1822-1874
HACIRƏHİM AĞA ALLAHYAR AĞA OĞLU DİLBAZİ «VƏHİDİ»
Firidun bəy Köçərlinin «Qazax şairlərinin mötəbər və müqtədirlərindən birisi» deyə söz açdığı «Vəhidi» təxəllüslü Hacırəhim ağa Allahyar ağa oğlu Dilbazi XIX yüzildə nəqşbəndi təriqətində Mövlana Mirhəmzə Nigaridən sonra ikinci yerdə gələn söz ustadıdır desək, yanılmarıq. Onun ədəbi yaradıcılığı və şəxsiyyəti hələ sağlığında zəmanəsinin alim və fazil adamlarının diqqətini cəlb etmiş, ölümündən sonra, yenə Firidun bəy Köçərlinin verdiyi məlumata görə, Poylu sakini məşhur alim Hacı Sədi əfəndi ibn əl-qazi Sədi əfəndi o çağın Qazax şairləri və ədibləri ilə bir sırada Hacırəhim ağanın da «bəyani-halını və izhari-əhvali-səadəti-iştimalını» (yəni həyat hekayətini) müxtəsər tərzdə qələmə almış, onun əsərlərindən ibarət bir divan tərtib etmişdir. Müfti Hüseyn əfəndi Qayıbzadə öz məşhur dörd cildlik «Məcmuə»sində (görünür təriqət mənsubiyyətinə görə) Hacırəhim ağa Vəhidinin yaradıcılıq nümunələrinə yer ayırmasa da, Firidun bəy Köçərli fazili-möhtərəm Hacı Sədi əfəndiyə istinad etməklə, bu nəqşbəndi şairinin həyat və yaradıcılığına işıq salmışdır. Bu iki ədəbi qaynağa əsaslanmaqla, Hacırəhim ağa Vəhidi hicri 1238-ci (miladi 1822-ci) ildə Qazax mahalının Xanlıqlar kəndində doğulmuşdur. Hacı Sədi əfəndi yazıb ki, Hacırəhim ağa tərkidünya bir həyat yaşamış, qəlbi Tanrı eşqi ilə dolu, zahirən qəmgin və qüssəli, batində isə «bikin və laübali olan bir zati-vilayətsemat» imiş.

Təlim-tərbiyəsi ilə atası məşğul olmuşdur. Bir az böyüyəndən sonra elmlərlə, oxumaq və yazmaqla özü təkbaşına məşğul olmuş və həddən artıq zehinli və fərasətli olduğundan az vaxtda böyük məlumat sahibinə çevrilmiş, ilahiyyatı, klassik Şərq ədəbiyyatını, türk, ərəb və fars dillərini dərindən öyrənmişdir.
İlk gəncliyindən etibarən Hacırəhim ağa Qazaxda alimlər, fazillər və şairlər ilə xoş münasibətdə olmuş, onlarla söhbətləşmiş, bu zümrədən olan adamlara hörmət və mərhəmətlə yanaşmış, əksər vaxtını onların mütəmadi olaraq təşkil edilən məclislərində «inşayi-şeir və imlayi-nəzmə sərfü bəzl qılarmış».
İmkanlı bir ailədən olan Hacırəhim ağa hicri 1276-cı (miladi 1857-ci) ildə 35 yaşında ikən Türkiyə yolu ilə həcc ziyarətinə yollanmışdır. Firidun bəy Köçərli Hacırəhim ağanın bu səfər əsnasında İslambulda (İstanbulun adı o çağda bəzən bu variantdada yazılırdı -İ.U.) atasının köhnə dostu - «calisi-səriri-hidayət və rövnəqəfzayi-xanədani-təriqət, nəqşbəndiyeyi-səadət-bünyad olan mövlana Hacı Mirhəmzə əfəndi «Nigari» təxəllüs» ilə görüşdüyünü qeyd edir. Mirhəmzə əfəndi Hacırəhim ağaya İstanbulda böyük hörmət və iltifat göstərmişdir. O vaxt Qazaxdan həcc ziyarətinə yollananlar quru yolla Batuma gedir, oradan gəmi ilə İstanbula yetişir və bu paytaxt şəhərində Ərəbistan sahillərinə (Hicaza) zəvvarları daşıyan gəmilərdən birinə minirdilər. Qayıdanbaş da bu səfər marşrutunu seçirdilər. Firidun bəy Köçərlinin verdiyi məlumata görə, şair bu bir neçə günlük görüş əsnasında «öz mürşidinin füyuzati-mənəviyyəsindən feyzyab olmuşdur», görünür burada qaldığı günlərdə Mirhəmzə Nigarinin Xanlıqlardan gəldikdən sonrakı dövrə aid yaradıcılığı ilə tanış olmuş, birsadiq mürid olaraq mürşidinin məzmunlu söhbətlərinə qulaq asmış, bəlkə də təriqətin Qazax mahalındakı durumu barədə müridin hesabatını dinləmiş, ona öz tövsiyələrini və məsləhətlərini vermişdir. Çünki Mirhəmzə əfəndinin təriqətin Qafqazdakı işlərini Anadoludan istiqamətləndirdiyi, müridləri ilə gizli yazışmalar yolu ilə, qəzəllərdəki kodlaşdırılmış ifadələrlə əlaqə saxladığı bəllidir. Hacırəhim ağa Məkkədən gəmi ilə İstanbula qayıtdıqda yenə də müəyyən müddət bu şəhərdə Mirhəmzə əfəndinin qonağı olmuşdur.
Hacırəhim ağa Vəhidi İstanbulda Mirhəmzə əfəndidən təriqəti-nəqşbəndiyyənin Qazax mahalı üzrə naibi vəzifəsinə təyinat alır. Doğma yurdu Qazağa qayıtdıqdan sonra daim Mirhəmzə əfəndinin fikrü xəyalı ilə yaşadığını, onun surətini və söhbətini xatirindən çıxarmadığını və dünya işlərinə məşğul olmadığını yazır. (Amma tarixçi alim Teymur ağa Miralayev bizimlə söhbətində onun oğlu Camal ağaya istinadən Hacırəhim ağanı «orta imkanlı mülkədar» kimi səciyyələndirirdi). Söylənənlərə görə, Hacırəhim ağa Vəhidi Qazaxda Osmanlı libasında, başında fəs gəzərmiş, arabir qeyri vilayətlərə səyahət edər, orada lazımi adamlarla görüşər, Osmanlının xeyrinə təbliğat aparar, sünni-şiə fikirayrılığının məqsədyönlü şəkildə qızışdırıldığı, müsəlman xalqlarının bu ziddiyyət əsasında bir-birlərinin üstlərinə salındığını, məqsədin isə onları özlərinə tabe edib, var-yoxdan çıxarmaq olduğunu izah edirdi. Odur ki, Hacırəhim ağa çarizmin Şərq siyasəti baxımından hökumət orqanlarının nəzərində zərərli, arzuedilməz ünsür sayılırdı. Firidun bəy Köçərli şairin həcc ziyarətindən qayıtdıqdan sonrakı 15-16 illik həyatında mənəvi yaşantılarını Hacı Sədi əfəndinin sözügedən əsərindən belə bir iqtibas gətirməklə nəzərə çatdırır: «Bəd əz an, yəni vətənə müraciət etdikdə lövhi-xatiri-feyzməzahirlərin səvadi-masəvadən müsəffa və pirincila və səfheyi-sineyi-bikinələrin xəyali-surəti-pürsəfvəti-piri-binəzir ilə mənquş və müsəvvər və rabiteyi-fəna fi-ş-şeyx ilə dili-maarifmənzillərini münəvvər və pürziya etmişdilər. Bir gunə kim, zakiri-övliya və təkəllümi-övsaf və əxlaqi-piri-bihəmtadan bir ləhzə xali və əqvalü əfali-axirə hərgiz nəzərü iştiğalı olmazdı və hərçənd belə zəvati-xacəsurət dərvişsirət təyin edər, amma bu zati-şərif dəryayi-qürbü hüzura öylə müstəqrəq və atəşi-şövqü iştiyaq ilə bir gunə mühərrəq olmuşdu ki, zahirü batində qeyr əz dərvişi bir hal ilə mülahizə və müşahidə olunmazdı...»

Bu illərdə Hacırəhim ağa Mövlana Mirhəmzə əfəndi ilə mütəmadi əlaqə saxlamış, bir-birlərinə hədiyyələr göndərmiş və məktublaşmışlar. Bir çox hallarda nəqşbəndi təriqətinə aid anlayışlarla dolu olan bu məktublaşmalar qəzəl mübadiləsi şəklində olurdu və şeirləşmə təsiri bağışlayırdı. Hacırəhim ağa Vəhidi bir ürfan və ruhaniyyat şairi olmaqla, məzmunlu minacatların da müəliifidir. Firidun bəy Köçərlinin də diqqət yetirdiyi bir minacatında şair həqq dərgahına üz tutaraq, günahlarının bağışlanmasını istəyir. Vəhidi öz yaradıcılığında mürşidi Seyid Nigari ilə yanaşı, özündən öncəki çağın şairi İbrahim Həqqinin də təsiri altında idi. Nəqşbəndilərin Seyid Nigaridən öncəki mötəbər şairlərindən sayılan, Ərzurumun Hasankale məntəqəsində doğulmuş İbrahim Həqqi əfəndi Dərviş Osman oğlu (1703, 18 may - 1780, 22 iyun) XIX yüzil boyunca ümumiyyətlə bütün Qazax şairləri arasında son dərəcə məşhur idi. Onun kitabları, özəlliklə də «ilahinamə» adlı divanı və çox hissəsi nəsrlə yazılmış 1176 səhifəlik «Mərifətnamə» kitabı burada əldən-ələ dolaşırdı. Osmanlı torpağının yetişdirdiyi sonuncu filosof adlandırılan, evliya məqamlı İbrahim Həqqi əfəndi (adının sonuna adətən «qəddasəalahu sirrahül-əziz» nisbəsi artırılır) nəqşbəndilik təlimini öz ustadı - Şeyx İsmayıl Fəqirullahdan almışdı. İbrahim Həqqi əfəndi «İlahinamə»dən daha məşhur olan «Mərifətnamə» ensiklopedik əsərində Allahı tanıma (mərifətullah), səma cisimlərindən, Yerin kürə şəklində olmasından, Ay və Günəş tutulmalarından, dini əmrlər, gələnək və görənəklərdən başqa, nəqşbəndilik təriqətinin əsaslarından da son dərəcə aydın və qısa cümlələrlə bəhs edilir. Onun ədəbi və fəlsəfi irsi ümumilikdə 46 əsər təşkil edir: adı çəkilənlərdən başqa «irianiyyə», «İnsaniyyə», «Vüslətnamə», «Səadətnamə», «Vəslnamə», «Şükümamə», «Tefviznamə» və b.). Hacırəhim ağa Vəhidi bir ürfan şairi olsa da, gerçək həyatdan gələn ictimai motivlərə də biganə olmamışdır. Firidun bəy Köçərli özünün «Azərbaycan ədəbiyyatı» kitabında onun yaradıcılığından bəhs edərkən şairin senzura səbəbi ilə mətnini misal gətirmədiyi bir müxəmməsindən söz açır. Burada Vəhidi yaşadığı çağda Qazax mahalında mövcud olmuş ictimai haqsızlıqları şeirə gətirərək deyir ki, kənar yerlərin nə qədər xəbis və səfil adamı varsa, bizim vilayətdə iş başına gətirilir, onlar da rüşvət yolu ilə özlərinə var-dövlət qazanır, gözləri ayaqlarının altını seçmir, böyük-böyük iddialara düşürlər. Bu kəslər mahalda fağır-füqəraya və əlsiz-ayaqsızlara hər cür zülmü rəva görür, mömin və Allah adamlarının üstünə hər cür şər və böhtan atmaqdan belə çəkinmirlər. Hacırəhim ağa Vəhidinin Qazax şairləri arasında ən yaxın dostu və sirdaşı Dağ Kəsəmənli «Nasir» təxəllüslü kapitan Mustafa ağa (1824-1873) olmuşdur (polkovnik Hasan ağa Qiyasbəyovun oğludur, kiçik qardaşı - polkovnik Nəsib ağa Qiyasbəyovdur). Türk, rus, fransız və fars dillərini gözəl bilən (Varşavada hərbi xidmətdə olub və Dağıstan davasında iştirak etmişdi) türk və fars dilində şeirlər yazan, hətta XII yüzil şairimiz Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasını türkcəyə tərcümə etməyə başlamış Mustafa ağa Nasir ilə Hacırəhim ağa Vəhidi arasında ülfətü məvədət» olduğunu, bir-birlərinə şeir və qəzəllər yazıb göndərdiklərini Firidun bəy Köçərli də qeyd edir. Hacırəhim ağa Vəhidinin məzarı Xanlıqlarda Babadərviş qəbristanlığında doğmalarının yanındadır. Şairin başdaşına yazılmışdır: «Həza mərqəd əl-mərhum əl-məğfur əl-ləqəb əl-Vəhidi Hacırəhim ağa bin Allahyar ağa Dilbazzadə ğafurullah. Sənə 1291». Başdaşına şeir parçaları da həkk edilmişdir. Vəfat tarixi 1874-cü ilə mütabiqdir. Hacırəhim ağa Daş Salahlı kəndindən İsa ağa Miralayevin qızı Sənəm xanımla evlənmişdir. Bu nikahdan onun özündən sonra yurdunda beş oğlu və iki qızı qalmışdır: Allahyar ağa, ibrahim ağa, Camal ağa, Ziyaddin ağa, Bahar ağa (bəzi sənədlərdə adı Bahirağa kimi qeyd olunur). Qızları: Sayalı xanım, Pəri xanım. Sənəmxanım İsaağaqızı Miralayeva-Dilbazova 1318/1901 -ci ildə vəfat etmişdir. Məzarı Xanlıqlarda Babadərviş qəbristanlığında doğmalarının yanındadır. Hacırəhim ağanın qızı Sayalı xanımı Mirvarid Dilbazi «kişi cürətli qadın» kimi xatırladır. Sayalı xanım öz vəsaiti ilə Karqayadan Xanlıqlara su xətti çəkdirməyə girişir. Lakin gənc yaşlarında dul qaldığından bu iş yarımçıq qalır. Su xəttini kənddən bir az aralı bir təpənin ətəyinə qədər gətirə bilir. «Mən uşaq olanda içməli suyu imkanlı adamlarbu bulaqdan gətirərvəona «Sayalı xanım bulağı» deyərdilər», -deyə Mirvarid xanım «Bənövşələr üstə göz yaşları» kitabında yazır. Sayalı xanım öz nəslindən Abdulla ağa Mustafa ağa oğlu Dilbazov ilə ailə qurmuşdur. Bu nikahdan bir qız - Səltənət xanım doğulmuşdur (Çingiz ağa Dilbazovun arvadı). Abdullaağa vəfat etdikdən sonra ikinci dəfə öz nəslindən başqa bir Abdulla ağaya ərə gedir və 26 yaşında həyatdan gedən Abdulla ağadan da öz növbəsində bir oğlu - atasının adı qoyulan Abdulla ağa doğulur. Sayalı xanım Hacırəhim ağa qızı Dilbazinin Xanlıqlarda Babadərviş qəbristanlığında Dilbazilərin məzarlıq səmtində doğmalarının yanındakı məzar daşındakı tarixə əsasən, 1338/1921-ci ildə vəfat etmişdir. Abdulla ağanın biroğlu vəikiqızı qalmışdır- Dilqəm, Sevil, Lütfiyyə. Dilqəm Dilbazov son illərə qədər Pyatiqorskda yaşayırdı, iki oğlu var. Sevil xanım Gəncədə, Lütfiyyə xanım Bakıda yaşayırdı, onların hər ikisi həyatdan gediblər. Hacırəhim ağanın o biri qızı Pəri xanırm Daş Salahlıda Alı ağa Miralayevin arvadı idi, (Onların qızı Güləndam xanım öz əmizadəsi Salah ağa İsa ağa oğluna ərə getmişdi və onun övladlarının, o cümlədən tarixçi alim mərhum Teymurağa Miralayevin anasıdır).
Abunə olun
Yeniliklərdən xəbərdar olun