1953

Nicat Fərhad oğlu Dilbazi (1953, 1 dekabr) - Mingəçevirdə anadan olmuşdur. Burada 9 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinin məzunudur (1978). Təyinatla Mingəçevirdə 6 ay kardioloq işləmiş, sonra texniki rezin məmulatları zavodunun həkim məntəqəsinə müdir təyin edilmiş, 1982-ci ilə qədər burada çalışmışdır. 1983-1990-cı illərdə şəhər poliklinikasında şöbə müdiri, 1990-2002-ci illərdə Mingəçevir toxuculuq kombinatında tibbi-sanitariya bölməsinin baş həkimi işləmişdir. 2002-ci ildən isə Mingəçevir şəhər 2 saylı poliklinikasında şöbə müdiri və həkim məsləhət komissiyasının sədridir.
Nicat Dilbazi əslən Balakəndən olan Gülnisə Ziyəddin qızı Abbasova (1953) ilə ailə qurmuşdur. Gülnisə xanım onkoloq həkimdir, şəhərdəki onkoloji dispanserdə çalışır. Onların övladları:
Fərhan Dilbazi (1985), Kooperasiya Universitetinin məzunudur, iqtisadçıdır.
Mədinə Dilbazi (1986), Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin məzunudur.

Abunə olun

Yeniliklərdən xəbərdar olun