1930-2008

RƏŞİD OSMAN AĞA OĞLU DİLBAZİ 
Sənədlərdə doğum tarixi 1933-cü ilin avqustu göstərilir. Orta məktəbin 5-ci sinfinədək Xanlıqlarda, 6-cı sinfi Qazax şəhərində oxumuşdur. Gəncədə Maksim Qorki adına orta məktəbin məzunudur.
Orta təhsilini başa vurub Qazax Kənd Təsərrü-fatı Texnikumunu zootexnik ixtisası üzrə bitirmiş (1945-1948), təyinatla Naxçıvana göndərilmiş, burəda 6 ay Damazlıq Təsərrüfatında baş zootexnik Uəmişdir. 1949-cu ildə yenidən Qazağa qayıtmış və Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq şöbəsinə daxil olmuşdur. 1951-ci ildə buranı bitirir və təyinatla Ağcabədiyə göndərilir. Lakin bu ixtisas onun ürəyincə olmur və Kənd Təsərrüfatı Nazirliyinə gedərək, texnikumu zootexnik ixtisası üzrə bitirdiyini və ona görə də ali təhsilli zoo-texnik olmağı istədiyini bildirir. Ona şərait yaradılır -1951-ci ildə fərq imtaham verib, zootexniklik fakültəsinin 2-ci kursuna qəbul olunur və 1955-ci ildə buranı bitirir. Təyinatla Quba rayonuna göndərilir, Nügədi MTS-inə böyük zootexnik təyin olunur. Vladimirovka kəndində Stalin adına kolxozun baş zootexniki və kolxoz sədrinin müavini işləyir. 1958-ci ildəQazağaqayıdırvə 1960-cı ilə qədərAğstafada Rayonlararası Damazlıq İdarəsində məntəqə müdiri vəzifəsində çalışır. 1960-61-ci illərdə Ağstafa quşçuluq fermasının müdiri, 1961-67-ci illərdə Qazax rayon ət tədarükü idarəsində məntəqə müdiri işləyir. 1967-ci ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun aspiranturasına qəbul olunur və 1970-ci ildə Tbilisidə Gürcüstan Baytarlıq İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alır. İşlədiyi mövzu «Azərbaycan dağ merinos mələzlərinin yun keyfiyyətinə görə məhsuldarlığı» idi. Rəşid Dilbazi 1967-72-ci illərdə Qazaxda kənd təsərrüfatı məhsulları tədarük müfəttişliyinin rəisi, 1972-75-ci illərdə Qazax Rayonlararası Damazlıq istehsalat Birliyinin rəisi işləmişdir. 1975-80-ci illərdə Qazax Kənd Təsərrüfatı Texnikumunda baş müəllim və direktor müavini olaraq pedaqoji işdə çalışmışdır. 1980-ci ildə Qarayazı Dövlət Qoruğuna direktor göndərilir və 1984-cü ilə qədər bu vəzifədə qalır, ardınca işdən azad edilərək Salyana - Şirvan Dövlət Qoruğuna direktor müavini vəzifəsinə göndərilir. 1985-ci ildə yenidən Qazağa qayıdır və 1990-cı ilə qədər yerli Kənd Təsərrüfatı Texnikumunda direktor müavini vəzifəsində işləyir. 1990-cı ildən bu günə qədər Qazax Aqrokimya Laboratoriyasının rəisidir. Rəşid Dilbazi işlədiyi dövrdə dəfələrlə mükafatlandırılmışdır, təltifatları var. Hazırda Qazax şəhərində yaşayır və xidməti işi ilə yanaşı kommersiya fəaliyyəti ilə də məşğuldur. Rəşid Dilbazi Daş Salahlıdan Pəri xanım Şahı ağa qızı Miralayeva (Əliyeva) ilə ailə qurmuşdur. Xatırladaq ki, Şahı ağa Alı ağa oğlu Miralayev (1888) 1931 -ci ildə Daş Salahlıda «kəndliləri tərksilah» əməliyyatının gedişində XDİK orqanları tərəfindən fevralın 10-da həbs edilmiş və «üçlüyün» qərarına əsasən, martın 17-də Qazax həbsxanasında güllələnmişdir. Ona 11.05.1993-cü il tarixdə bəraət verilmişdir. Pəri xanım Şahı ağa qızı Dilbazi (1931-1990, Azərbaycan dili və ədəbiyyatı müəllimi idi. Qazax şəhərində vəfat etdi. Onların övladları: Rövşən, İradə, Arif, Ceyhun. Rövşən  Rəşid oğlu Dilbazi (1960,  16 mart) Azərbaycan Tibb Universvtetini terapevt ixtisası üzrə bitirmişdir. Hazırda Ukraynada kommersiya fəaliyyəti ilə məşğuldur. Söylü Kavı qızı Əfəndiyeva ilə ailə qurmuşdur, bir qızı, bir oğlu var (Pəri, Mirəli). İradə xanım Dilbazi (1962, 5 noyabr) Azərbaycan Tibb Universitetinin məzunudur, hazırda Bakıda xəstəxanada terapevt həkim işləyir. Həyat yoldaşı vəfat etmişdir. Bir qızı, bir oğlu var (Günay, Nicat). Arif Dilbazi (1964, 22 mart) hazırda Rusiyada yaşayır. iş adamıdır. Yeganə Vidadi qızı Mustafayeva ilə ailə qurmuşdur. İki oğlu, bir qızı var (Rəşad, Şahzadə, Rəşid). 

Abunə olun

Yeniliklərdən xəbərdar olun