1870-1947

Tahar ağa Əsəd ağa oğlu Dilbazi 1870-ci ildə anadan olmuşdur. Dilbazi ağaları arasında imkanlı şəxslərdən sayılırdı. Belə ki, onun Xanlıqlarda torpaqları, heyvandarlıq təsərrüfatı ilə yanaşı, Qazax şəhərinda Ağköynək səmtdə iki qatar evi (birində səkkiz, o birində altı otaq,  indiki «Azərbaycan» kinoteatrı ilə üzbəyüzdə), dükanları vardı. Sovetləşmə ilində XI Qızıl Ordu hissələri Qazağa gələndə bir qatar Otaqlarını yaralı və xəstə əsgərlər üçün ayırmışdı və o ildən onun sovet organları ilə normal münasibətləri qərarlaşmışdı. 1930-cu İIdə öz dükanlarının birindən başqa bütün qalanlarını hökumətə təhvil vermişdi. Özü də dinc adam idi va adam arasında  yeni quruluş barədə mənfi sözlər söyləməkdən çəkinərdi. Bir dəfə Mircəfər Bağırov Qazaxda olanda onun evində qonaq qalmışdı va rayon rəhbərliyı Mlrcəfərin bu kişiyə yaxşı münasibət bəslədiyini bilirdi. Əlbəttə, bütün bunlar onu 1930-38-ci illərin repressiyalarından  kanarda saxladı.
Tahar ağa Qazax şəhərində yaşadı, burada 1947-ci il yanvarın 29-da saat 12 tamamda gözlərini  yummuş və Xanlıqlarda ata-baba qəbristanlığında torpağa tapşırılmışdır. Məzarı Babadərviş qəbrİstanlığında atası Əsəd ağanın yanındadır.
Tahar ağa öz nəslinin Allahyarağalı qolundan Afitab xanım Əbdürrəhman ağa qızı ilə ailə qurmuşdur.
Bu nikahdan doğulan övladları: Mahparə, Şəfiqə, Əzizə, Fərhad, Nicat, Nikolay, Ərasiyab. Tahar ağanın övladlarından üç oğlu - Nicat, Nikolay va Əfrasiyab yeniyetmə yaşlarında tələf olmuşlar.
Mahparə xanım Tahar ağa qızı Dilbazi 1914-cü ildə Qazaxda doğulmuşdur. Qazax Pedaqoji Texnikumunu bitirmiş, 1930-40-cı illərdə Gürcüstanın Baş Keçid rayonunda sinif müəlliməsi işIəmiş, sonralar Qazaxda və Ürkməzli kəndində yaşamışdır. Ömrünün sonlarında Bakıda yeganə oğlu Səadaddin Müftizadənin yanında yaşayırdı va 1995-ci ildə burada dünyasını dəyişmişdir. Səadaddin Müftizadə neft sənayesində tanınmış adamlardan idi va ona şəhərin mərkəzindən ev verilmişdi. Şəfiqə xanım Tahar ağa qızı Dilbazi 1921-ci il dekabrın 19-da Qazaxda doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Respublıkada tanınmış cərrah, əslən Bakının Saray kəndindən olan Şükür Baxşıyevlə ailə qurmuşdu. Ərinin xidməti iş yeri ilə bağlı olaraq uzun müddət Mingəçevirdə, bir ara Minsk şəhərində, Gəncədə yaşamışdı. Şəfiqə xanım 1995-ci il noyabrın 2-də Mingəçevirdə vəfat etmis və burada şəhər qəbristanlığında dəfn olunmuşdur. Həyat  yoldaşı  doktor
Şükür Baxşıyev da vəfat etmişdir. Yegana qızları Xatirə xanım Azarbaycan Politexnik İnstitutunun məzunudur, mühəndisdir. Hazırda Mingəçevirdə yaşayır.
Əzizə xanım Tahar ağa qızı Dilbazi Tibb Texnikumunu bitirmişdir. Qazaxda yaşayır, mama-akuşer isləyirdi. Mühəndis, əslən Qərbi Azərbaycandan olan Həsən Rəhimov ilə ailə qurmuşdu. Əzizə xanım
Qazaxda vəfat etdi. Oğlu Qayyur Azərbaycan Politexnik İnstitutunu bitirmişdir, hazırda Rostovda yaşayır, kommersiya fəaliyyati ilə məşğuldur.

Abunə olun

Yeniliklərdən xəbərdar olun