1928-2013

ZAHİD HACIAĞA OĞLU DİLBAZİ
Bu soykökün parlaq yetirmələrindən, Azərbaycanın görkəmli geoloq alimlərindən biri Zahid Hacı ağa oğlu Dilbazi Xanlıqlar kəndində dünyaya göz açmışdır. Atası Hacı ağa Hüseyn ağa oğlu, babası və digər qohumlarının 1931-ci ilin fevralında həbs edilmələri ilə başlanan fəlakət, güllələnmələr, o cümlədən əmisi Zirəddin ağanın kənddə camaatın qarşısında, atasının və babasının Qazax həbsxanasında güllələnmələri, repressiya olunanların ailə üzvlərinin isə 3-5 il müddətinə Qazaxıstana sürgünə göndərilmələri acı bir xatirə kimi onu bütün ömrü boyu izləmişdir. Bu adam yaşanmış fəlakətin içərisindən salamat çıxaraq, məhrumiyyətlərə və çətinliklərə dözərək Azərbaycanın görkəmli geoloq alimləri ilə bir sırada dayanana qədər acılı-şirinli bir həyat yaşamışdır.
♦ SÜRGÜNDƏN QAZAĞA QAYIDIŞ
Özünün söylədiyinə görə, üç illik müddət başa çatanadək Aral dənizinin ortasındakı sərt iqlim şəraitinə malik Avan adasında yaşamışlar. Sürgün həyatını yaşamağa məhkum edilmiş bu insanların qışda iliklərə işləyən soyuqdan, yayda amansız hərarət, aclıq, müxtəlif xəstəliklərdən get-gedə seyrəldikləri bu amansız adalar mühitində anası Zeynəb xanım balıq qoxusunu götürməsə belə, canını dişinə tutaraq Avandakı balıq zavodunda işə düzəlmiş, iki körpə qızını itirsə də (Pəri lap tez, Şokolad isə 1934-də tələf oldular), iki azyaşlı oğlunu (sürgünə göndəriləndə Əfəndinin - 6, Zahidin 4 yaşı vardı) salamat saxlaya bilmişdir. Üçillik sürgün müddəti başa çatdıqdan sonra Zeynəb xanıma sahil kolxozlarının birində işləməyə icazə verilir. Bu savadsız, lakin bəy mühitindən çıxmış qadın indi əlində kətmən qızmar günəş altında pambıq becərən yerlilər və sürgünlük ailələrin qadınlarının sırasında çalışır, hətta adı o illərin termini ilə «zərbəçi pambıqçılar» sırasında çəkilir. Bu qadının çalışqanlığını, zəhmətkeşliyini nəzərə alan yerli hökumət 1935-ci ildə ona Qazaxıstanda qalıb yaşaması və ya vətənə qayıtmasın-da sərbəstlik verir. Orada sərbəstliyə qovuşa bildiklərindən anası ara-sıra Bakıya gedib-gələn azərbaycanlılar vasitəsilə qardaşı Vəli ağa Böyük ağa oğlunun Bakıda müəllim işlədiyindən xəbər tutur. Məktub vasitəsilə onunla əlaqə yaradır və 1936-cı ilin may ayında qardaşının göndərdiyi pulun köməyi ilə iki yeniyetmə oğlunu da götürüb Bakıya gələ bilir. Şəhərdə altı aya yaxın bir müddətdə qardaşı evində qalsa da, onlar sürgündən qayıtmış olduqlarından paytaxtda yaşamaları yasaq idi. Odur ki, Qazağa qayıtmalı oldular, burada isə evləri çoxdan müsadirə edilmiş olduğundan Zeynəb xanımın Poylu kəndində yaşayan bacısı Pəri xanım Hacıqasımovagildə qalmalı oldular. Lakin burada da dinclik tapa bilmədilər. Hacıqasımovların dədə-baba mülklərinə Poyludakı yağ zavodu yiyələndi və odur ki, hamılıqla Qazağa köçməli və kirayənişin yaşamalı oldular. Elə birzaman idi ki, heç yandan kömək gözləməyinə dəyməzdi - 37-38-ci illərin müdhiş xofu hamının üzərinə çökmüşdü. Amma keçmiş haqqı-sayı unutmayanlar da vardı. Zahid müəllim xatırlayır ki, Xanlıqlardan Ziyad kişi gəldi (şair Zaməddin Ziyadoğlunun atası), ailəmizin başına gələnlərdən çox mütəəssir olmuşdu, hal-əhval tutdu, bizə ürək-dirək verdi, bacardığından hörmət edib getdi. Sonralar da imkan düşdükcə bizi unutmurdu.
Qazax şəhərində Zeynəb xanım və iki oğlu bir müddət Hacı ağanın əmizadəsi Həmid Dilbazovgildə qalır, sonra kirayə ev tuturlar, Zeynəb xanım ailəni birtəhər dolandırmaq üçün xadimə işinə düzəlir.
♦ İBTİDAİ MƏKTƏBİN BİRBAŞA İKİNCİ SİNFİNƏ
Zahid müəllim o illəri belə xatırlayır ki, sürgündən qayıtmış bir ailə olduqlarından qonşular hətta uşaqlarının da Zeynəb xanımın uşaqları ilə birgə oynamalarına izin vermirdilər. Yeniyetmə Zahidin oturub-durduğu Qazax şəhərinin rus yeniyetmələri idi və bu minvalla onun rus dilini sərbəst mənimsədiyini görən anası onu aparıb şəhərdəki rus məktəbinə qoyur. 1937-ci ildə Zahidi Qazaxdakı ibtidai məktəbin rus bölməsinin birinci sinfinə qoymuşdular, lakin müəllimi Volodya Ponomarenko (atası vətəndaş müharibəsi qəhrəmanı məşhur Budyonnının adyutantı olmuşdu) şagirdin artıq birinci sinif səviyyəsini aşmış olduğunu görüb, onu birbaşa ikinci sinfə keçirmişdi. Sonra müharibə başlandı və yaşayış daha dözülməz şəkil aldı. 1943-cü ildə qardaşı Məhəmmədin ordu sıralarına çağırılmasından sonra ailəni saxlamaq Zahidin üzərinə düşdü. işləməklə bərabər təhsilini axşam məktəbində davam etdirir, dərslərini unutmurdu. Məktəbdə çalışqan, yaxşı oxuyan bir şagird kimi tanınırdı və müəllimləri onu yaxşı bir gələcək gözlədiyinə şübhə etmirdilər. O illərdə Qazax şəhərində fəaliyyət göstərmiş «Voroşilov», « , may» yerli sənaye artel və təşkilatlarında çalışmalı oldu. Zahid müəllim bu illərdə hətta çəkməçilik peşəsini yaxşıca mənimsədiyini indi təbəssümlə yad edir. Bu minvalla 1946-cı ildə onillik təhsilini də başa vurub attestat aldı. 1947-ci ildə qardaşı Məhəmmədin ordudan qayıtması ilə vəziyyətləri bir balaca düzəlmiş kimi oldu. Nəhayət, ali təhsil barədə düşünmək olardı və heç fikirləşmədən sənədlərini M.Əzizbəyov adına Azərbaycan Sənaye institutunun geoloji-kəşfiyyat fakültəsinə verdi və qəbul olundu. Həmin fakültəni 1952-ci ilin sentyabrında dağ-mühəndisi geoloq ixtisası üzrə bitirdi.
♦   MÜƏLLİMLİK
Orta məktəbi rus dilində başa vurduğundan bu ağır təhsil ocağında oxumaq onun üçün o qədər də çətin olmadı və ali məktəbi bitirəndə hazır müəllim idi. Bunu nəzərə alaraq, Zahid Dilbazini Bakı Oktyabr İnqilabı adına Neft Texnikumuna geoloji ixtisaslar üzrə müəllim göndərmişdilər.
Həmin ilin noyabrında onu texnikumun ilk komsomol təşkilatının katibi və sonra Lenin rayon konfransında plenuma üzv seçirlər ki, bütün bunlar «xalq düşməninin» oğlu olan birgənc üçün, o illərin boğucu siyasi atmosferi nəzərə alınarsa, peşə karyerasında çox uğurlu pillə sayıla bilərdi. 1954-cü ilin sentyabnnda isə M.Əzizbəyov adına Azərbaycan Sənaye institutunun geoloji-kəşfiyyat və neft-mədən fakültələrində ümumi geologiya fənni üzrə məruzələr oxumağa və məşğələlər aparmağa dəvət edilir.
1957-ci ilin aprelində Azərbaycan Neft Nazirliyinin göstərişi ilə Bakı Axşam Neft Texnikumuna xüsusi ixtisas fənləri üzrə metodist-inspektor vəzifəsinə təyin olunmaqla bərabər, M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda və Neft Texnikumunda müəllimlik fəaiiyyətini də davam etdirir.
♦   ÖZ XAHİŞİ İLƏ ŞİRVANNEFTƏ
Nəzəriyyə öz yerində, amma sayılan və etiraf olunan bir neftçi-geoloq olmaq istəyirdisə, mütləq praktik biliklərini artırmalı idi və bu məqsədlə 1959-cu ilin fevralında «Şirvanneft» NQÇİ elmi-tədqiqat və istehsalat işləri sexinin neft-mədən şöbəsinə böyük mühəndis vəzifəsinə keçdi. 1959-cu ilin iyununda isə Ə.N.Əlixanovun məsləhəti ilə NQÇİ-nin geoloji şöbəsində böyük geoloq vəzifəsinə təyin olundu.
Zahid Dilbazi 1961-ci ilin fevralından 1963-cü ilin aprelinə qədər «Şirvanneft» NQÇİ-də geoloji şöbənin rəisi vəzifəsində işləmişdir. 1963-cü ilin aprel ayında «Azərneft» birliyinin əmri ilə yeni təşkil olunmuş «Salyanneft»də baş geoloq vəzifəsinə  təyin olunur. Onun çox düzgün və vaxtında atılmış bu addımı həm bir mütəxəssis olaraq özünün yüksəlişi, həm də bütövlükdə respublikanın neft sənayesi üçün öz bəhrəsini verdi. Neftçala yatağmda neftli sahənin genişləndirilməsində, neft və qaz ehtiyatlarının artırılmasında, Xıllı yatağının konservasiyadan çıxarılıb mənimsənilməsində və Kürsəngi yatağında geoloji-kəşfiyyat işlərinin davamında, yeni sahələrdə yeni obyektlərin açılıb mənimsənilməsində Zahid Dilbazinin az rol oynamadığı neftçi geoloqlar tərəfindən bu gün birmənalı etiraf olunur. Zahid Dilbazi 1971-ci ilin avqustundan 1975-ci ilin yanvarına qədər AzNSETLİ-də neft yataqlarına xüsusi süni təsir üsulları bölməsində böyük elmi işçi vəzifəsində çalışarkən onun neft yataqlarının işlənilməsində, atom enerjisindən istifadə olunması və ya rədd olunması məsələlərində də az rolu olmamışdır.
♦   ƏLCƏZAİRDƏ
Bu Şimali Afrika ölkəsində işlədiyi dövrü paytaxt Əlcəzairdə, Bumerdes şəhərində keçən günlərini Zahid müəllim indi xoş təəssüratlarla anır. Ailəliklə yollandığı Əlcəzair Xalq Demokratik Respublikasında (o vaxtlar dövlətin adı belə idi) 1975-ci ilin yanvarından 1978-ci ilin fevralına qədər çalışmışdı. Ölkə Moskvanın maddi və mənəvi yardımı ilə Fransa müstəmləkəçiliyindən xilas olduqdan sonra Kreml bu öl kəyə hərtərəfli siyasi, iqtisadi və elmi-texniki yardım göstərir, onun başlıca sərvəti olan neft və qaz yataqlarının işlənməsində kömək üçün vaxtaşırı olaraq öz mütəxəssis qruplarını oraya ezam edirdi.
Bir nüfuzlu neft mütəxəssisi olmaq etibarilə, Zahid Dilbazi Əlcəzairə 2 illiyə göndərilmişdi, lakin sonra onun ezamiyyət vaxtını 3 ilə qədər uzatmağı lazım bilmişdilər. Burada kontrakt qrupuna rəhbərlik etmiş, ölkənin Energetika və Karbohidrogen Nazirliyində ekspert, Triyas vilayəti üzrə baş mühəndis və nazirliyin «neft yataqlarının işlənməsi» şöbəsinin rəisi vəzifələrində çaiışmışdı.
Əlcəzairdəki fəaliyyəti burada yüksək fəxri fərmanla qeyd edilmişdir. indi «Kontrakt 12000»nin başaçatması münasibətilə həmkarlarının müxtəlif dillərdə yazmış olduqları ürək sözlərindən ibarət Əlcəzair mənzərələrini əks etdirən açıqcalan, fotoşəkilləri o illərdən şirin bir xatirə olaraq saxlayır.
Böyük Səhranın qoynunda neft və qaz axtarışlarına və işlənməsinə həsr edilmiş üç illik zaman kəsimi beləcə arxada qaldı.
♦ ŞÖHRƏTLİ NEFTÇİ-GEOLOQ
1976-cı ilin iyun ayında xarici ezamiyyətdən Bakıya məzuniyyətə gəlməsi həyatında bir əlamətdar hadisə ilə yadda qaldı: «Kürsəngi neft-qaz kondensat yatağının geoloji-tektonik və geokimyəvi xüsusiyyətləri və işlənməsinin bəzi məsələlərb mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.
Zahid Dilbazi dövri mətbuatda (qəzetlərdə və elmi jurnallarda) 1960-cı ildən çıxış etməyə başlamışdır. Axtarış, kəşfiyyat, işlənmə və neft-qaz toplanışlarının əmələgəlmə məsələlərinə həsr edilmiş, rus, Azarbaycan, ingilis və fransız dillərində 80-dən çox çap olunmuş elmi əsərin və neft-qaz və qazkondensat yataqlarmın axtarışı, kəşfiyyatı və işlənilməsi problemlərinə aid 110-dan çox elmi fond hesabatlarının müəllifidir. Aşağı Kür düzənliyi yataqlarının açılmasında, Kürovdağın şimal-qərb hissəsinin, «Qarabağ»ın, Mişovdağın cənub-şərq hissəsinin, Nefçalanın cənub-şərq periklinalının, Yeni Qışlaq sahəsinin, Kürsənginin açılışı və mənimsənilməsinin fəal iştirakçısıdır. Bir çox səmərələşdirmə işlərinin müəllifi və həmmüəllifidir. O bir quyu-da 2 istismarobyektinin (horizontun) birgə işlədilməsini yox, eyni horizontun iki layının ayrılıqda eyni zamanda işlədilməsinin səmərəliliyini sübut etmişdir.
Zahid Dilbazi 1978-ci ilin fevralında xarici ezamiyyətdən qayıtdıqdan sonra 1979-cu ilin aprelinə qədər AzNSETLİ-də böyük elmi işçi, 1979-cu ilin aprelindən 1981-ci ilin iyun ayına qədər Azərbaycan Neftvə Kimya İnstitutunun «Neft yataqlarının işlənmə və istismarı» kafedrası nəzdindəki elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi, 1981-ci ilin iyun ayından isə AzNSETLİ-də böyük elmi işçi, «Mərkəzi və Şərqi Abşeron neft-qaz yataqlarının işlənməsi» laboratoriyasının müdiri, 1993-cü ilin dekabrından institutun neft yataqlarının geologiyası və işlənməsi üzrə direktor müavini - baş geoloq vəzifəsində çalışmışdır. Zahid Dilbazi 2 ixtiranın həmmüəllifidir. Bu ixtiralar Azərbaycan, Qərbi Sibir və Qazaxıstanın neft-qaz yataqlarının struktur formalarının yeni üsullarla aşkara çıxarılması və işlənməsində yüksək iqtisadi səmərə ilə qəbul olunmuşdur.  Onun 16 fevral 1987-ci ildə SSRİ Neft Sənayesi naziri V.A.Dİnkovun, Azərbaycan KP MK ikinci katibi Konovalovun, Respublika NazirlərSovetinin sədri N.H.Seyidovun «Azərneft» birliyinin baş direktoru A.A.Cəfərovun və başqalarının iştirakı ilə AzNSETLİ-də aparılan yığıncaqda «Abşeron yarımadasında yerləşən neft yataqlarının cari vəziyyəti və inkişaf yolları» haqqında çıxışının nəticəsində bu yataqların tükənməsi və «qocalması», yataqların bağlanması və Azərbaycan neftçilərinin Qərbi Sibirdə Ob çayının sağ sahilində açılmış neft yataqlarının mənimsənilməsi üçün cəlb olunması fikri tamamilə və birdəfəlik aradan götürülmüşdür. Zahid Dilbazi Beynəlxalq Ekologiya, İqtisadiyyat və Energetika Akademiyasının elmlər doktoru və professorudur. O Amerika Neftçi Geoloji Assosiasiyasınm fəal üzvüdür. Azərbaycan Dövlət Neft Şirkətinin geoloji-kəşfiyyat, neft-qaz ehtiyatları, neft-qaz və qaz kondensat yataqlarının işlənilməsi üzrə mərkəzi komissiyalarının üzvüdür. ARDNŞ Quruda Neft və Qazçıxarma İB Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə institutunun (AzNSETLİ) böyük elmi şurasının üzvü və şuranın geologiya və neft-qaz yataqlarının işlənilməsi bölməsinin sədridir. Zahid Dilbazi Bakı, Moskva, Samara, Ufa, Tomsk, Tümen, İvanovo-Frankovsk, Qroznı, Nebit-Dağ, Əlcəzair, London, Los-Ancelesdə keçirilmiş beynəlxalq konfranslar və simpoziumlarda yüksək elmi və praktik dəyərə malik məruzələrlə çıxış etmişdir. Bu nüfuzlu geoloq alimin məruzələrinin hamısı neft, qaz və qazkondensat yataqlarının işlənilməsinə, səmərələşdirilməsinə və axtarış kəşfiyyatına həsr olunmuşdur. Onun hazırladığı «2010-cu iləqədərolan dövrdə «Azərineft» yataqlarında neft hasilatının inkişaf etdirilməsi üzrə Kompleks Proqram» adlı sənəd geniş müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir. Şəxsi planda Zahid Dilbazi həmkarları tərəfindən mehriban, işgüzar, xeyirxah, təmkinli, işində səliqəli bir mütəxəssis kimi xarakterizə olunur. Bu spesifik mühitdə neft yataqlarının geologiyası və işlənməsi üzrə böyük mütəxəssis, mürəkkəb məsələlərin həllində sərbəst fikirli və onları həll etməyi bacaran bir alim kimi etiraf olunur. Eyni zamanda, neft sahəsində çalışan xarici mütəxəssislərlə gözəl ünsiyyət yaradan qabiliyyətli bir insan kimi tanınır. Zahid Dilbazinin elmi və praktik fəaliyyəti SSRİ Neft Sənayesi, Əlcəzair hökumət orqanları tərəfindən hələ o vaxtlar yüksək fəxri fərmanlarla qeyd edilmişdir.  Zahid Dilbazi 1994-cü il mayın 21-də Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Anhaym şəhərində birinci dəfə olaraq Amerikada yaşayan azərbaycanlıların yığıncağını təşkil etməklə, Amerika - Azərbaycan dostluğunun sanballı təşkilati şəkil alması işinin təməl daşını qoyanlardan biri kimi tanınır. ARDNŞ Quruda Neft və Qazçıxarma İB Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu (AzNSETLİ) bu qocaman geoloq, alim, elm və istehsalat təşkilatçısınm anadan olmasının 70 illiyi münasibəti ilə 1998-ci il sentyabrın 1-də institutun aktzalında elmi-praktik konfrans keçirmiş, burada onun fəaliyyətinin ayrı-ayrı aspektlərinə dair həmkarlarının məruzələri və çıxışları dinlənilmişdir. Zahid Hacı ağa oğlu Dilbazinin anadan olmasının 70 illik yubileyi münasibətilə eloğlusu şair Zaməddin Ziyadoğlu ona «Birgə xatırlayaq, qağa, keçmişi...» adlı bir şeir həsr etmişdir. Bütün yaradıcı fəaliyyətini milli neft-qaz sənayesinin inkişafına və yüksək ixtisaslı mühəndis kadrlarının yetişdirilməsinə həsr etmiş bu dəyərli insanın anadan olmasının 75 illiyi münasibəti ilə də mətbuatda yubiley yazıları dərc olunmuşdur.
♦ ÜMUMDÜNYA ÖMÜR NAİLİYYƏTLƏRİ MÜKAFATININ NOMİNANTI
Ən müxtəlif dünya ölkələrində fəaliyyət göstərən Böyük Zəkaları, Dahi Şəxsləri izləyən, onlara öz nəşrlərində yer verən, ən müxtəlif nominasiyalarda mükafatlara təqdim edən Amerika Bioqrafiya İnstitutunun diqqət mərkəzində olan Azərbaycan alimləhndən birinin də Zahid Dilbazi olduğunu bildikdə, doğrusu buna çox təəccübləndim. Təəccübləndim ona görə ki, bir qəzetçi-jurnalist olaraq bundan indiyə qədər xəbərim olmayıb. Həmin mərkəzdən Zahid müəllimin ünvanına gəlmiş silsilə məktubların məzmunu ilə tanışlıq eloğlumu mənim gözlərimdə daha da böyütdü və bir jurnalist olaraq indiyə qədər bu maraqlı və maraqlı olduğu qədər də dəyərli insanı yaxından tanıya bilmədiyim üçün özümü qınadım. Bəlli olur ki, Zahid Dilbazinin elmi fəaliyyəti, nailiyyətləri, alim səviyyəsi barədə bu nüfuzlu beynəlxaıq təşkilat ətraflı məlumata malikdir. Amerika Bioqrafiya İnstitutunun prezidenti C.M.Evansdan Zahid Dilbazinin ünvanına gəlmiş xeyli sayda məktublarda Zahid Dilbazi qeyri-adi istedada malik insan, böyük zəka sahibi kimi dəyərləndirilir. Misal üçün, Amerika Bioqrafiya institutunun prezidenti C.M.Evansdan aldığı 19 avqust 2005-ci il tarixli məktubu Zahid Dilbazinin elmi fəaliyyətinə qiymət vermək baxımından önəmli gördüyümüzdən onun mətnini burada verməyi lazım bildik:
«Əziz professor Dilbazi
Mən elan etməyə hazırlaşıram ki, blz «XX Dahilər Yüzili» nəşrinin adını dəyişdirmək niyyətindəyik. Biz öz diqqətimizi bu səhifələrdəki kişilər və qadınlar üzərində cəmləşdirmək istəyirik. Eləcə də biz bu sferada görkəmli şəxsiyyətlər arasında XXI yüzilin 500 Ən Böyük Dahisinin siyahısını seçib ayırmaq niyyətindəyik. Bu sifariş məktubu ilə mən sizi bu nəşrin zirvə qiyməti ilə mükafatlandırmaq istəyirəm. Mən istəyirəm ki, siz öz ölkənizdə -Azərbaycanda Amerika Bioqrafiya İnstitutunun Dahi Laureatı olasınız. XXI yüzilin 500 Ən Böyük Dahisi akademiya üzvləri, biznes, texnologiyalar, incəsənət, elm, eləcə dəbütün digər peşələrdən insanlarola-caqlar. Dahi Laureat adı əməkdar nominantları məşhurlaşdırmağın daşıyıcısıdır. Dahi Laureat barədə məxsusi yazı - nəşrin ön səhifələrində fotoşəkillərin müşayiəti ilə dərc ədilən, elmi əsərləri, kəşfləri, dissertasiyaları barədə stil material veriləcəkdir.
Bu informasiyaların tam toplusu sizin seçim üçün səfirliyiniz də daxil olmaqla, 5 media servis tərəfindən təqdim ediləcəkdir. Buna əlavə olaraq, mən qeyd etmək istərdim ki, siz 2006-cı ildə dərc edilmiş dəri üzlüklü qovluq alacaqsınız. Özəl buraxılış sizin Dafıi Laureat adınızı zəruri imzalarla təsdiqləyən ekslibrisə malik olacaqdır. Siz eləcə də üzərində sitat elanı yazılmış böyük Memorial Lövhə alacaqsınız. Ölçüsü 12x 15 düymə olan bu lövhə sizin evdə və ya ofisinizdə fəxri biryerdə yerləşdiriləcək. Lövhə 2 rəngdə və sizin adınıza çap edilmiş perqament sertifikatdır, üzəhndə işin adı göstəriləcək və sonunda institut tərəfindən imzalanmış və təsdiqlənmiş olacaqdır. Ağac üzlüyə laminasiya edildikdən sonra sizin poçt şöbənizə çatdırılacaqdır. Və əlbəttə, siz Azərbaycanın Dahi Laureatı adından tam istifadə edə biləcəksiniz.
Hörmətli professorDilbazi! Dahi Laureat titulu ilə fəxr etməyə tam layiqsiniz. 7 oktyabr 2005-ci ilə qədər sizin razılığınızı səbirsizliklə gözləyirəm».
Bu günlərdə bir görüşümüzdə Zahid Dilbazi mənə Amerikadan bu yaxınlarda aldığı başqa bir məktubu göstərdi. ingiliscədən tərcümədə məktubun məzmunu belə idi:
«Əziz professor Dilbazi
Son birneçə həftədə mən Amerika Bioqrafiya institutu Redaktorları Rəhbərliyindən Ümumdünya ÖmürNailiyyətləri Mükafatının potensial alıcılarına nominasiyalar alırdım. Sizin adınıza bir neçə dəfə rast gəldim və sizin nailiyyətlərinizi araşdırdıqdan sonra mən bu gözəl mükafata sizin nominasiyanı təsdiqləməyə şadam. Təbrik edirəm! Bir ömürdə qazanılmış nailiyyətlərə görə mükafat - bu yəqin ki, söylənə biləcək ən yaxşı tərifdir, belə ki, bu mükafat həyatın birməqamını və ya birnailiyyətini deyil, bütün həyat boyu üst-üstə yığılmış uğurları... hörmətin ən yüksək zirvəsini müəyyən edir. Amerika Bioqrafiya İnstitutu belə bir dəyərə malik mükafat vermək hüququna malikdir, belə ki, 38 ildən çoxdur bioqrafik xarakterli məqalələr əsasında böyük kişilərin və qadınların həyatlarını və nailiyyətlərini öyrənir. Bütün bioqrafistlərin yalnız çox cüzi hissəsi mükafata layiq hesab edilir. Siz özünüzlə fəxr etməlisiniz. Professor Dilbazi, mən sizi mənim sənədə əlavə edilmiş rəsmi hesabatımı oxumağa dəvət edirəm. Siz mənim bu mükafata verdiyim dəyəri onu alan hərbir kəs kimi hiss edəcəksiniz. Bu mükafatın önəmi çox böyükdür, belə ki, mənim hesabımca, çox tez-tez adamlar sarsılmazlıq və fədakarlıq kimi məziyyətləri başa düşmürlər. Mən duyuram ki, siz öz karyerasını vətəhsil səviyyəsini formalaşdırmış adamsınız, odur ki, bu mükafatı qəbul etməyinizi arzu edirəm. Mən sizin üçün 26 iyul 2006-cı ilə qədər Ümumdünya Ömür Nailiyyətləri Mükafatı plastina ehtiyatını görmüşəm. On düyməlik Qızılı işləməli Gümüş plastina üzərində onun sizə təqdim olunacağı ərəfədə adınız və fəaliyyət sferanız həkk ediləcəkdir. Bu möhtəşəm mükafat müşayiətedici sənəddə təsvir ediləcək; mən əminəm ki, siz ondan vəcdə gələcəksiniz. Belə ki, bir neçə seçilmiş nominant üçün plastinaların sayı məhduddur, mənə mükafatı almağınızın dəqiq vaxtını müəyyən etmək gərəkdir. Redaktorlar və bütövlükdə İnstitut Rəhbərliyi adından sizin nailiyyətlərə yüksək dəyər verirəm, onlar mənim ofisimdə görkəmli biryerdə qərar tutub və sizin nominasiyanı təsdiq edirlər.     Hörmətlə Prezident C.M. Evans
P.S. Məktubun çatdırılmasında ləngimə ola bilər, odurki, hətta sizin nominasiyanın vaxtı çoxyaxın olsa və hətta vaxtı keçmiş olsa belə, istənilən halda yazın».
Maraqlıdır ki, Amerika Bioqrafiya institutu 2004 və 2005-ci illərdə Zahid Dilbazini biologiya elmləri sahəsində Nobel mükafatı laureatları sırasında görmək istəmiş, onun adını da bu siyahıda təqdim etmişdir. Söhbət dünyanın ən müxtəlif ölkələrindən çoxsaylı namizədlərin sırasında onun adının nə üçün önə çıxa bilməməsində deyil, söhbət ondadır ki, onun adı bu namizədlərin sırasında olmuşdur. Təkcə bu namizədlərin sırasına düşmək özü belə hər bir alim üçün prestij məsələsidir.
Zahid Dilbazi Amerika Bioqrafiya İnstitutu tərəfindən ən müxtəlif sanballı mükafatlara, nominasiyalara təqdim edilməsinə, sözügedən məktublarda onun elmi fəaliyyətinə və şəxsiyyətinə çox yüksək qiymətlər verilməsinə təvazökarlıqla, mən deyərdim ki, müəyyən mənada filosofyana yanaşır, onlara adi baxır, dərhal onların ən müxtəlif yollarla mətbuat səhifələrinə yol tapmasına can atmır. Əlbəttə, belə dəvətlərə minnətdarlıqla cavab verib, yola hazırlaşmaq hər kəs kimi Zahid Dilbazi üçün də xoş olardı, lakin təbii ki, belə səfərlər xeyli maliyyə tələb edir. O isə maaşa baxan sadə bir elm adamıdır və çox belə dəvətlərdən nəzakətlə imtina etməli olur.
Zahid Dilbazi 1962-ci ilin aprel ayında əslən Bakının Şüvəlan qəsəbəsindən Badam xanım Haşımova ilə ailə qurmuşdur. Üç qızı var: Məhbubə (1963), Anjelika (1964) və Mehriban (1968).
Məhbubə Dilbazi APİ-ni bitirmişdir. «British Petroleum» şirkətində çalışır. 2 oğlu var.
Anjelika Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunudur. Geologiya-mineralogiya elmləri namizədidir. Hazırda Hyüstonda (ABŞ) işləyir. Bir oğlu, bir qızı var.
Mehriban Diibazi də Azərbaycan Neft və Kimya institutunun (indiki Neft Akademiyası) məzunudur. Hazırda ailəliklə Moskvadayaşayıriar. Birqızı, biroğlu var.



 
    


Abunə olun

Yeniliklərdən xəbərdar olun