1904-1991
XÜLUSİ CAMAL AĞA OĞLU DİLBAZİ
1904-cü ildə Xanlıqlarda doğulmuşdur. Orta təhsilini Qazaxda almışdır. Bakıda Pedaqoji Texnikumu (o vaxtlar bu təhsil ocağı «Darülmüəllimin» adlanırdı) bitirmişdir. Bir müddət müəllimlik etmişdir. Bu illərdə atasının repressiya olunması ilə bağlı fasiləsiz təqiblərə məruz qalmışdır. Azərbaycan Tibb İnstitutuna daxil olmuş, lakin 3-cü kursda ikən ictimai mənşəyi sarıdan ali məktəbdən xaric edilmişdir. Bundan sonra 1935-ci ilə qədər Naxçıvanda müəllimlik edir. Sonra Bakıya qayıdır və Suraxanı rayonunun Bülbülə kəndində özü də, arvadı da müəllimlik edirlər. Ali təhsil almaq qərarında qətiyyət göstərərək müharibə ərəfəsində Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. Müharibə başlananda dövlət imtahanını vermədən Bakıdan könüllü olaraq cəbhəyə yollanmışdır.
1904-cü ildə Xanlıqlarda doğulmuşdur. Orta təhsilini Qazaxda almışdır. Bakıda Pedaqoji Texnikumu (o vaxtlar bu təhsil ocağı «Darülmüəllimin» adlanırdı) bitirmişdir. Bir müddət müəllimlik etmişdir. Bu illərdə atasının repressiya olunması ilə bağlı fasiləsiz təqiblərə məruz qalmışdır. Azərbaycan Tibb İnstitutuna daxil olmuş, lakin 3-cü kursda ikən ictimai mənşəyi sarıdan ali məktəbdən xaric edilmişdir. Bundan sonra 1935-ci ilə qədər Naxçıvanda müəllimlik edir. Sonra Bakıya qayıdır və Suraxanı rayonunun Bülbülə kəndində özü də, arvadı da müəllimlik edirlər. Ali təhsil almaq qərarında qətiyyət göstərərək müharibə ərəfəsində Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. Müharibə başlananda dövlət imtahanını vermədən Bakıdan könüllü olaraq cəbhəyə yollanmışdır.
Xülusi Dilbazi bir döyüşdə almanlara əsir düşmüşdür. Həyatını itirməmək xatirinə almanlarla əməkdaşlığa razılıq vermiş, Almaniyanın müharibəni uduzmağa getdiyini görüb, imkanları olsa da, yoldaşlarının məsləhətlərinə qulaq asıb oradan Türkiyəyə keçmək istəməmişdir. 1946-cı ildə Bakıya qayıtmış, Daşkəsənin (o vaxtkı Dəstəfur rayonu) Qazax Yolçular kəndində müəllim işləmişdir. Xüsusi xidmət orqanları tərətindən 1948-ci ildə həbs olunmuş, ona 25 il iş kəsilmiş, bu illərdə Pesçanı islah-əmək düşərgəsində işləmişdir. Stalinin ölümündən sonra amnistiyalar başladıqda hamı kimi o da 1956-cı ildə son saxlanma yeri olan Karaqandadan Azərbaycana - Gəncəyə qayıtmış, ailəsinə qovuşmuşdur. Yenidən müəllimlik fəaliyyətinə qayıtmış, Gəncə şəhərində iki illik Pedaqoji İnstitutu bitirmişdir.
Xülusi Dilbazinin son dərəcə macəralı ömür yolunu müharibə illəri və ondan sonrakı 8 illik məhbəs həyatı ilə tanış olmağımızda onun MTN arxivində saxlanılan «cinayət işi» (PS-8909) bələdçilik etdi.
Xülusi Dilbazinin son dərəcə macəralı ömür yolunu müharibə illəri və ondan sonrakı 8 illik məhbəs həyatı ilə tanış olmağımızda onun MTN arxivində saxlanılan «cinayət işi» (PS-8909) bələdçilik etdi.
... Kirovabad şəhəri, 28 aprel küçəsi 29 ünvanda yaşayan Dilbazov Xülusi Camal ağa oğlu 19 mart 1948-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi Kirovabad şəhər şöbəsinin müstəntiqi Ələkbərov tərəfindən RSFSR CM 58-1 «b» maddəsi (vətənə xəyanət) əsasında həbs edilmişdi. Müstəntiq onun həbsini belə əsaslandırırdı:
«...Bundan əvvəl həbs edilmiş vətən xainləri Cabbarov Eyyub Hüseyn oğlu və İsmayılov Yusuf Məmmədoviçin ifadələrində Almaniya Şərq Nazirliyinin xüsusi Keitse lagerində və Vustrau təbliğatçı-agentlər məktəbində bir yerdə olduqlarına əsasən tanıdıqları, 34 yaşlı, əslən Azərbaycan SSR Qazax rayonundan olan Dilbazi Xülusinin adı keçir. İşdəki materiallardan görünür ki, Dilbazi Xülusi almanlar tərəfindən əsir tutulduqdan sonra Almaniya Şərq Nazirliyinin xüsusi Keltse lagerində onunla xüsusi antisovet iş aparılmış, bundan sonra almanların Vustrau adlı yerdəki təbliğatçı-agentlər məktəbinə göndərilmişdir». Buradaca Cabbarov Eyyubun və İsmayılov Yusufun ifadələrindən çıxarışlar əlavə olunurdu. Məsələn, Cabbarov Eyyubun ifadəsində deyilirdi:
«Dilbazi Xülusi 1943-cü il noyabnn əvvəlində Keltse şəhərində (Polşa) hərbi əsirlər düşərgəsinə göndənimişdi. Burada biz alman dilini öyrənir, bizimlə aparılan söhbətlərə qulaq asır və Almaniya Şərq Nazirliyinin nəzdindəki Vustrau düşərgəsinə göndəriş üçün hazırlanırdıq. Vustraudakı qapalı düşərgədə bir neçə dəfə mühacir Torosyanın və digərləhnin faşistpərəst xarakterli, faşizmin əhəmiyyəti haqqında, Hitlerin və Mussolininin mübarizələri haqqında və Almaniyanın kənd təsərrürfatı haqqında oxuduqları mühazirələri dinlədik».
Əslən irəvanlı olan İsmayılov Yusufun ifadəsindən:
«...Mən və Dilbazi Keltsedə saxlanıldığımız vaxt bizə Seyidov, Əzizov Şamil və başqalan mühazirələr oxuyurdular. 1942-ci ilin martında Keltse düşərgəsindən mən və Dilbazi Xülusi sayı 30-40 nəfər olan digər azərbaycanlılarla birlikdə Vustrau adlı yerdəki düşərgəyə göndərildik. Orada mən və Dilbazi əvvəlcə ağzı bağlı kamerada saxlandıq, sonra bizi açıq düşərgəyə buraxdılar, orada da bizə antisovet məzmunlu mühazirələr oxunurdu. 1943-cü ilin hardasa iyun-iyul aylarında mən xəstə olduğum vaxt eşitdim ki, Dilbazi bu kursları bitirmiş və bir həkimlə Almaniyanın şimalına işləməyə göndərilmişdir».
«...Mən və Dilbazi Keltsedə saxlanıldığımız vaxt bizə Seyidov, Əzizov Şamil və başqalan mühazirələr oxuyurdular. 1942-ci ilin martında Keltse düşərgəsindən mən və Dilbazi Xülusi sayı 30-40 nəfər olan digər azərbaycanlılarla birlikdə Vustrau adlı yerdəki düşərgəyə göndərildik. Orada mən və Dilbazi əvvəlcə ağzı bağlı kamerada saxlandıq, sonra bizi açıq düşərgəyə buraxdılar, orada da bizə antisovet məzmunlu mühazirələr oxunurdu. 1943-cü ilin hardasa iyun-iyul aylarında mən xəstə olduğum vaxt eşitdim ki, Dilbazi bu kursları bitirmiş və bir həkimlə Almaniyanın şimalına işləməyə göndərilmişdir».
Onun barəsində əlavə olaraq göstərilirdi ki, hazırda Dəstəfur rayonunun Qazax Yolçular kəndindəki natamam orta məktəbdə işləyir, ikiillik Gəncə Pedaqoji İnstitutunu bitirmişdir, mənşəcə xırda mülkədar ailəsində doğulmuşdur, bundan əvvəl məhkum olunmamışdır. Bir xüsusat da diqqəti çəkirdi ki, işdə soyadı gah Dilbazov, gah da Dilbazi olaraq göstərilirdi ilk dindirmə zamanı barmaq izləri götürülüb, anketi doldurularkən atası Camal Dilbazovun 1945-ci ildə 80 yaşında öldüyünü, anası Gülaviz İsa qızı Miralayevanın 1920-ci ildə vəfat etdiyini, arvadı Həmayıl ismayıl qızının 1916-cı ildə doğulduğunu və orta məktəb müəllimi olduğunu göstərir. ictimai mənşəyi etibarilə «ortabab kəndli» ailəsində doğulduğunu, ailə vəziyyətinə görə iki övladının olduğunu qeyd edir və bildirir ki, qızı Minirə -1937-ci ildə, oğlu İlham -1940-cı ildə doğulublar. Yaxın qohumlarından yalnız bacısı Abihəyat Camal qızının adını çəkir, göstərir ki, 40 yaşı var, hazırda Qazax şəhərində yaşayır, evdar qadındır. O da qeyd olunur ki, həbs zamanı evində axtarış aparılarkən heç nə götürülməmişdir. Elə həbs olunduğu günün axşamı saat 22.05-də başlanan və tərcüməçinin müşayiəti ilə keçən birinci dindirmədə Keltsedə xüsusi lagerdə və Vustrau təbliğatçılar məktəbində olduğu barədə ifadə verməsi tələb olunduqda belə izahat verir ki, 1 yanvar 1942-ci ildə Bakının Orconikidze (indiki Suraxanı) rayonundan səfərbərliyə alıblar, 1942-ci ilin iyulunda əsir düşüb və 1945-ci il mayın 2-də sovet qoşunları tərəfindən əsirlikdən azad edilib. Bildirir ki, əsir düşdükdən sonra onları Belaya Serkov şəhərinə, buradan 1942-ci ilin noyabrında Polşanın Keltse şəhərinə gətiriblər (Keltse Polşada Krakov və Varşava arasında kiçik bir şəhərdir), 1943-cü ilin martına qədər Keltse hərbi əsir düşərgəsində olub, burada müxtəlif işlərdə işlədiblər, işdən başqa onlara alman dilini öyrədiblər. Davam edir ki, 1943-cü ilin martında onu və başqalarını Berlinin 60-70 kilometrliyindəki Vustrau düşərgəsinə gətiriblər və «qapalı düşərgədə» olub. May ayına kimi bu karantin vəziyyətində olub və arabir işləməyə çıxarıblar. Qapalı lagerdə olanda siyahı tərtib olunub və təsdiq üçün Berlinə göndərilib. Müsbət cavab gəldikdən sonra onları buradan 1 km aralıdakı açıq düşərgəyə keçiriblər. Burada da yenə onları işləməyə çıxarır, alman dilini öyrədir, antisovet təlqinlərə məruz qoyur, onlara müxtəlif mövzularda mühazirələr oxuyurdular. Bu mövzular Azərbaycan tarixinə, Versal sülh müqaviləsinə aid imiş.
«Bizi Azərbaycan işğal olunduqdan sonra rəhbər vəzifələr üçün hazırlayırdılar, maskalama məqsədi ilə bizə mülki geyim verilmişdi, - deyə o sözünə davam edir. -Vustraudakı açıq düşərgədə təbliğatçıların hazırlığı üçün müddət qoyulmamışdı, almanlar bizlərdən kimi artıq hazırlanmış hesab edirdilərsə, onu Almaniya şəhərlərinə müxtəlif işlərə göndərirdilər. 1943-cü ilin sentyabrında həkim, əslən Şamaxı rayonundan olan 60 yaşlı Musa Qurbanov ilə birlikdə feldşer qismində Lyüps şəhərinə (Almaniya) göndərildik. Burada 1944-cü ilin may ayına kimi işlədik. Sonra Berkov kəndinə südçülük fermasına fəhlə göndərildim, 1945-ci il mayın 2-də sovet qoşunları məni azad edənə qədər burada qaldım».
Ertəsi gün - martın 20-də keçirilmiş ikinci dindirmə də eyni sual ətrafında cərəyan edirdi. Əsir düşməyinin nə cür baş verdiyini belə təsvir edir ki, Sevastopolda 46-cı ordunun 772 saylı alayında sanitar-təlimatçı vəzifəsində döyüşlərdə iştirak edir, yaralıları döyüş meydanından çıxarırmış. 1942-ci il iyunun 20-21-də əsir düşüb. «Üstündə silah vardısa, nə üçün müqavimət göstərmədin?» sualına belə cavab verir ki, üstündə naqan olub, lakin almanlar üstün qüvvələrlə onların rotasını mühasirəyə alıblar, müqavimətin mənasız olduğunu görərək əsgərlər əllərini qaldıraraq əsir düşüblər və o da onlarla bir sırada əsir düşməli olub». Təbliğatçılar məktəbinə getmək, Azərbaycan işğal olunduqdan sonra vətəndə rəhbər vəzifədə işləmək təklifini ona əslən Qubadan olan Babayev adlı bir nəfər edib və bu təklifə razılığını vermişdir. Buradaca etiraf edib ki, bu təklifə razılıq verməklə vətənə xəyanət edib. Düşərgədə 18 nəfərlik qrupa başçı təyin edildiyini, onları işə apardığını, onlar üçün ərzaq alıb payladığını da sözlərinə əlavə edir. Hiss olunur ki, Almaniyadakı macəralarını sovet orqanları təfsilatı ilə bildiklərindən nəyisə gizlətməyə lüzum yoxdur və olub-keçənləri açıq danışmaqla heç olmasa, işgəncələrə məruz qoyulmaz. Martın 22-də növbəti üçüncü dindirmə də yenə eyni məsələ ətrafında gedirdi. Müttəhim danışır ki, məktəbdə qruplar milli mənsubiyyət üzrə təşkil edilmişdi, burada rus, ukraynalı, gürcü, erməni, Orta Asiya xalqları, Şimali Qafqaz xalqları üzrə qruplar kimi, azərbaycanlılardan da ayrıca qrup təşkil edilmişdi və buraya 28 nəfər daxil edilmişdi. Hər qrupa millətçi mühacirlərdən və ağqvardiyaçılardan adamlar təhkim olunmuşdu. Onlarla doktor Nasiman və Məmmədov Cümşüd məşğul olurdular. Almanlarla keçmişdən əməkdaşlıq edən daşnak Torosyan (soyadından əslən Türkiyə ermənisi olduğu duyulur) onlara Daşnaksütyun partiyasının tarixindən mühazirə oxumuşdur. Doktor Nasiman (görünür, Azərbaycan almanıdır) müsavat hökuməti və 1920-ci ildə baş vermiş Gəncə üsyanı barədə mühazirələr oxumuşdur. Martın 25-də keçirilmiş sayca 4-cü dindirmə daha başqa xüsusatlara işıq salırdı. Etiraf edir ki, Vustrau düşərgəsində olanda iki antisovet şeir yazıb: «Vətən arzusu» və «Gəncliyin səsi». Sonra bu şeirləri Berlində Azərbaycan Milli Komitəsində işləyən isgəndərov Cəlil adlı bir nəfərə (əslən naxçıvanlı olan bu adam Berlində çıxan «Azərbaycan» qəzetinin redaktor müavini olmuşdur) verib və o, bu iki şeiri AMK tərəfindən Berlində nəşr edilən «Azərbaycan» qəzetində dərc etdirib («Azərbaycan» qəzeti 1942-ci il iyunun 7-dən 1944-cü ilin maftma qədər nəşr olunub. Redaktoru Məcid Musazadə - Karsalani idi). Bu şeirləri azərbaycanlılar açıq düşərgədə oxuyurdular. Etiraf edir ki, 4 bəndlik «Vətən arzusu» şeirində Azərbaycanın sovet rejiminə böhtan yazıb, «Gəncliyin səsi» şeirində isə sovet rejimi şəraitində gəncliyin necə tərbiyə olunduğu, almanların gəlişindən sonra onları nələrin gözlədiyini qələmə almış, bunlardan başqa şeir yazmamışdır (Bu şeirlərə Məmməd Cəfərlinin keçən il nəşredilmiş «Azərbaycan legion ədəbiyyatı» kitabında yer almış ədəbi nümunələr arasında rast gəlmədik). Martın 29-da keçirilmiş 5-ci dindirmədə onu düşərgədəki azərbaycanlılar qrupundan olan yoldaşları barədə sorğu-suala tuturlar. Cavablarından hiss olunur ki, onlar barədə təfsilatlı danışmaq istəmir, kiminsə soyadı yadındadır, adı yaddan çıxıb, adını xatırladığının soyadını xatırlamır və s. Müstəntiq martın 31-də ona qarşı ittihamnamə tərtib edir: «...Vustrau adlı yerdəki agentlər-təbliğatçılar məktəbində antisovet-faşistpərəst ünsür olmaqla, antisovet və antikolxoz məzmunda şeirlər yazmış, bunlar Almaniyada Azərbaycan Milli Komitəsinin nəşr etdiyi «Azərbaycan» qəzetində çap olunmuşdur. Dilbazi 1943-cü ilin oktyabr ayında Almaniya Şərq Nazirliyinin agentlər-təbliğatçılar məktəbini bitirərək, feldşer qismində Lüps şəhərinə (Almaniya) işə göndə-rilmiş ki, almanlar bunu maskalama məqsədilə edirdilər». Xülusi Dilbazi bu ittihamla tanış olduqda, onunla razılaşır - özünü tam təqsirli bilir, məktəbə könüllü daxil olduğunu, şeirlər yazdığını etiraf edir. Belə bir maraqlı detalı da əlavə edir ki, Azərbaycan Milli Komitəsinin təşkil etdiyi təntənəli tədbirdə iştirak etmiş, burada onları şəraba qonaq etmişlər (Ola bilsin, burada söhbət 1943-cü ilin mayında Berlində Azərbaycan Cümhuriyyətinin 25 illiyi münasibəti ilə keçirilmiş təntənəli toplantıdan gedir, hər halda bu vaxt onun şeiri qəzetdə dərc edilmişdi və onu bu toplantıya dəvət edə bilərdilər. Ola da bilər ki, söhbət azərbaycanlıların 1943-cü il noyabrın 6-8-də Berlində keçirdikləri I qurultayından gedir, hər halda toplantının adı və məzmunu dindirmə əsnasında dəqiqləşdirilmir). İttihamnamə hazır olsa da, müttəhim olunla razılaşsa da, onunla aprelin 2-də, 7-də və 15-də əlavə sorğu-sual keçirmişdilər. Onun kod adı, almanlara dilindən iltizam verib-vermədiyi, almanlara and içib-içmədiyi ilə maraqlanırdılar. Cavab verir ki, almanlara onlara işləyəcəyi barədə dilindən iltizam verməyib, onlara and içdirməyiblər və ümumiyyətlə qarşılarına belə bir şərt qoyuimayıb.
Aprelin 27-də isə artıq atası Camal ağa barədə suallar verirdilər:
Sual: Atanız Oktyabr inqilabına qədər nə işlə məşğul olmuşdur?
Cavab: Atam üktyabr inqilabına qədər ticarətlə məşğul olmuşdur, mağazaları vardı.
Sual: Düzgün danışmırsınız. Siz iri ev sahibi olan ailədənsiniz və atanız din xadimi olmuşdur. Nə üçün bunu gizlətmək istəyirsiniz?
Cavab: Mən düz danışıram. Mənim atamın 3 mağazası vardı, ticarətlə məşğul olurdu və torpağı vardı. Əkin sahələrinin nə qədər olduğu yadımda deyil. Mənim atam heç birvaxt din xadimi olmayıb. O, ümumiyyətlə, dinə hörmətlə yanaşırvə dinin dediklərinə inanır və ibadət edirdi.
Sual: Müsavat hökuməti zamanı atanız nə ilə məşğul olurdu və Müsavat Firqəsinə üzv idimi?
Cavab: Müsavat hökuməti zamanı atam ticarətlə məşğul olurdu və Müsavat Firqəsinin üzvü deyildi.
Sual: Atanızın əmlakı nə vaxt müsadirə edilmişdi?
Cavab: Atamın əmlakı 1930-cu ildə müsadirə edildi və bundan sonra iri tacir kimi Azərbaycan hüdudlarından sürgün olundu.
Sual: Onda nə üçün siz 19 mart 1948-ci il tarixli dindirmənin anket hissəsində göstərmişsiniz ki, mənşəcə ortabab kəndli ailəsinə mənsubsunuz?
Cavab: Mən düzgün göstərməmişəm, mən mənşəcə ortabab kəndli ailəsindən deyii, tacir ailəsindənəm.
Bu dindirmənin ardınca sorğu əsasında Qazax Şəhər Sovetinin sədri Əfəndiyevin və katib Mustafayevin imzası ilə Camal ağa Dilbazov barədə arayış alınmış-dı. 30 aprel 1948-ci il tarixli həmin arayışda göstərilirdi ki, «Xülusi Dilbazi Camal ağa Delibozovun oğludur və mənşəyi etibarilə ruhani ailəsinə mənsubdur. Camal ağa keçmişdə molla və iri ev sahibi idi, əmlakı 1920-ci ildə Sovet hakimiyyət orqanları tərəfindən müsadirə edilmişdir». Amma maraqlıdır ki, DTK praktikasında adətən müttəhimin yaxın qohumları barəsində ətraflı sorğu-sual aparıldığı halda, bu dəfə Xülusi müəllimdən yalnız atası barədə soruşurlar, məsələn, 1937-ci ildə güllələnmiş qardaşı Cəlal ağa barədə, repressiya olunmuş digər Dilbazilər barədə heç nə soruşulmur. Bu işlə bağlı Almaniyaya da sorğular göndərilmişdi və işdə Almaniyanın Neyrupten polis idarəsi tərəfindən 16 dekabr 1943-cü il tarixdə «Xülusi Dilbrasov»un adına verilmiş şəkilli şəxsiyyət vəsiqəsi də var. Ona qarşı aprelin 30-da vətənə xəyanət ittihamı irəli sürülür və iş tribunala göndərilir. Mayın 24-də Tbilisidə Zaqafqaziya Hərbi Dairəsi tribunalının ədliyyə general-mayoru A.Stelmaxoviçin sədrliyi ilə məhkəməyə hazırlıq iclasının təyin edilməsi xüsusunda qapalı iclası keçirilir. Qərara alınır ki, işə Bakıda tribunalın səyyar iclasında baxılsın. Tribunalın 14 iyun 1948-ci ildə Bakıda ədliyyə podpolkovniki Montinin sədrliyi ilə keçirilmiş səyyar iclasında Xülıısi Dilbazinin işinə baxılır və ona əmlakı müsadirə olunmaqla 25 il azadlıqdan məhrumetmə, ardınca 5 il siyasi hüquqlardan məhrum edilmək hökmü oxunur. Beş gün müddətinə kassasiya məhkəməsinə müraciət hüququ formal da olsa tanınırdı, hər halda, Xülusi Dilbazi kassasiya məhkəməsinə müraciət edərək hökmün yumşaldılmasını xahiş edirsə də, hökm qüvvədə saxlanılır. Xülusi Dilbazi cəzasını SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindəki Pesçanı islah-əmək düşərgəsində çəkirdi. 1955-ci ildə həbs düşərgələrinin ağzı yavaş-yavaş açılıb, adamlar evlərinə buraxılmağa başlayanda o da, hökumətə müraciət edərək əfv olunmasını xahiş edir. Azərbaycan DİN 2-ci s/bölməsinin əməliyyat müvəkkili leytenant Zaliyev 15fevral 1955-ci ildə bu işə baxaraq, «Dilbazi Xülusi Camal oğlunun yetkinlik yaşına çatmamış iki övladının olduğunu, məhkum edilmədiyini və cinayət məsuliyyətinə cəlb olunmadığını, eləcə də onun əldə silah partizanlara və sovet qoşunlarına qarşı vuruşduğunun istintaq və məhkəmə tərəfindən sübuta yetirilmədiyini nəzərə almaqla» cəza müddətini 25 ildən 15 ilə endirməyi qərara alır.
Bu qərarla Zaqafqaziya Hərbi Dairəsinin xüsusi işlər üzrə prokurorunun baş köməkçisi, ədliyyə podpolkovniki Çesnokov da razılaşır. Lakin Azərbaycan SSR üzrə əksinqilabi fəaliyyətə görə məhkum olunmuşların işlərinə yenidən baxılması üzrə yaradılmış Komissiya Dilbazi Xülusi Camal oğluna münasibətdə verilmiş sözügedən qərarla razılaşmır və Komissiyanın sədri, respublika prokuroru A.S.Babayevin imzası ilə belə qərar verilir ki, «Dilbazi Xülusi düzgün məhkum olunub, hökmü ləğv etməyə və dəyişdirməyə, eləcə də cəzanı yüngülləşdirməyə əsas yoxdur». Hər halda 1956-cı ildə amnistiya elan olundu və Xülusi Dilbazinin müharibənin ekstremal şəraitində düşmüş olduğu vəziyyətdən dolayı yaşadığı bu iztirablara son qoyuldu və o, Gəncəyə - ailəsinin yanına, sevdiyi müəllimlik peşəsinə qayıtdı. Bir halı da qeyd edək ki, 1989-cu ildən başlanan bəraətlər Xülusi Dilbazidən yan ötmüşdür işdə belə bir sənəd əlavəsi yoxdur. Bəlkə də ona bəraət verilməsi üçün müraciət edilməyib. Hər halda, indiki zəmanədə azərbaycanlıların ikinci Dünya müharibəsində almanların tərəfində vuruşmuş olanlarına «vətən xaini» gözü ilə baxılmır. Yəni, o zaman Azərbaycan müstəqil dövlət deyildi, müstəqilliyini itirmiş xalqın övladlarının bir qismi faşistlərə qarşı vuruşurdusa da, digəri nifrət etdikləri bolşevik rejimi ilə vuruşmağı özünə borc bilirdi və hər iki tərəf haqlı idi. Keçən yüzilin bu iki ən mənhus məfkurəsinin arasında qalan, vətəni Rusiya kommunizmihin əsiri olan bir xalqın övladlarının başqa bir əsirlikdə birinci əsarətçiyə münasibətdə tutduğu mövqeyi, atdığı addımları qınamağa heç kəsin mənəvi haqqı yoxdur. Tarixə indiki baxış isə faşizmlə bolşevizm arasında qalaraq, cəbhənin həm bu, həm də digərtərəfində dayanmalı olmuş soydaşlarımıza haqq qazandırır. Oğlu İlham Dilbazi xatırlayır: - Atam Almaniyada olanda orada bir qadınla yaşayıb. Həmin qadın müharibədən sonra Almaniya Demokratik Respublikasında yaşamış və vəfat etmişdi. Lakin nəcib təbiətli Xülusini unutmayıbmış və ölərkən qızına vəsiyyət edib ki, mütləq Bakıya gedərvə Xülusi Dilbazini taparsan. O qız qadının əvvəlki nikahından idi, müharibə illərində kiçik yaşlarında imiş və 70-ci illərdə Bakıda soraqlaşıb bizi tapdı. Qızı Minirə xanım Dilbazi xatırlayır: - Atam Gəncə şəhərində yaxşı bir ədəbiyyat müəllimi kimi tanınırdı, dərs dediyi şagirdləri onu çox istəyirdilər. Özü arabir şeir-hekayə beləyazırdı, amma çapa vermirdi. Bizimlə evdə çox zaman qafiyə ilə danışırdı. Qazaxla nəfəs alır, o yerləri çox sevərdi. Gəncədən daima Qazaxdakı qohumların bütün toy-yas məclislərinə gedərdi. Öz nəslinin keçmişi ilə dərindən maraqlanan Xülusi müəllim, bu maraqlı tarixin işıq üzünə çıxarılmasını istəyirdi. Bakıya yolu düşəndə, tarixçi alim - yaxın qohumu Teymur ağa Miralayevlə bu barədə dəfələrlə söhbətləri olmuşdu. Bu görüşlərin nəticəsi olaraq Teymur Miralayevin «Tarixi ədalətin bərpası naminə» adlı tədqiqat məqaləsi işıq üzünə çıxmışdı. (Onun şəhər-ailə mövzusunda yazdığı kiçik həcmli lirik bir hekayəsinin ərəb əlifbası ilə əlyazmasını qızı Minirə xanım bu sətirlərin müəllifinə vermişdir).
Xülusi müəllim 1991-ci il iyulun 26-da Gəncədə vəfat etmiş, burada torpağa tapşırılmışdır.
Xülusi Dilbazi öz nəslindən Həmayıl xanım İsmayıl ağa qızı Dilbazi ilə evlənmişdir. Həmayıl xanım Gəncədə Pedaqoji İnstituida kimya-biologiya fənnini tədris etmiş, sonralar Maksirm Qorki adına 1 saylı məktəbdə müəllimə işləmişdir. Qızı Minirə xanım anası, mərhum Həmayıl xanımı (1980-ci ildə Gəncədə vəfat edib, orada dəfn olunub) ailədə prinsipial, övladlarına qarşı tələbkar, son dərəcə çalışqan bir ailə başçısı kimi xatırlayır. Müharibə illərində gündüz işləmiş, axşam təhsilini davam etdirmiş, sonralar müəllimlik etmişdir. Bu illərdə və ondan sonra ərinin həbsdə olduğu dövrdə ailənin bütün çətinliyi onun çiyinlərinə düşmüşdür. Bu ailənin hər iki övladı: Minirə və İlham ixtisas etibarilə musiqini seçmişlər.
Abunə olun
Yeniliklərdən xəbərdar olun