26.12.1919 - 30.04.2010
Sənət aləmində öz orijinal professionalizmi ilə sə-nətşünaslar tərəfindən yüksək qiymət almış, rəqs sənətinin zirvəsinə yüksəlməyi bacarmış, sənəti ilə Qalina Ulanova, Mayya Plisetskaya, Mükərrəmə Turqunbayeva kimi bu yaxın keçmişimizdə rəqs sənətinin ən populyar simaları ilə müqayisə edilən Əminə Dilbazi, heç şübhəsiz, eyni zamanda mənsub olduğu Dilbazilər nəslinin də ən adlı-sanlı yetirmələrindən biridir. Zamanında tək Azərbaycanda və Sovetlər Birliyi hüdudlarında deyil, həm də dünyanın çox yerlərində ölkəsini tanıtmış, alqışlarla qarşılanmış bu sənətadamı, incəsənət tariximizə Azərbaycan xalq rəqslərinin tədqiqatçısı, bərpaçısı və bir çox yeni rəqslərin yaradıcısı kimi də daxil olmuşdur.
26 dekabr 1919-cu ildə Qazax şəhərində dünyaya göz açmış, çocuqluq illəri bu balaca əyalət şəhərində keçmiş, ailənin 1924-cü ildə Qazaxdan Bakıya köçməsi ilə həyatının sonrakı illəri paytaxtla bağlı olmuşdur.
1926-cı ildə şəhərdə türk məktəbinə gedir, bir ildən sonra isə anası Xeyrənnisa xanım onu bu məktəbdən çıxarıb rus məktəbinə qoyur. Anası eyni zamanda qızlarının musiqi təhsili almasına da qərar verməklə, onları Üzeyir Hacıbəyovun yanına gətirib fortepiano bölməsinə yazdırır. Əminə xanım ilk musiqi müəlliməsi kimi Mariya İvanovna Plisetskayanı hörmətlə xatırlayır.
ƏSRARƏNGİZ RƏQS DÜNYASINA «TƏRƏKƏMƏ» İLƏ VƏSİQƏ ALDI.
Rəqqasəlik fəaliyyətinə 1936-cı ilin yanvarından - hələ orta məktəbdə oxuyarkən başlamış, ilk müəllimi baletmeyster İlya İliç Arbatov olmuşdur. Əminə xanım azərbaycanlı qızların səhnədə rəqs etmədikləri bir vaxtda, mühafizəkar qohum-əqrəbanın buna nə deyəcəyini düşünən anasının ona iki gün tərəddüd etdikdən sonra icazə verdiyini xatırlayır. Beləliklə, onun üçün «tamamilə naməlum olan bu sənət sahəsinə» qədəm basmış olur və 1966-cı ilə qədər Arbatovla birlikdə işləyir. Əminə xanım onu da xatıriayır ki, keçmiş İttifaqda çoxlu yetirmələri olan, vaxtilə klassik rəqslərin olduqca istedadlı ifaçılarından sayılmış Arbatovun sonuncu arzusu bu olur ki, onun yubiley komissiyasının sədri Əminə Dilbazi olsun.
Milli rəqslərimizin ən gözəl ifaçılarından biri kimi yaddaşlara həkk olunmuş Əminə xanıma rəqslərin əsrarəngiz dünyasına vəsiqəni onun həmişə çox böyük sevgi ilə ifa etdiyi milli «Tərəkəmə» rəqsi vermişdir. Altı aylıq hazırlıqdan sonra mədəniyyət tariximizdə ilk dəfə yaradılmış olan bu rəqs qrupunun konsert fəaliyyəti başlanır - ağzınadək dolmuş zallar, tamaşaçı alqışları, Azərbaycan xalq rəqslərinin səhnəyə gəlişindən dolayı gözəl rəylər, gül-çiçəklər, təbriklər... Ardınca qrup Opera və Balet Teatrına baxışa dəvət olunur, onların rəqsləri bəyənilir və bu rəqs nömrələri hökumət konsertinin proqramına salınır - bu isə artıq müvəffəqiyyət demək idi. 1936-cı ilin oktyabrında Az.KP MKbirinci katibi MirCəfər Bağırovun göstərişi ilə bu rəqs qrupu Azərbaycan Dövlət Filarmoniyasının tərkibinə daxil edilir.
Milli rəqslərimizin ən gözəl ifaçılarından biri kimi yaddaşlara həkk olunmuş Əminə xanıma rəqslərin əsrarəngiz dünyasına vəsiqəni onun həmişə çox böyük sevgi ilə ifa etdiyi milli «Tərəkəmə» rəqsi vermişdir. Altı aylıq hazırlıqdan sonra mədəniyyət tariximizdə ilk dəfə yaradılmış olan bu rəqs qrupunun konsert fəaliyyəti başlanır - ağzınadək dolmuş zallar, tamaşaçı alqışları, Azərbaycan xalq rəqslərinin səhnəyə gəlişindən dolayı gözəl rəylər, gül-çiçəklər, təbriklər... Ardınca qrup Opera və Balet Teatrına baxışa dəvət olunur, onların rəqsləri bəyənilir və bu rəqs nömrələri hökumət konsertinin proqramına salınır - bu isə artıq müvəffəqiyyət demək idi. 1936-cı ilin oktyabrında Az.KP MKbirinci katibi MirCəfər Bağırovun göstərişi ilə bu rəqs qrupu Azərbaycan Dövlət Filarmoniyasının tərkibinə daxil edilir.
Həyatının 1936-38-ci illərini Əminə xanım peşə seçirmi qarşısında tərəddüdlər ili kimi xatırlayır: özünü idmana həsr etsin, instituta daxil olsun, yoxsa rəqsdə qalsın? Sənaye institutunun hazırlıq şöbəsinə daxil olsa da, bir ildən sonra bu yoldan çəkilir.
Gimnastikadan da özü də hiss etmədən get-gedə uzaqlaşmışdı, duyurdu ki, rəqsdən ayrı onun həyatı yoxdur...
1938-ci il onun sənət həyatında həyəcanlı bir il kimi yadda qalır. Moskvada Azərbaycan mədəniyyəti dekadası ərəfəsində, gözlənilmədən Filarmoniya üzərində ab-hava qatılaşır, dekadaya getməli olan sənət adamlarını bir-bir MK-ya çağırıb öz ictimai keçmişləri barədə sorğu-suala tuturlar. Bioqrafiyalarındakı «xoşagəlməz məqamlara» görə bəy familiyasından olan bəzi gənclər, o sıradan Əminə Dilbazi işdən kənarlaşdırılır. Lakin dekadanın vaxtı yaxınlaşdıqca proqramın taleyi qarşısında məsuliyyətdən dolayı rəhbərlik onları yenidən bir-bir çağırıb işə bərpa etməli olur. Qatarla Bakıdan Moskvaya yollanan 700 nəfərlik mədəniyyət xadimi arasında Əminə Dilbazi də vardı.
Bu iri mədəniyyət tədbirində iştirakı, çıxışı, sənət aləmində üzləşdiyi ilk intriqalar, ikiüzlülük, ədalətsizlik ona ağır və üzücü mənəvi zərbə vursa da, Bakıya qayıtdıqdan sonra bundan tez özünə gəlir və dərk edir ki, «incəsənət sahəsində işləmək, ən çətin peşənin arxasınca düşmək deməkdir. Birinci, gerək ədalətsizlik yükünü apara biləsən. Bunsuz incəsənətin bir addımı belə yoxdur». Moskvada mükafatlara təqdim olunanlararasından adını usta-lıqla çıxara bilsələr də, Bakıda Ali Sovetə çağırıb Fəxri Fərmanla birtəhər «yanlışlığı düzəltməyə» çalışırlar.
Bakıya qayıtdıqdan sonra qrupun adını dəyişdirib «Azərbaycan Mahnı və Rəqs Ansamblı» qoyurlar. Əminə xanım 1936-69-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasımn solisti, 1939-cu ildən (fasilələrlə) bu rəqs qrupunun rəhbəri olmuşdur. Əminə Dilbazinin oynadığı «İnnabı», «Tərəkəmə», «Vağzalı-Mirzəyi», «Turacı», «Nazeləmə» rəqsləri xüsusilə məşhurlaşmışdı və bunların hamısının bərpa və ifa tarixçələri özü və hərbiri ayrılıqda maraqlı bir hekayətdir.
MÜHARİBƏNİ YALTADA QARŞILADI, KRIMDA SƏNGƏR QAZDI.
Müharibəni Yaltada - 80 nəfərlik heyətlə burada qastrolda olarkən qarşılamışdı. Kollektiv ağır vəziyyətə düşmüş, kişilər hərbi komissarlığın sərəncamına keçirilmiş, qalanlar səngər qazmağa göndərilmişlər. Pulları tamam tükənir, Bakıya qayıda bilmək üçünsə mehmanxananın pulunu ödəmək lazım gəlirdi. Odur ki, Bakıya -Üzeyir bəy Hacıbəyovun adına teleqram vurmalı olurlar. Bakıdan təcili göndərilən 5000 manat mehmanxananın xərcini ödəməyə kifayət edir, sabahısı bir 5000 manat da göndərilir. Gəlib Lozovaya stansiyasına çatırlar, orada üç gün cəhənnəm əzabı yaşadıqdan sonra qrup Bakıya gedən bir qatara minə bilir və dörd sutkadan sonra Bakıya çatırlar.
Əminə Dilbazi yeni təşkil edilən qadın rotasının komandiri təyin edilir, həftədə iki gün hərbi məşğələlər keçir, atəş açır, torpaqda sürünür, tank əleyhinə yarğanlar qazırdılar. Bir müddətdən sonra müğənni Yavər Kələntərli, Hacı Məmmədov, Şövkət Ələkbərova, Əminə Dilbazi, Əli Abdullayev İranda olan sovet qoşun hissələri qarşısında çıxışlar üçün altı aylığa bu ölkəyə göndərilirlər. Ansambl Təbriz, Xoy, Urmiya, Şahpur, Ərdəbil şəhərlərində yaddaqalan konsertlər verirlər. Bakıya qayıdıqdan sonra isə hospitallarda yaralılar qarşısında çıxışlar edir, hamiliyə götürdükləri hospitala əllərindən gələn köməyi göstərirdilər. Hərbi xidmətə aparılma məsələsi ortaya çıxdıqda, Filarmoniyanın rəhbərliyi MK ilə danışdıqdan sonra onu hərbi xidmətdən saxlamağa göstəriş verilir. Müharibənin birinci ili onun sənət bioqrafiyasında bir də onunla yadda qaldı ki, SSRİ İncəsənət İşləri Komitəsi tərəfindən birinci dərəcəli balet artisti adına layiq görüldü.
Müharibə illərində daimi aktyorbriqadasının tərkibində (tarçı Allahyar, Şövkət Ələkbərova, Sara Qədimova, Əminə Dilbazi və başqaları) vaxtaşırı kolxozlarda, rayonlarda olur, camaat qarşısında çıxışlar edirdilər. Mir Cəfər Bağırovun tapşırığı ilə aktyorları yeməkxanalarda pulsuz yedirdir, onlar ərzaq payı ilə təmin edilirdilər.
1942-ci ildə onun sənətfəaliyyətində maraqlı bir hadisə baş verir: Tbilisidə işləyən müəllimi ilya İliç Arbatov onu Tbilisiyə rejissor M.Çİaurelinin çəkdiyi iki seriyalı «Georgi Saakadze» filminə (1942-43) çəkilişə dəvət edir. Şah Abbasın sarayında 36 rəqqasənin iştirak etdiyi rəqs səhnəsi son dərəcə gözəl alınır.
1944-cü ildə ayağından aldığı zədə ilə bağlı «Kirov institutuna» qoyulur və bir müddət burada yatmalı olur. incəsənət ustalarının irana planlaşdırılan səfəri ərəfəsində onu mümkün qədərtez buraxmaq xahişləri nəticə vermir. Bu vaxt gözləmədiyi bir iş olur - sənət yarışında rəqabəti natəmiz yollarla aparan rəqibləri anonim məktub yazaraq onu «simulyantlıqda» (yalandan özünü xəstəliyə vurmaq) ittiham edirlər. Lakin həkimlər onun müalicə müddətini bir az da uzadırlar və o sağalıb hərəkətini tam bərpa edəndə onu evə yazırlar. Lakin onu İrana gedən qrupun tərkibinə daxil etmirlər, üstəlik də qrup Tehrandan qayıdıb gəldikdən sonra ona qarşı «gözdən salma» cəhdlərini davam etdirirlər və iş hətta respublika prokuroruna gedib çıxır.
Müharibə illərində öz ailə səadətini tapdı - 1943-cü ildə Filarmoniyanın bədii rəhbəri Cövdət Hacıyev ilə ailə qurdu, bir il sonra övlad sevincini yaşadı - ilki Nərmin dünyaya gəldi.
Müharibə bitdi. Sovetlər Birliyi bu müharibədən Avropa və Asiyada bir çox dövlətləri əhatə edən «sosializm düşərgəsi» ilə çıxdı və bu dövlətləri özünə daha sıx bağlamaq üçün mədəni əlaqələrin nizamlanması və inkişafına ciddi önəm verilməyə başladı. Təbii ki, müttəfiq respublikalarda mədəniyyətin hansı səviyyəyə çatdırıldığını da yeni müttəfiqlərə və dost ölkələrə nümayiş etdirmək lazım gəlirdi.
Müharibə bitdi. Sovetlər Birliyi bu müharibədən Avropa və Asiyada bir çox dövlətləri əhatə edən «sosializm düşərgəsi» ilə çıxdı və bu dövlətləri özünə daha sıx bağlamaq üçün mədəni əlaqələrin nizamlanması və inkişafına ciddi önəm verilməyə başladı. Təbii ki, müttəfiq respublikalarda mədəniyyətin hansı səviyyəyə çatdırıldığını da yeni müttəfiqlərə və dost ölkələrə nümayiş etdirmək lazım gəlirdi.
1945-ci ildə Üzeyir bəy Hacıbəyov və Soltan Dadaşovun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Dövlət Sirki yaradıldı və Əminə xanıma sirkin repertuarına salınmış «Azərbaycan toyu» mərasiminin baş baletmeysteri və quruluşçusu olmaq etibar edildi.
1946-cı ildə gənclərin beynəlxalq Praqa Festivalında Azərbaycandan olan qrupun da iştirakı o vaxt üçün böyük hadisə sayılırdı. Əminə Dilbazi və tərəf-müqabili Əlibaba Abdullayev orada «Naz eləmə» rəqsini yüksək səviyyədə ifa etdiklərinə görə, Praqada medala layiq görülməsələr də, Moskvaya qayıdanda SSRİ Mədəniyyət Nazirliyinin fəxri diplomları ilə təltif edilmişdilər.
Bu illərdə onun «Tərəkəmə», «İnnabı», «Lalə», «Vağzalı-Mirzəyi» («Stəkanla rəqs»), «Ay gözəl», «Yallı», «Dağlar gözəli», «Lirik rəqs» kimi o vaxtlar populyarsolo rəqslərinə «Turacı» da əlavə olunur. Onun süjeti «Sonalar gölü»ndəki qu quşunun ölümünü xatırladır, lakin burada Azərbaycan variantıdır: xoşbəxt Turac quşu ürkək halda peyda olur, o tərəf, bu tərəfə ehtiyatlı nəzərlərlə baxır, ovçunu görməyib sevinir, qanad çalıb oxumağa başlayır, lakin bu zaman qəfil ovçu gülləsi onu torpağa sərir. Turac üzünü göylərə, Günəşə tutub kömək istəyir ki, bir daha qanad çalıb pərvazlana bilsin... Əminə xanım xatırlayır ki, Orkestrin müşayiəti ilə ifa olunan bu rəqs onun müharibə illərində rəqiblərinin «canfəşanlığı» ilə xələl gətirilmiş yaradıcı imi 'ini yaxşılaşdırır, Niyazinin təşəbbüsü ilə «Turacı» hökumət nümayəndələrinin də iştirak etdikləri konsertlərin repertuarına salınır.
Xalq rəqslərinin bilicisi, onların virtuoz ifaçısı olan Əminə xanım populyarlaşdıqca rəqibləri onun səhnədən getməsi üçün bütün üsullara əl atırdılar. Odur ki, rəqiblərinin qarşısında duruş gətirə bilmək, sənət həyatını daha yaxşı müdafiə etməkdən ötrü 1955-ci ildə bu cəhətdən mühüm vəsilə olan Sov.İKP-yə üzv olur ki, istedadlı sənət adamının ayaqda qala bilməsi üçün o vaxt bu çox vacib idi. Onun yaradıcılıq işlərinə Azərbaycan Dövlət Sirkinin baş baletmeysteri vəzifəsi də əlavə olunur. Ardınca Daşkənd qastrolu, oradan Moskvaya Estrada Artistlərinin Ümumittifaq müsabiqəsi - üç turdan keçir, lakin ona laureatlıq vermirlər, səbəb bunu göstərirlər ki, Bakıdan onu müdafiə üçün heç kəs gəlməyib. Əminə xanım indi bu əhvalatı «naqlaya nespra-vedlivost» («həyasız ədalətsizlik») deyə xatırlayır. Lakin özünü ələ alır və ruhdan düşmür.
1957-ci il. Mədəniyyət Nazirliyi ona Moskvada Tələbələrin və Gənclərin Beynəlxalq Festivalına estrada artistlərinin müsabiqəsi üçün rəqs ansamblı yaratmaq tapşırığı verir və ansambla baş baletmeyster təyin edir. Qarşıda altı ay vaxtı vardı. Əlibaba Abdullayev ilə işə başlayır. Vokalçılar, xalq çalğı alətləri ansamblı, kvartet və s. qruplarla birlikdə Əminə xanımın hazırladığı rəqs ansamblı da Moskvaya yola düşür və üstəlik onu münsiflər heyətinin tərkibinə daxil edirlər. Burada münsiflər heyəti sədrinin müavini qismində onun özünün indiyədək gördüyü ədalətsizliklərə qarşı necə qətiyyətlə durduğunu, rusların mənfi münasibət bəslədikləri çeçen rəqqas Mahmud Esenbayevi nə sayaq qətiyyətlə müdafiə etdiyini «Rəqqasə Əminə Dilbazi» kitabından təfsilatı ilə oxumaq olar. Nəticə o olur ki, onun Əlibaba Abdullayev ilə neftçilərdən hazırladığı bu qrup ümumittifaq və ümumdünya festivalından Bakıya 17 qızıl medalla qayıdır. Bu o vaxtın Azərbaycanı üçün çox böyük mədəni hadisə idi. Əminə daxilən məmnun idi: hər halda, Moskvanın şovinist mədəniyyət məmurlarının iradəsini qıra bilmişdi.
Bakıda isə... Başqa respublikalarda gümüş, bürünc medallarla qayıdanlar öz yerlərində yaxşı mükafatiandırıldıqları halda, bizimkilərin bu möhtəşəm uğurunun üstündən sükutla keçirlər. Onlar qrupun fəallarından bir neçəsinə «əməkdar artist», «xalq artisti» fəxri adlarını gözlədikləri halda, xeyli vaxt keçəndən sonra qrupun rəhbərini respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edirlər və Əminə Dilbazi indi bunu «üzünə tərsinə dəyən şillə» kimi xatırlayır.
Əminə xanım sənət ömründə 1957-ci ildə Çinə iki aylıq qastrol səfərini xoş təəssüratla anır. Ümumiyyətlə, hər ölkəyə qastrolu onun repertuarını həmin ölkənin bir-iki populyar rəqs nömrəsi ilə zənginləşdirirdi. Beləlikiə, onun repertuarı coğrafi baxımdan ildən-ilə zənginləşmiş, buraya rus, ukrayna, özbək, ərəb, moldovan, gürcü, uyğur, tacik, hind və s. rəqsləri daxil olmuşdu, Çinə uzunmüddətli qastrol səfəri isə repetruarını Çin rəqsləri ilə bəzədi.
Əminə Dilbazi incəsənət tariximizə Azərbaycan Tibb institutunun «Çinar» (1959-cu ildən), Azərbaycan Dövlət Filarmoniyasının «Sevinc» (1967-1968) qızlar ansambllarının yaradıcısı kimi daxil olmuşdur. «Çinar» Almaniya, İsrail, Yuqoslaviya, Seneqal, Türkiyə, Kipr, keçmiş SSRİ respublikalarında professional kollektiv kimi qarşılanmış və adıçəkilən ölkələrdə xalqımıza, onun rəqs mədəniyyətinə başucalığı gətirmişdi. 1961-ci ildə onun sənət bioqrafiyasına yeni bir sətir yazıldı: SSRİ Mədəniyyət Nazirliyi ona «Ali dərəcəli balet artisti» adı verdi.
Ümumittifaq miqyasında artıq yaxşı tanınan Əminə xanım, bundan başqa, Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblında, Şimali Osetiyanın «Alan» rəqs ansamblında, Çeçen-İnquş Dövlət Milli Ansamblında bir çox rəqslərin, «Leyli və Məcnun» operası, «Arşın mal alan», «O olmasın, bu olsun», «Toy kimindir?» musiqili komediyalarında, «Fərhad və Şirin» dramında rəqslərin quruluşunu vermişdir. Bu sıraya «Arşın mal alan», «Məşədi İbad», «Ulduz», «Böyük dayaq», «İstedadlar axtarırıq» kimi filmlərdəki yaddaqalan rəqsləri də əlavə etməliyik.
SƏNƏTƏ ÖZƏL BAXIŞLARI
Sənətdə öz məxsusi yolu, öz dəsti-xətti, öz təkrarsız üslubu olan Əminə xanımın rəqs sahəsində avtoritet saydığı korifeylər: Qalina Ulanova, Mayya Plisetskaya, Nadejda Nadejdina, Mükərrəmə Turqunbayeva (bütün dünyada tanınan özbək «Bahor» ansamblının bədii rəhbəri və baş baletmeysteri olmuşdur), Nina Ramişvili, iliko Suxişvili, Vaxtanq Çabukriani, Mahmud Esenbayevdir. Onun nəzərincə, «daha on nəfərin adını bu siyahıya əlavə etmək olar».
«Bizim sənətin çətinliyi ondadır ki, rəqs eləmək mədəniyyəti başqa sənət sahələrinin - rəssam, heykəltəraş, şair, bəstəkar işinin ərintisində formalaşır. Əlavə eləyim ki, məsələn, rəssam kətan üzərində fırçası ilə istədiyinə nail olduğu kimi, rəqqas da rəqsin bütün süjetini yaradır, ayağı ilə səhnə kətanında cizgi ornamenti qurur. Rəqqasənin hər bir plastikası, görünüşü heykəl bütövlüyü ilə görünməlidir. Məhz heykəl bütövlüyünün içərisində hər bir komponent vardır; gözəl görünüş, plastika, qratsiya, proporsiya, düzgünlüyünü effektivləşdirən illüziya baxımları, işıq-kölgə vasitəsilə əzaların heykəl baxımlılığı və sair. Rəqqas bu heykəl görünüşlərini səhnədə canlandıra bilməlidir. Şair və bəstəkar sözlə, musiqi ilə əhval yaradır, həmin işi səhnədə rəqqas da görür».
«...xalq rəqsləri ilə professional rəqs arasında çox böyük fərq vardır. Bayramlarda, toylarda oyunları biranlığa gözlərinizin önünə gətirin. Hamının öz oyunu vardır, bir-birinə oxşamır. Heç əllərin, ayaqların hərəkətləri də musiqiyə uyğun gəlmir.
Səhnə isə musiqidən konkret metraj vaxtı tələb eləyir. Baletmeyster xalq, yaxud bəstəkar mahnılarını tam dəqiqliklə öyrənir və rəqsin quruluşu üzərində işləyir. Rəqs hökmən musiqiyə cavab verməlidir. Yaxud, rəqs musiqinin ayrılmaz tərkib hissəsi olmalıdır. Rəqsin süjeti olmalıdır və musiqiyə cavab verməlidir. Özündən yalandan birşey quraşdırmaq lazım deyil. Rəqsin quruluşu da musiqinin tərkib hissəsinə çevrilməlidir. Elə rəqs quruluşları var ki, uzun ömürlüdür, səhnədən düşmür, xalqın sevimlisinə çevrilir. Bir məsələni də qeyd eləyim ki, rəqsin mahiyyəti milli adət-ənənələrdən şirə almalıdır, onun oyun elementləri mənsub olduğun xalqın ruhunda olmalıdır. Bax, o vaxt bu rəqsin, quruluşun uğuruna inanmaq olar». Bu fikirlər Əminə xanımın rəqs sənətinə özəl baxışlarını əks etdirir.
Səhnə isə musiqidən konkret metraj vaxtı tələb eləyir. Baletmeyster xalq, yaxud bəstəkar mahnılarını tam dəqiqliklə öyrənir və rəqsin quruluşu üzərində işləyir. Rəqs hökmən musiqiyə cavab verməlidir. Yaxud, rəqs musiqinin ayrılmaz tərkib hissəsi olmalıdır. Rəqsin süjeti olmalıdır və musiqiyə cavab verməlidir. Özündən yalandan birşey quraşdırmaq lazım deyil. Rəqsin quruluşu da musiqinin tərkib hissəsinə çevrilməlidir. Elə rəqs quruluşları var ki, uzun ömürlüdür, səhnədən düşmür, xalqın sevimlisinə çevrilir. Bir məsələni də qeyd eləyim ki, rəqsin mahiyyəti milli adət-ənənələrdən şirə almalıdır, onun oyun elementləri mənsub olduğun xalqın ruhunda olmalıdır. Bax, o vaxt bu rəqsin, quruluşun uğuruna inanmaq olar». Bu fikirlər Əminə xanımın rəqs sənətinə özəl baxışlarını əks etdirir.
Haqlı olaraq sənət fədaisi adlandırılan Əminə Dilbazi öz pedaqoji üslubu olan bir müəllim, bir baletmeyster kimi tanınmış və etiraf olunmuşdur. Hələ 1940-cı ildə pioner saraylarında, dərnəklərdə, respublikanın bölgələrində rəqs qrupları ilə, sonralar Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, ümumittifaq və ümumdünya festivallarına hazırladığı rəqs qrupları, «Çinar», «Sevinc», Şimali Osetiyanın «Alan», Naxçıvanın «Şərur» (burada qədim «Yallı» rəqsinin cilalanması və bərpasında böyük əmək sərf etmişdi) ansamblları ilə apardığı məşğələlər ona zəngin pedaqoji təcrübə qazandırmışdı və öz üslubu ilə hamıdan fərqlənirdi.
1949-cu ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi öz sənətinin sirlərini milli rəqsləhmizi öyrənmək, ifa etmək və sevmək istəyənlərə həvəslə təlim etmişdir.
Əminə xanımın öz sənət mühitində bir çoxlarından bir üstünlüyü də rəqslə bərabər həm də «yazmaq» bacarığıdır. Onun milli rəqs sənətimizi populyarlaşdırmaq yönündə 70-ci illərdən bəri xeyli sayda məqaləsi dövri mətbuatda dərc edilmişdir. Bunlardan «Rəqslərimizə geniş meydan açaq» («Ədəbiyyat və incəsənət» qəzeti, 1970), «Rəqslərimizi qoruyaq, yaşadaq» («Azərbaycan gəncləri» qəzeti, 1973), «Milli rəqslərimizi təbliğ edək» («Mədəni-maarif» jurnalı, 4-cüsayı, 1979), «Mənim xeyirxahım» («Ədəbiyyat və incəsənət» qəzeti, 5 dekabr 1970-ci il), «Yallı ürəkləri fəth edir» və s. göstərmək olar. Əminə xanımın hələ o illərdə qoyduğu birçox suallar, qaldırdığı məsələlər öz aktuallığını hələ də saxlayır. O deyirdi ki, Azərbaycan rəqslərinin tarixi yazılmalıdır, milli özümlüyümüzün ifadəsi olan rəqs sənətimiz gərəyincə təbliğ olunmalıdır, rəqs geyimləri ilə bağlı problem öz həllini tapmalıdır.
Əminə xanımın sənət ecazkarlığı şairlərimizi də ilhama gətirmiş, ona bir sıra şeirlər həsr etmişlər. Bunlardan Mirvarid Dilbazinin «EI qızının oynamağı» ayrıca qeydedilməlidir. Bundan başqa, HəmidAbbasın «Səndən olmaz...» (1997), Ramiz Rövşənin «Cövdətiə Əminə dastanı», «Rəqqasə», Solmaz Kosayevanın «Əminə xanım Diibazi», «Nəlbəki» rəqsi», Fəridə Ləmanın «Rəqs et, Əminə xanım, rəqs et» şeirləri göstərilə bilər və bunlar hamısı gerçək poeziya nümunələridir. Anadan olmasının 75 illiyinə həsr olunmuş «Prima» filmi (1995) çəkilmişdir.
Mədəniyyət sahəsində respublikanın İttifaq mərkəzində oturan məmurlardan asılılığının hər cür üzünü görmüş olan Əminə xanım Azərbaycanın müstəqiüiyini xalqımız üçün çoxböyük nemət, onun mədəniyyətinin inkişafı üçün əvəzsiz vəsilə hesab edir. Qarabağ müharibəsi gedən ayiarda dəfələrlə öz «Çinar» ansamblı ilə cəbhə bölgələrində olmuş, əsgərlərimiz qarşısında çıxışlar etmişdir. Əminə Dilbazinin sənət fəaliyyəti dövlət tərəfindən müəyyən «ləngimələrlə» olsa da, yüksək qiymətləndirilmiş, ona 1954-cü ildə Azərbaycanın əməkdar artisti, 1959-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir.
Bu sənət fədaisi SSRİ-nin «Şərəf nişanı» (1972), «Xalqlar dostluğu» (1980) ordenləri və bir sıra medalları, Azərbaycan Respublikasının «İstiqlal» ordeni (1999) ilə təltif edilmişdir. 25 dekabr 1999-cu ildə anadan olmasının 80 illiyi dövlət səviyyə-sində qeyd edilmiş, Prezident Heydər Əliyevin bu professional sənət adamına ünvanladığı təbriki mətbuatda dərc edilmişdir.
Əminə Dilbazinin 1943-cü ildə o zaman Filarmoniyanın bədii rəhbəri işləyən, sonralar Azərbaycanın və bütün Sovet İttifaqının musiqi aləmində yaxşı tanınan Cövdət Hacıyevlə ailə qurduğunu yuxarıda qeyd etdik. Əminə xanımın özünə isnad etsək, müharibə getdiyindən toydan söhbət ola bilməzmiş, sadəcə nikahlarını qeyd etdirib, birgə yaşamağa başlayırlar. Azərbaycanın görkəmli musiqi xadimi olan Cövdət Hacıyev 1957-69-cu illərdə Konservatoriyanın II rektoru olmuşdur. Hələ 40-cı illərdə Azərbaycanda ilk simfoniya nümunələrini yaradanlardan biri idi, bizim ölkədə simfonik musiqinin özünəməxsus inkişaf yolu I keçməsi və geniş şöhrət qazanmasında xidmətləri danılmazdır.
Bu xoşbəxt ailənin övladlarına gəldikdə, Nərminə Hacıyeva (1944) Azərbaycan Dövlət Tibb institutunu bitirib, həkim işləyir. Tələbə vaxtı institutun məşhur «Çinar» qızlar rəqs ansamblının üzvü olmuşdur. Əri neftçi-mühəndisdir, iki övladları var:
Cavad (beynəlxalq dərəcəli şahmatçıdır), Xeyrənnisa (Əminə xanımın anasının adı qoyulmusdur).
Pərvin Bakıda Bülbül adına orta musiqi məktəbində oxumuş, sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, prof. Rauf Atakişiyevin fortepiano sinfini bitirmişdir. Həyat yoldaşı Nazim Muradov kimyaçıdır, ABŞ-ın Florida ştatının Melburn şəhərində günəş energetikası mərkəzində işləyir. Pərvin Muradova bu şəhərdə fortepianonu tədris edir, onun yetirmələri ABŞ-ın prestijli musiqi müsabiqələrində özlərini göstərə bilmişlər.
İsmayıl Hacıyev - dirijordur, Leninqrad (Sankt-Reterburq) Konservatoriyasını bitirib, müəllimi dünya şöhrətli Yevgeni Mravinski olmuşdur. Radio və Televiziya Simfonik Orkestrinin baş dirijorudur.
Pərvin Bakıda Bülbül adına orta musiqi məktəbində oxumuş, sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, prof. Rauf Atakişiyevin fortepiano sinfini bitirmişdir. Həyat yoldaşı Nazim Muradov kimyaçıdır, ABŞ-ın Florida ştatının Melburn şəhərində günəş energetikası mərkəzində işləyir. Pərvin Muradova bu şəhərdə fortepianonu tədris edir, onun yetirmələri ABŞ-ın prestijli musiqi müsabiqələrində özlərini göstərə bilmişlər.
İsmayıl Hacıyev - dirijordur, Leninqrad (Sankt-Reterburq) Konservatoriyasını bitirib, müəllimi dünya şöhrətli Yevgeni Mravinski olmuşdur. Radio və Televiziya Simfonik Orkestrinin baş dirijorudur.
Mikayıl Hacıyev - skripkaçıdır, Boris Qutnikovun rəhbərliyi altında aspiranturanı bitirmişdir. Musiqi Akademiyasında müəllim işləyir.
Cövdət bəylə «həmişə böyük məhəbbətlə, sevgiylə, bir-birimizə qarşılıqlı inam hissi ilə yarım əsrdən artıq bir yerdə yaşamış» Əminə xanımın söhbətlərindən: «Cövdətlə mənim dörd qız, dörd oğlan nəvəmiz vardır. Mən çox varlı, zəngin bir nənəyəm. Həmişə Cövdətlə çalışmışıq ki, övladlarımızı Azərbaycan mədəniyyətinə hörmət ruhunda tərbiyə eləyək, zəhməti sevsinlər. Heç vaxt özümüzün məşhur olmağımızdan onların vəzifə pilləsi ilə inkişafı üçün istifadə eləməmişik. Öz adımızla onlara karyera qazanmağa çalışmamışıq. Mən xoşbəxtəm və ərimlə fəxr eləyirəm».
Mükafatlar
-
Azərbaycanın xalq artisti
10-05-1959Azərbaycanın əməkdar artisti
22-09-1954
Abunə olun
Yeniliklərdən xəbərdar olun