1907-1987

Xanlıqlar kəndində doğulmuşdur. 1920-ci ildə Qazax şəhər gimnaziyasına daxil olmuş, 1929-cu ildə buranı bitirmişdir. O illərdə orta təhsili olanla-rın müəllimlik etmələrinə izin vehldiyindən 1932-ci lə qədər Basarkeçər rayonunda müəllim, orta məktəb direktoru, rayon xalq maarif şöbəsinin ınspektoru işləyir. 1931-ci ildə atası İbrahim ağa və qardaşlarının, digər Dilbazilərin başına gələn faciəli fevral-mart günlərində Basarkeçərdə olduğundan sürgün ondan yan keçir. 1932-ci ildə Tiflisdə Dəmiryol İnstitutuna daxil olursa da, öz bəy keçmişi və atasının sürgünə göndərilməsi ilə bağlı olaraq ali məktəbdən qovulur. Lakin o biri il sənədlərini düzəldir və soyadını Hacıyev yazdıraraq yenidən həmin ali məktəbə daxil olur. Xeyirxah insanlar onun kimliyini bilsələr də, üstünü vurmurlar.
Beləliklə, 1938-ci ildə Tbilisi Dəmiryol Nəqliyyatı institutunun «hərəkət və yük işləri mühəndisi» ixtisası üzrə bitirən Mustafa Hacıyev təyinatla Şimali Qafqaza - Tixoretsk stansiyasına rəis müavini göndərilir. 1939-cu ilə qədər burada işləyir, xəstəliyi ilə bağlı işdən çıxır və Qubaya qarda-şı Mahmudun yanına gəlir, 1942-ci ilə qədər burada müəllimlik edir.
1942-ci ildə orduya çağırılan Mustafa Hacıyev Şimali Qafqazda Mozdok və Orconikidze yaxınlığında döyüşlərdə iştirak edir, lakin 1942-ci il noyabrın 3-də onun xidmət etdiyi 134-cü atıcı alayın mühasirəyə alınması ilə almanlara əsir düşür. Özünün yazdığına görə, 1944-cü il aprelin 20-dək Proxladnoye, Temryuk, Odessa və Xerson kimi yerlərdə işçi batalyonlarının tərkibində ağır işləri yerinə yetirirlər. Oradan onları Yuqoslaviyanın Sarayevo, daha sonra Avstriyanın Bermşteyn şəhərlərinə atırlar. 1945-ci il mayın 6-da əsirlikdən azad edilirlər. Oradan Kafenberq şəhərində rusların düşərgəsinə gəlir və ehtiyat alayın tərkibinə daxil edilir.
1945-ci il sentyabrın 21 -dən Voroşilovqrad vilayətində həmin işçi batalyonunun 2-ci bölməsində xidmət edir. 1946-cı il avqustun 17-də ordudan tərxis olunan Mustafa Hacıyev Bakıya gəlir və dekabrın 16-da Azərbaycan Dəmiryol idarəsinə mühəndis-konsultant vəzifəsinə qəbul edilir.
1947-ci il martın 10-da onu Azərbaycan Dəmiryol idarəsi nəzdində Bakı Texniki Məktəbinə istehsalat hissəsinin müdiri vəzifəsinə keçirirlər, eyni zamanda 1952-ci il iyulun 25-dək burada tədris fəaliyyəti ilə məşğul olur.
Mustafa Hacıyevi 1952-ci il iyulun 26-da Bakı yük stansiyasında naryad mühəndisi vəzifəsinə dəyişdirirlər. 1955-56-cı illərdə Bakı Texniki Məktəbində ştatlı müəllim işləyir. 1957-ci ildən sonra 30 il ərzində Azərbaycan dəmiryolunda müxtəlif mühəndis vəzifələrində çalışmışdır.
Bir mühəndis olaraq dəmiryol işini dərindən bilən Mustafa Hacıyev bu sahədə namizədlik dissertasiyası müdafiə etmək, alimlik dərəcəsi almaq istədikdə, ictimai keçmişi etibarı ilə və alman əsirliyində olması səbəbincə buna açıq şəkildə imkan verilməmişdir. Lakin onun hazır elmi-texniki araşdırmalarından bəhrələnənlər olmuşdur. Mustafa Hacıyev Maştağa kəndində Seyidlər məhəlləsinin qəbristanlığında dəfn edilmişdir. Mustata Hacıyev 1942-ci il yanvarın 5-də Qubada Fatma Əlibala qızı Bayramova ilə ailə qurmuşdur. Fatma xanım Tibb Texnikumunu bitirmişdi. Lakin bu sahədə az işləyib, 1948-ci ildən vəfat edənədək (2 oktyabr 1983-cü il) Bakı Texniki Məktəbində kitabxanaçı işləmişdir.
Mustafa Hacıyevin övladları: Rasim, Sima, Yasəmən.
Rasim Hacıyev (1942) Bakıda yaşayır. Azərbaycan Xalq Təsərrüfatı institutunu əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir. 1966-cı ildən 2005-ci ilə qədər metropolitendə işləmişdir. Hazırda təqaüddədir.
Rasim Hacıyev Fəridə Balakişi qızı ilə evlənmişdir. Fəridə xanım BDU filologiya fakültəsinin məzunudur.
İki qızları var: Xədicə, Səbinə.
Sima xanım (1950) Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir. Bakıda 10 saylı poliklinikada sahə həkimi işləyir. Fuad Əliyevlə lanası Nəzıfə xanım Ələddin ağa qızıdır) aliə qurmuşdur.
Övladları: Tofiq, Rəna.
Yasəmən xanım Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Mərkəzi Kliniki Xəstəxanada və 6 saylı qadın məsləhətxanasında terapevt işləyir.
Övladları: Nailə, Aygün.

Abunə olun

Yeniliklərdən xəbərdar olun