1908-2000

HACI İSMAYIL AGA OĞLU DİLBAZİ 
Azərbaycan Respublikasının əməkdar baytar həkimi (1992).
Xanlıqlarda anadan olmuşdur. İlkin adı Hacıkərim olmuş (ona babası Hacıkərim ağanın adı qoyulmuşdu), sonra qısaca Hacı adını qəbul etmişdir. İlk təhsilini kənddə aldıqdan sonra, Qazax Pedaqoji Texnikumunu bitirmiş, bir müddət müəllimlik etmiş, Şəmkir rayon maarif şöbəsinin müdiri işləmişdir. Hacı Dilbazi 1936-cı ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş, 1941-ci ildə buranı müvafiq ixtisas üzrə bitirmişdir. Müharibə illərində Samuxda baytar həkimi işlədiyindən birmütəxəssis olaraq ona bron verilmiş, hərbi səfərbərlikdən kənarda qalmışdır.
Müharibədən sonrakı illərdə AKTİ baytarlıq kafedrasında əvvəlcə assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1953-cü ildə namizədlik dissertasiyası müdafiə edərək baytarlıq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hacı Dilbazi mənsub olduğu nəsildə hörməti tu-tulan kişilərdən idi. Gəncə sakinləri arasında da böyük hörmət və etibar qazanmışdı. Çalışdığı ali məktəbdə təhsıl alan qazaxlı tələbələrə böyük köməyi dəyirdi. 2000-ci ildə Gəncədə vəfat etdi və burada torpağa tapşırıldı. Hacı müəllimin vəfatından sonra ailəsi Bakıya köçmüşdür. Hacı Dilbazi 1945-ci ildə Gəncədə əslən Dağ Kəsəmən kəndindən olan Əsli Əhməd qızı ilə ailə qurmuşdur. Əsli Dilbazi 1945-ci ildə Gəncədə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı institutunda qeyri-üzvi kimya kafedrasında baş müəllim işləmişdir.  1995-ci ildə təqaüdə çıxmış, 2005-ci ildə Bakıda vəfat etmiş, Qurd Qapısındakı şəhər qəbristanlığında dəfn edilmişdir.
Hacı və Əsli Dilbazilərin üç övladı qalmışdır: İsmayıl, Gülrux, Vaqif.

 

 

 

Mükafatlar

  • Azərbaycanın əməkdar baytar həkimi

    12-01-1992

    Baytarlıq elmləri namizədi

    15-04-1953

Abunə olun

Yeniliklərdən xəbərdar olun