1923-2011

MÜSEYİB OSMAN AĞA OĞLU DİLBAZİ
Qazax şəhərində yaşayan Müseyib Dilbazini mahalın hörmətli kişilərindən biri olaraq qiyabi tanıyırdım, köhnə kişilərlə söhbətləşməyi çox xoşlasam da, onunla vaxt tapıb üzbəüz oturmaq təşəbbüsündə bulunmamışdım. Qazaxdakı dostlardan onun ev telefonunu götürüb zəng vurduqda, telefonu ömürgün yoldaşı Müqəddə xanım götürdü və Müseyib əminin bu saat mərkəzdəki «Mütəfəkkirlər bağı»nda gəzintidə ola biləcəyini söylədi. Dərhal oraya yollandım. Kənardan baxıb ikibir, üçbir gəzişərək söhbət edən, skamyalarda əyləşmiş yaşlılara diqqət edə-edə irəliləyərkən onu aralıdan o saat tanıdım və yaxınlaşıb, salam verərək özümü təqdim etdim. Niyyətimi duyunca, əl çəkməyib evə təklit etdi, deyim ki, söhbətimizin xeyli çəkəcəyini düşünüb razılaşdım. Bu dünya görmüş kişi ilə həmin mart günündə cərəyan etmiş söhbətimiz Dilbazilərin keçmişinin bir çox maraqlı məqamlarına işıq salırdı. Fürsətdən istitadə edib, özü barədə də söhbət saldım:
...Müseyib Osman ağa oğlu Dilbazi 1923-cü il sentyabrın 9-da Xanlıqlar kəndində anadan olmuşdur. Gəncədə 5-ci komsomol məktəbini bitirmişdir. Bu şəhərdə Tibb Texnikumunda diş həkimliyi ixtisasına yiyələnmişdir. Atası Osman ağa 1938-ci ildə basmaqəlib «xalq düşməni» ittihamı ilə həbs edildikdən sonra ailəliklə çətin günlər görmüşdür. Texnikum təhsilini başa vurduqdan sonra bir müddət Qazaxdan aralı yerlərdə -1939-cu ildən 1941-ci ilin iyun ayınadək Bərdədə həkim, o mahalın Şirvanlı kənd həkim məntəqəsinin müdiri işləmişdir. Böyük Vətən müharibəsi başlanandan bir neçə gün sonra - iyunun 26-da könüllü olaraq cəbhəyə yollanan Müseyib Dilbazi Qərbi Ukraynada döyüşlərə qatılır, onun xidmət etdiyi hərbi hissə İvanovo-Frankovskdan Kiyevə qədərağır müdafiə döyüşləri apara-apara geri çəkilir. «Diviziyamız canlı qüvvə sarıdan böyük itkilər vermişdi. Kiyev ətrafından bizim hissəni götürüb Tula ətrafında gedən vuruşmalar rayonuna atdılar, orada yaralandım. Sağaldıqdan sonra yenidən öz hissəmə - 151-ci diviziyaya gəldim», - deyə Müseyib Dilbazi xəyalən o illərə qayıdaraq danışırdı.
Bu dəfə 151 -ci diviziyanın tərkibində Qafqaz istiqamətində gedən döyüşlərin iştirakçısı olur, Rostov, Çerkassk, Donetsk, Xarkov şəhərlərinin almanlardan azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Onun 1942-ci il mayın 3-də baş vermiş döyüşdə göstərdiyi fədakarlığı kapitan İvan İliç Polişşukun «Əmr yerinə yetirildi» kitabında belə təsvir olunur: «Göydən, yerdən güllə yağışı, toplardan, tanklardan, minomyotlardan, təyyarələrdən atılan mərmilərin qulaqbatırıcı, dəhşətli gurultusu altında bu gənc 23 nəfər yaralını döyüş meydanından çıxarıb, onları coşqun Urfa çayından arxa cəbhəyə keçirməklə böyük qəhrəmanlıq göstərmişdi». Müseyib Dilbazinin bu igidliyi Bakıda çıxan «Kommunist» qəzetinin 25 fevral 1943-cü il sayında da təsvir edilmişdi. Həmin hadisə barədə Qurban Orucovun «Azərbaycan Qafqaz döyüşlərində» kitabında (1984) da məlumat verilir: «Kirovabadlı sanitar təlimatçısı Müseyib Dilbazov döyüşlərin birində düşmənin şiddətli atəşi altında 23 yaralı sovet əsgərini döyüş meydanından çıxartmış, silahları ilə birlikdə Terek çayından keçirmiş və səhiyyə məntəqəsinə təhvil vermişdir. Bu igidliyə görə o, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir». Sonrakı döyüşlərdə aldığı ağır yaralardan sonra Müseyib Dilbazi Bakıya hərbi hospitala gətirilir. Burada bir müddət müalicə olunur. Özünün söylədiyinə görə, Qazaxda mənzil məsələsinin həlli - daha doğrusu, şəhərdə yerləşən və 30-cu illərin əvvəllərində müsadirə edilmiş ata-baba mülklərindən bir neçə otağı ailəsi üçün almaq xahişi ilə hospitaldan MK-ya Mircəfər Bağırovun qəbuluna gedir. M.Bağırov onu qəbul edirvə probleminin həll edilməsi üçün Qazax RİK-ə bir kağız yazır. Onun hospitalda müalicə olunan hərbçilər adından başqa bir xahişini - şikəst olmuş bu adamlar üçün mühasibatlıq, dərzilik kurslarının açılması xahişini də çatdırır və Bağırov bu məsələni də müsbət həll edir. Müseyib Dilbazi bu görüşdən belə bir detalı da xatırlayır ki, Bağırov ondan atasının adını eşidən kimi, Osman ağanı soruşur, onun 1938-ci ildə tutulduğunu eşidib buna «mən bunu niyə bilmirəm?» deyə təəccüblənirvə əlavə edir ki, Osman ağa Dilbazovu yaxşı tanıyırdı. Cəbhədə bir qolunu və üz-gözünün yaraşığını itirən bu gənc 1944-cü il aprelin 28-də birinci qrup müharibə əlili kimi ordudan tərxis olunur. Cəbhədən Qazağa sinəsi orden və medallarla qayıdan Müseyib Dilbazi şəhərdə  mənzil məsələsi ilə bağlı RİK rəhbərliyi ilə mübahisəsi də olur... Onun üçün iş vardı - o vaxt bu kiçik əyalət şəhərində fəaliyyət göstərən ikiillik Müəllimlər İnstitutunda mayın 6-dan hərbi masanın rəisi təyin olunur və eyni zamanda tələbələrə sanitariya fənnindən dərs deyir. 1946-51-ci illərdə isə altı para kənddən ibarət Əskipara dərəsində həkim məntəqəsinin müdiri işləyir. 1951-1961-ci illərdə Qazax rayon Səhiyyə-Maarif  Evinin müdiri, 1961-1981-ci illərdə isə dezinfeksiya idarəsinin müdiri vəzifələrində mahalımızda insanların sağlamlığı işinə birtibb işçisi olaraq öz töhfəsini verir. 1981-ci ildən sonra isə sanitar-epidemioloji stansiya müdirinin müavini olmuşdur. Səhiyyə orqanlarında 26 il ilk partiya təşkilatının katibi vəzifəsində çalışmışdı ki, sovet dövründə ona böyük etimad göstərildiyindən xəbər verir. Bundan başqa, 6 dəfə Qazax şəhər sovetinin deputatı seçilmişdi. Uzun müddət Qazax Rayon Veteranlar Şurasının sədri olmuşdur.
Hazırda, Müseyib Dilbazi Qazax Rayon Veteranlar Şurası sədrinin müavini və hərbi-vətənpərvərlik daimi komissiyasının üzvüdür. Onun cəbhə illəri barəsində 2005-ci ildə qələbənin 60 illiyi münasibəti ilə nəşr olunmuş «Qazax veteranları. 1941-1945» kitabında da məlumat verilmişdir. Qazaxda bütün hərbi-vətənpərvərlik tədbirlərində başda oturdulan Müseyib Dilbazi Vətən qarşısında xidmətlərinə görə «Qırmızı Ulduz» ordeni, 3-cü dərəcəli «Şöhrət»ordeni, 1-ci dərəcəli «BöyükVətən müharibəsi»ordeni, 32 yubiley medalı ilə təltif olunmuşdur. 1957-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı, «Əməkdə fərqlənməyə görə» gümüş medalı, habelə 1981-ci ildə «Şərəf nişanı» ordeninə layiq görülmüşdür. «Qazaxda səhiyyə sistemində mənim qədər orden-medal alan yoxdur», - deyə Müseyib əmi bir az fəxrlə, bir az yarızarafat-yarıciddi söylədi. Ömrünün 85-ci baharını yaşayan Müseyib əmi maşallah çox qıvraq görünürdü. Sağollaşanda həyətdə zarafatla mənə dedi: «Bizim bu Qazaxda kişilər var ki, 60 yaşında artıq yerişlərini itiriblər. Mənə bir xam at versələr, minib səyirdərəm». Qazax şairlərindən Əziz-Məftun Həsənzadənin «Vətən oğlu» (1964), Eyvaz Qələmçəlinin «Müharibə olmasın» şeirləri Müseyib Dilbaziyə həsr olunmuş, onun haqqında mətbuatda yazılar getmişdir. Lakin Qazağın el şairlərinin bu igid kişiyə həsr etdikləri şeirlərin arasında hörmətli şairimiz Barat Vüsalın Müseyib Dilbaziyə ünvanladığı «Heykəl» adında bir şeiri bu köhnə döyüşçünün odlardan-alovlardan keçmiş yolunu və şəxsiyyətini daha gerçək cizgilərlə əks etdirir:
Şanlı döyüşlərin şanlı əsgəri, 
Üzündə, gözündə cəbhə səngəri.
Xatirədir qan-qadalı illəri,
Muzeyidir o illərin Qazaxda.
Belə oğlu olan elin nə dərdi, 
Özü mərddi, söz-söhbəti nə tərdi. 
Elə bil ki, tuncdan tökmə əsərdi, 
ayımı var bu əsərin Qazaxda.
Ağsaqqaldı, pürvüqardır, pürhünər, El-obayla bir qəmlənər, bir gülər, 
El-obayla bir dan/şar, bir dinər. 
Bəzəyidir xeyrin-şərin Qazaxda.
Qədim nəslin tarixi var huşunda, 
Xanlıqların torpağında, daşında. 
Bir pələngdir yetmiş-səksən yaşında Heykəlidir igidlərin Qazaxda.
Yeri gəlmişkən, Müseyib Dilbazinin qazaxlı heykəltəraş Ramiz Məmmədov tərəfindən yaradılmış son dərəcə ifadəli, koloritli büstü Qazax Rəsm Qalereyasında nümayiş etdirilir. Müseyib Dilbazi əslən İkinci Şıxlıdan (Sarıvəlli) Müqəddə Korca qızı Nəsibova (1923) ilə evlənmişdir. Qazaxda ikiillik Müəllimlər İnstitutunun məzunu olan Müqəd-də Nəsibova (Dilbazi) 1946-51-ci illərdə Əskiparada müəllimə, 1951-53-cü illərdə Qazaxda 8 illik məktəbdə müəllimə işləmişdir. Sonra ixtisasını dəyişərək Qazax Tibb Texnikumunu bitirmiş və uzun illər şəhərdəki psixiatriya xəstəxanasında baş tibb bacısı vəzifəsində çalışmışdır. Müseyib və Müqəddə Dilbazilərin iki qızı, bir oğlu (Tünzalə, Dilşad və Bəhruz) var, onların hər üçünə ali təhsil vermişlər. Tünzalə Müseyibqızı Dilbazi (1947) Qazaxda2saylı orta məktəbiqızıl medalla bitirmişdir. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin məzunudur. Hazırda Xırdalan poliklinikasında akuşer-ginekoloq işləyir. Yuxarı Əskiparadan Elxan Musayev ilə (Tibb Universiteti, dosent) ailə qurmuşdur. iki qızı, bir oğlu var: Xədicə, Sevinc və Orxan. Hər üçü ali təhsillidir, ailəlidir. Dilşad Müseyib qızı Dilbazi (1948) Qazax şəhərində 2 saylı orta məktəbin məzunudur. Azərbaycan Xalq Təsərrüfatı institutunu əmtəəşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, bir müddət bu institutda tədris fəaliyyəti ilə məşğul olmuşdur. Sonrakı illərdə Qazaxda ticarət sistemində çalışmışdır. Hazırda Qazax rayon İstehlak Cəmiyyəti sədrinin müavinidir. Stoiüstü tennis üzrə SSRİ idman ustasıdır. Çaylı kəndindən Qüdrət Müseyib oğlu Süleymanov ilə ailə qurmuşdur. Onların da iki qızı və bir oğlu var: Şəhrudə (hüquqşünas), Aynurə (tibb məktəbini bitirib) və Tərxan (ixtisasca rabitə mühəndisidir).

Abunə olun

Yeniliklərdən xəbərdar olun