1953
BƏHRUZ MÜSEYİB OĞLU DİLBAZİ
1953-cü il İyulun23-də Qazax şəhərində doğulmuşdur. Qazaxşəhər 1 saylı or-ta məktəbinin rməzunudur (1970). Eyni zamanda Qazax şəhər musiqi məktəbinin tar şöbəsini bitirmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini ictimai iaşənin təşkili və texnologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir (1976). Təyinatla həmin ildən 1984-cü ilə qədər Moskvanın Əməyin ElmiTəşkili, İdarə Edilməsi, Səmərələşdirilməsi Mərkəzi İnstitutunun (ƏETİESMİ) Azərbaycan Filialında iqtisadçılıqdan şöbə müdirinədək müxtəlif vəzifələr tutmuşdur. Həmin illərdə ictimai-iaşənin təşkilinə dair 30-dan artıq elmi işin və layihələrin müəllifi olmuşdur. Eyni zamanda uzun müddət həmin institutun ilk partiya təşkilat katibi seçilmişdir. Daha sonra Azərittifaqda işləmişdir (1984-91). 1991-95-ci illərdə «İzmir» kiçik müəssisəsinin baş direktoru vəzitəsində kommersiya təaliyyəti ilə məşğul olmuşdur. Ardınca AR Torpaq Komitəsi Dövlət Yer Quruluşu Layihə İnstitutunda direktor müavini (1995-99), Ticarət Nazirliyində aparıcı mütəxəssis (1999-2001) işləmişdir. 2002-ci ildən «Dalğa-YF» MMC qiymətləndirmə xidmətinin rəisidir. Daşınan və daşınmaz əmlakın qiymətləndirilməsi işi ilə məşğuldur. Bəhruz Dilbazi 1998-ci ildə AR Kənd Təsərrüfatı Nazirliyi nəzdində İqtisadiyyat institutunda «Bazar münasibətləri şəraitində kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri» (Azərbaycan Respublikasının materialları üzrə) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu iş bazar münasibətləri şəraitində Azərbaycanda aparılan torpaq islahatının müxtəlif aspektlərinə işıq salan ilk elmi əsər sayılır. 3undan başqa, iqtisadiyyata dair bir sıra kitablara rəylər yazmışdır. Bəhruz Dilbazi tələbəlik illərindən ictimaiyyətçi kimi tanınırdı, 1972-1976-cı illər ərzində əmtəəşünaslıq fakültəsinin komsomol təşkilatının I katibi olmuşdur. Gənclik illərindən stolüstü tennisə maraq göstərmiş, bu idman növü üzrə 3 dəfə respublika çempionu olmuşdur. SSRİ idman ustasıdır (1972). Bəhruz Dilbazi 1988-ci ildən sonra Qazax mahalı erməni qəsbkarlığı ilə üzləşəndə önə çıxan təəssübkeş qazaxlılardan biri olmaqla, bu sahədə əlindən gələni əsirgəməmiş, xüsusən də ilk illərdə ordunun ehtiyacları, Qazağın Ermənistanla sərhədlərində hərbi istehkamların qurulması üçün çoxlu vəsait xərcləmişdir. Ümumiyyətlə, 1991-2006-cı illərdə Qazax Xeyriyyə Cəmiyyətinin xətti ilə görüimüş bü-tün işlərdə öndə olanlardan biri kimi hörməti tutulur. Eyni zamanda, Bəhruz Dilbazi xaricdə təhsil alan azərbaycanlı tələbələrə, ehtiyacı olan ziyalılarımıza da əlindən gələn maddi yardımı göstərmişdir. Mirvarid Dilbazinin 1995-ci ildə işıq üzü görmüş «Bənövşələr üstə göz yaşları» adlı son dərəcə dəyərli kitabının nəşr xərclərini Bəhruz Dilbazi öz üzərinə götürməklə, həm şairə ana, həm də mənsub olduğu əsilzadə Dilbazilər soyu qarşısında yaddan çıxmayacaq faydalı bir xidmət göstərmişdir. Aşıq İmranın şeirlər toplusu da onun himayəsi ilə işıq üzü görmüşdür (1995).

Bəhruz Dilbazi Yusifova Firəngiz Məmməd qızı (1958) ilə ailə qurmuşdur (əslən Qazaxbəyli kəndindən müəllim ailəsindəndir). Firəngiz xanım Dillər Universitetini ingilis-alman dili müəllimi ixtisası üzrə bitirmişdir. Hazırda pensiyadadır. Onların bir oğlu, iki qızı var - Eltay, Müqəddə, Elnarə.
Eltay Dilbazi (1981) Çexiyada (Brnoşəhəri) Masarik Universitetini bakalavrvə magistr kursunu çex dilində bitirmişdir, doktorantura təhsilini də burada davam etdirir. Beynəlxalq əlaqələr və enerji daşıyıcıları mövzusunda Çexiyada, çex dilində artıq bir kitabı çıxmışdır. Eltay Dilbazi Çexiyada və Avropada Azərbaycan diasporunun ünlü isimlərindən biri olmaqla, bu sahədə fəaldır. 2006-cı ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayında Çexiyadakı azərbaycanlılar diasporunu təmsil edirdi. Bundan az sonra Antalyada (Türkiyə) keçirilən Dünya Azərbaycan ziyalılarının toplantısında Çexiyadan nümayəndə olaraq iştirak etmişdi. Mətbuatda onun fəaliyyəti barədə yazılar dərc edilmişdir.
Müqəddə Dilbazi (1983) Bakıda «Odlar Yurdu» Universitetinin müalicə işi fakültəsini bitirmişdir (2006), ailəlidir (Ona nənəsinin adı qoyulmuşdur).
Elnarə Dilbazi (1986) Azərbaycan Tibb Universitetinin məzunudur.
Abunə olun
Yeniliklərdən xəbərdar olun