1926-1992

FƏRHAD TAHAR AĞA OĞLU DİLBAZİ
Qazax şəhərində anadan olmuş, orta məktəbi burada bitirmişdir. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinin məzunudur. İnstitutu bitirdikdən sonra bir müddət Qazax şəhərində işləmiş, müharibə illərində səfərbərliyə alınmamışdır. Müəllimliyi ilə yanaşı, gözəl tar ifaçılığı da vardı. Müğənni Sara Qədimova Qazağa qastrol səfərinə gələndə hətta onu tarda müşayiət etmişdi. Fərhad Dilbazi 1949-cu ildə o vaxtlar yeni tikilməkdə olan Mingəçevirə gəlmiş, burada yeni şəhərin ilk maarif ocağı olan 7 saylı məktəbin direktoru təyin edilmiş, 1965-ci ilə qədər bu vəzifədə çalışmışdır. Hələ 50-ci illərdə bu şəhərdə Mingəçevir Xalq Teatrını yaratmış, tamaşaya hazırladıqları Vaqif pyesində baş rolu oynamışdır və bu rol Mingəçevir teatrsevərlərinin köhnə nəslinin indi də yadındadır. 1965-ci ildən şəhərdə 6 saylı məktəbdə tarix fənnini tədris etmiş, daha sonra pedaqoji fəaliyyətini yeni inşa olunmuş binaya köçən 7 saylı məktəbdə dərs hissə müdiri vəzifəsində davam etdirmişdir. Fərhad Dilbazi daha sonra Mingəçevir tarix və diyarşünaslıq muzeyinə direktor təyin olunmuş, ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.Mingəçevirdə vəfat etmiş, burada dəfn olunmuşdur. Fərhad Dilbazi 1946-cı ildə Qazaxda əslən Tiflisdən olan Sara xanım Hüseyn qızı Məmmədova (1927) ilə ailəqurmuşdur. Saraxanım ixtisasca mühasibdir. Onların övladları: Esmira, Tahir, Nicat, Əfrasiyab. Esmira Fərhad qızı Dilbazi (1948) – Qazaxda anadan olmuşdur. Dillər Universiitetini rus dili müəlliməsi ixtisası üzrə bitirmişdir. Hazırda Bakıda yaşayır, 115 saylı məktəbdə işləyir. Əslən Ağstafadan Tofiq Kərim oğlu Məmmədov ilə ailə qurmuşdur. Tofiq Məmmədov (1945-2001) Azərbaycan Politexnik institutunun məzunu idi, uzun illər məsul vəzifələrdə olmuş, bir müddət «Bakı Fəhləsi» zavodunun direktoru işləmişdir. İki övladları var: Ülviyyə (1974), Anar (1975).Tahir Fərhad oğlu Dilbazi (1950, 9 may -2000, 14 aprel) - Mingəçevirdə anadan olmuşdur.Mingəçevir Politexnik Texnikumunu avtomobil ixtisası üzrə bitirmişdi. Mingəçevirdə yaşadı və burada dünyasını dəyişdi. Həyatyoldaşı Mehhban xanım tibb bacısıdır. İki qızları var: Afət, Arzu. Nicat Fərhad oğlu Dilbazi (1953, 1 dekabr) - Mingəçevirdə anadan olmuşdur. Burada 9 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinin məzunudur (1978). Təyinatla Mingəçevirdə 6 ay kardioloq işləmiş, sonra texniki rezin məmulatları zavodunun həkim məntəqəsinə müdir təyin edilmiş, 1982-ci ilə qədər burada çalışmışdır. 1983-1990-cı illərdə şəhər poliklinikasında şöbə müdiri, 1990-2002-ci illərdə Mingəçevir toxuculuq kombinatında tibbi-sanitariya bölməsinin baş həkimi işləmişdir. 2002-ci ildən isə Mingəçevir şəhər 2 saylı poliklinikasında şöbə müdiri və həkim məsləhət komissiyasının sədridir.
Nicat Dilbazi əslən Balakəndən olan Gülnisə Ziyəddin qızı Abbasova (1953) ilə ailə qurmuşdur. Gülnisə xanım onkoloq həkimdir, şəhərdəki onkoloji dispanserdə çalışır. Onların övladları:
Fərhan Dilbazi (1985), Kooperasiya Universitetinin məzunudur, iqtisadçıdır.
Mədinə Dilbazi (1986), Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin son kurs tələbəsidir.
Əfrasiyab Fərhad oğlu Dilbazi (1961, 9 yanvar), Azərbaycan inşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mingəçevir işıq şəbəkəsində çalışır. Həyat yoldaşı Tahirə xanım evdar qadındır. iki qızları var: Əzizə, Nuray.

Abunə olun

Yeniliklərdən xəbərdar olun