəhman ağa Dilbaz oğlu «Şair» təxəliüs» bölməsində bu müxəmməsin yalnız 14 bəndinə yer vermişdir(bunu çoxgüman ki, çar senzurasının necə münasibət göstərəcəyini bildiyindən belə etmişdir).
Hər iki ədəbiyyat xadiminin məxsusi diqqət yetirdiyi bu sözügedən müxəmməs məzmun və ruh etibarilə Molla Vəli Vidadinin məşhur 28 bəndlik «Müsibətnamə» müxəmməsi ilə müqayisə oluna bilər. Bu düşüncələr Azərbaycanın fəlakətlərinə və uğursuzluqlarına göz yaşları axıdan yurdsevər, vətənpərvər, dərin milli təəssübkeşliyə malik, gözsüz olsa da, bülbüldən və güldən bəhs edən bir çox gözlülərdən min dəfə ziyalı bir insanın yetgin siyasi təfəkküründən süzülüb gəlmişdir.
Əlbəttə, Əbdürrəhman ağa Şairin o çağda baş vermiş tarixi hadisələrə milli mövqedən yanaşmasından dolayı məfkurəvi aspekt sarıdan nə rus çarizmi, nə də sovet dönəmində ədəbiyyat tariximizdə öz layiq olduğu qiyməti ala bildi. Bu yalnız indiki müstəqillik dönəmində tam mənası ilə mümkün ola bilərdi və hesab edirik ki, bu insan Azərbaycan ədəbiyyatı tarixində siyasi lirikanın milli təəssübkeşlik mövqeyindən yazılmış ilk nümunələrini yaradan müəlliflərdən biri kimi tədris ədəbiyyatında yerini almalıdır və bunun zamanı çoxdan gəlmişdir. Hər halda, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbdürrəhman ağa Şair, Mustafa ağa Arif, Kazım ağa Salik çıxılmaqla, heç bir şa'rdə aktiv siyasi ruh yox idi. Bədii sözdə millətin təəssübünün bu dərəcədə açıq bir şəkildə çəkildiyi müşahidə olunmurdu. Əgər Molla Pənahın «Görmədim» müxəmməsində, «Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!» qəzəlində ara müharibələrinin cana doydurduğu, Rusiya və İranın öz əlinə keçirməyə çalışdığı Quzey Azərbaycanda baş verən dramatik siyasi hadisələrə, siyasət adamlarının davranışlarına siyasi-fəlsəfi, siyasi-mənəvi bucaq altından baxılırsa, Molla Vəlinin «Müsibətnamə»sində isə bu siyasi hadisələrdən dolayı ölkənin fəlakət girdabında daha dərinlərə batdığından, vəziyyətin daha ümidsiz şəkil aldığından dolayı kədər və göz yaşları hakimdirsə, Əbdürrəhman ağada baş verənlərə münasibətdə daxili kədər və göz yaşlan ilə yanaşı etiraz notları, bu vəziyyətdən çıxılacağına bir ümid çaları özünü qabarıq hiss etdirir.
Əbdürrəhman ağanın «Ağlaram» qoşmasındakı ruh aradan iyirmi il keçdikdən sonra eyni zülmlə üzləşmiş - ayağını diyarda möhkəmlətmiş olan çar hökuməti tərəfindən 1818-ci ildə Rusiyaya sürgün edilmiş bacısı oğlu mayor Mustafa ağa Şıxlinskinin eyni rədifli mənzuməsində də yaşanır.
Bundan başqa, Əbdürrəhman ağa bu mövzuya qoşma janrında yazdığı başqa birşeirdə həsretmişdir. Laki hansının əvvəl qələmə alındığı bəlli deyil. Bu 6 bəndlik «Eylədi» rədifli qoşma müftinin «Məcmuə»sində, yuxarıda qeyd olunduğu kimi, «Gəncənin fəth və zəbti babındadır. Dövləti-Rusiyyə ilə Cavad xanın qətlə yetişməgi xüsusundadır» başlığı ilə yazıya götürülmüşdür. Yuxarıda deyildiyi kimi, onun irakli xan tərəfindən gözünün çıxarılması məlum və son dərəcə kədərli bir əhvalatdır və ən müxtəlif variasiyalarda yaddaşlarda qalmışdır. Şübhəsiz, bu məsələnin ən dəqiq izahı və tarixçəsi özünün iki qoşmasında qələmə alınmışdır. Bu iki qoşmadan 9 bəndlik «Dağlar» rədifli birincisi müftinin «Məcmuə»sində, artıq qeyd etdiyimiz kimi, «Şairdən İrakli xan haqqında xəyanət sadir olmağına görə İrakli xan onun gözlərini çıxartdırandan sonra ə'ma və gözsüz olan vaxt inşa edir», ikincisi - 5 bəndlik «Ağlaram» rədifli qoşması «Gözsüzlük ha-lında inşa edir» ı'zahat başlıqları altında yazıya afınmış və zəmanəmızə qədər gəlıb çatmışdır. Yeri gəlmişkən, Əbdürrəhman ağanın bu bir bənd şeirini Mirvarid Dilbazi bu ulu babasının faciəli ömür yoluna həsr etdiyi «Kor şair» poemasına epiqraf seçmişdir.
Camal ağaya istinadən Teymur ağa Miralayev belə bir fikir söyləyirdi ki, Əbdürrəhman ağanın Gəncə hakimi Cavad xana həsr etdiyi «Namus davası» adlı birmənzuməsiolub, Camal ağa 1920-ci ildə onu oxumaq üçün Hacıkərim Sanılıya verib və o, bu əlyazma kitabı qaytarmayıb. Hacıkərim Sanılı tutularkən evində müsadirə olunan kitablararasında bu kitab da olub. Eyni zamanda, Hacıkərim Sanılı özünün «Namus davası» əsərində Əbdürrəhman ağa Şairin eyniadlı əsərindən bəhrələnmişdir.
Mirvarid Dilbazinin adını çəkdiyimiz «Kor şair» poeması şairənin yaradıcılığının son dövrlərinə aid olmaqla, XVIII yüzilin sonları və XIX yüzilin başlanğıcında cərəyan etmiş dramatik siyasi hadisələrin mahiyyəti ilə o qədər də uzlaşmadığından, əlbəttə, tarixi deyil, yalnız gözəl bədii bir əsər kimi qəbul edilməlidir.
Çox təəssüf ki, Babadərvişdə Dilbazilərin məzarlığında Əbdürrəhman ağanın qəbrini aşkarlamaq mümkün olmadı. Amma buradakı üç türbədən biri onun olmalıdır, sadəcə 80-cı illərdə bu türbələrdə restavrasiya işləri kobud şəkildə aparılmış və şairin başdaşı görünür, torpaq altında qalmışdır.
Çox təəssüf ki, Babadərvişdə Dilbazilərin məzarlığında Əbdürrəhman ağanın qəbrini aşkarlamaq mümkün olmadı. Amma buradakı üç türbədən biri onun olmalıdır, sadəcə 80-cı illərdə bu türbələrdə restavrasiya işləri kobud şəkildə aparılmış və şairin başdaşı görünür, torpaq altında qalmışdır.
Əbdürrəhman ağa (Şair) Molla Alı ağa oğlunun Salahlı sakini Şeyda xanım Vəkil Pənah ağa qızı ilə nikahından iki oğlu qalmışdır: Allahyar ağa və Kərim ağa. Onun bu iki övladından olanlar Dilbazoğulları (Dilbazilər, Dilbazovlar) nəsli daxilində iki qolun: şərti olaraq Allahyarağalı və Kərimağalı adlanan qolların təməlində dayamrlar. Əbdürrəhman ağanın bir qızı da olmuş və yuxarıda qeyd edildiyi kimi, klassik şairimiz Kazım ağa Salik Şıxlinskinin ömür-gün yoldaşı, onun övladlarının anasıdır.
Abunə olun
Yeniliklərdən xəbərdar olun