1851-1931

SUFİ İBRAHİM AĞA HACIRƏHİM AĞA OĞLU DİLBAZOV
Hacırəhim ağa Vəhidinin böyük oğludur. Təxminən 1851 -ci ildə anadan olmuşdur. İlk təhsilini evdə atası Hacırəhim ağa Vəhididən almışdır. İbrahim ağa Dilbazov «atası Vəhidi kimi Şərq elmiərini dərindən bilən, fars, ərəb, türk dillərinin bilicisi, şair» idi - deyə Mirvarid Dilbazi «Bənövşələr üstə göz yaşları» kitabında onu belə xatırlayır. Amma Müseyib Dilbazinin xatırladığına görə, İbrahim ağa çoxlu aşıq şeirlərini, o cümlədən klassik ədəbiyyatdan çoxlu nümunələri əzbər bilirmiş, lakin özünün yazdığı orijinal əsərləri olmayıb. Qardaşı Camal ağanın «Divani-fəsahət»ində onun adı «Sufi ibrahim ağa» kimi xatırlanır ki, onun nəqşbəndi xəlifəsi Hacı Mahmud əfəndi incəvinin oğlu Veyis əfəndi ilə dostluğu və bu ləqəbi daşıması sufiliyə, nəqşbəndiliyə bağlılığından xəbər verir. Sufi İbrahim ağa sovetləşmədən əvvəl imkanlı ağalardan sayılırdı, özünün dəyirmanı vardı. Sovetləşmədən sonra var-dövlətinin böyük qismi əlindən alınan İbrahim ağa sıxışdırmalara məruz qalsa da, 1930-cu ilə qədər Xanlıqlarda yaşamış, özünün ifadəsinə görə sovet vaxtı arada 2-3 il mollalıqla məşğul olmuşdur. 1931-ci ilin fevralında kolxoz quruculuğuna qarşı müqaviməti aradan qaldırmaq məqsədi ilə ordu hissələrini də cəlb etmək yolu ilə kəndlilərin tərksilah edilməsi üzrə irimiqyaslı əməliyyatdan sonra («operasiya») digər Dilbazi ağaları (Kamil ağa, Hüseyn ağa və b.) ilə birlikdə 80 yaşlı İbrahim ağa və oğlu Ələddin ağa da AzDSİ orqanları tərəfindən həbs edilirlər. AzDSİ-XDİK arxivində saxlanılan bu işlə (PS-11789) tanışlıqdan da göründüyü kimi, İbrahim ağa Hacı ağa oğlu Dilbazov (atasının adı Hacırəhim deyil, qısaca «Hacı ağa» kimi qeyd edilir və bu xüsusat çaşdırmamalıdır) 1931-ci il fevralın 13-də həbs edilmişdir. Həmin gün onun evində aparılmış axtarışın protokolunda bir xəncər tapıldığı qeyd edilir. Kənd sovetindən verilən yoxlamaya əsasən, həbs edildiyi vaxt onun Musaköydə daş evi, sərəncamında 4 desyatin torpağı vardı. İşdəki sənədlərdən görünür ki, İbrahim ağa hələ 1930-cu ilin payızından müşahidə altında idi. Oktyabrın 10-da 1920-ci ildən kompartiyanın üzvü Qələndər ibrahim oğlu onu belə xarakterizə etmişdi: «...keçmiş bəydir, səs hüququ alınmışdır, iki otaqdan ibarət daş evi var, eyni zamanda ruhanidir, kəndlilər arasında dini təbliğat aparır. «Şamxor imamı» zühur edəndə ibrahim ağa təbliğat apararaq kəndliləri inandırmağa çalışırdı ki, daha sovet hakimiyyətinə inanmaq lazım deyildir». AzDSİ müvəkkili Kuropatkinin apardığı dindirmələrdə başqa bir Musaköy sakini də İbrahim ağanın molla olduğunu, İmamı ziyarətə getdiyini, təbliğat apardığını qeyd etməklə bərabər, onu da sözlərinə əlavə edir ki, «banditlərlə əlaqə saxlayır». 
AzDSI Qazax rayon fovqəladə uçluyunun mustəntıqı I.K.Xasayev fevralın 25-də İbrahim ağa Dilbazovu dindirmişdir. «...Qocalmış olduğumdan yaxşı görmürəm, lakin eşitdim ki, Şamxorun Bitdili kəndində imam zühur etmişdir və adamlara şəfa verir. Mən şəhərə gələndə Bitdili imamının yanından gələnlər inandırırdılar ki, doğrudan da adamlar şəfa tapırlar. Ertəsi gün mən də Bitdiliyə yollandım və bir gün keçmiş oradakı imamçı yığnağı dağıtdılar, çünki işin saxtakarlığı üzə çıxmışdı. Orada hökumət adamları məni tutdular, 20 günə yaxın həbsdə qaldım və sonra buraxdılar. Mən öz kəndimizdə heç kəsə təbliğat aparmamışam və ruhaniliklə məşğul deyiləm. Sovet hakimiyyəti zamanı 2-3 il və mövcud qanunlara uyğun olaraq ruhaniliklə məşğul olmuşam, amma o vaxt da dini mövhumatdan istifadə edərək heç kəsə təbliğat aparmadım. Mən heç vaxt öldürülmüş qaçaq Həmid Məmməd koxa oğlunun meyitini evimdə saxlamamışam. Heç bir banditlə əlaqəm olmayıb. Mənim bir qızım var, Tanrıverdi Xudaverdi oğlu onu almaq istədi, lakin yaşlı adam olduğundan qızım ona ərə getmədi, ona görə də o və qohumları hər baxımdan mənə ləkə yaxmağa çalışırlar, bundan başqa ifadəmə heç bir əlavəm yoxdur».
Dilbazi ağalarından İbrahim ağa, Kamil ağa və Hüseyn ağaya dair ittiham rəyinin İbrahim ağa Dilbazova aid hissəsində deyilirdi:  «...İş üzrə aparılan istintaq və şahidlərin sorğulanması müəyyən etmişdir ki, İbrahim ağa Hacı ağa oğlu Delibozov əsilzadə mənşəyə, dini rütbəyə malikdir, səs hüququndan məhrum edilib, əvvəldən mövcud quruluşdan narazıdır, antisovet təbliğat aparmışdır. «Şamxor imamının» zühurundan sonra oraya gedib, imamın «ziyarətgahı» dağıdıldıqdan sonra DSİ orqanları tərəfindən həbs edilib və 20 gün Gəncə həbsxanasında saxlanmışdır. O, kəndlilərin avamlıqdan doğan dini xurafatlarından istifadə edərək, onlara dini ayinləri icra etmək barədə moizələr oxuyur və bununla da taxıl tədarükü, ət tədarükü və s. üzrə kampaniyaların keçirilməsi üzrə işləri iflic etməyi nəzərdə tuturdu». İbrahim ağanın ona qarşı irəli sürülən bu ittihamları rədd etməklə yanaşı, Şamxor imamını ziyarətə getdiyini etiraf etməsi ittiham rəyinə əlavə olunmuşdur. Xasayevin hazırladığı bu ittiham rəyi istintaq qrupunun rəisi Medvedyev tərəfindən razılaşdırılır, Qazax fövqəladə troykasının sədri Korotkov tərəfindən təsdiqlənir. Bu vaxt məhbusun Qazax həbsxanasında saxlandığı qeyd olunur və iş üzrə 8 şahidin adları sadalanırdı. İşə 1931 -ci il martın 8-də məhkəmədən kənar qaydada troykanın iclasında baxılmışdır. Troykanın katibi Dimantın imzaladığı çıxarışa istinadən ibrahim ağa Hacı ağa oğiu Dilbazov ailəsi ilə birlikdə beş il müddətinə Qazaxıstana sürgün edilir, əmlakı müsadirə olunurdu. İşə tikilmiş 2 yanvar 1933-cü il tarixli başqa bir arayışda onların Qazaxıstanda Aral dənizi sahilində «Stan» deyilən yerə sürgün olunduqları qeyd edilir. Həmin hadisələr zamanı ibrahim ağanın oğlu Ələddin ağa güllələnir. ibrahim ağanın 70 yaşlı arvadı Zərmizan xanım, cavan gəlini (Ələddin ağanın arvadı Mirvari xanım) və körpə nəvələri Qazaxıstanda sürgün yerində beş il məşəqqətlər görürlər. İbrahimağa 1931-ci ilinyayında Aral dənizinin sahilində sürgün olunmuşların yaşadığı qəsəbədə vəfat edir. «Sürgün müddəti başa çatanda gəlin uşaqları da götürüb vətənə qayıdır və  o gündən uşaqların soyadlarını dəyişdirib, babalarının adı ilə «Hacıyev» yazdırır, -deyə Mirvarid xanım qeyd edir. İbrahim ağa Dilbazov əvvəlcə Zərmizan xanım (başqa adı Zərli, 1861-ci il təvəllüd) ilə evlənmişdir. Xeyli müddət uşaqları olmayıb, ardınca İbrahim ağa Xədicə xanımla (Dilbazi deyil) evlənir. Xədicə xanımla evlənərkən onun əvvəlki ərindən iki qızı vardı: Reyhan və Güllü. Sonra qismət belə gətirir ki, İbrahim ağanın hər iki arvadından övladları doğulur. İbrahim ağanın Zərmizan xanımdan doğulan övladları: Hacırəhim ağa (atasının adını qoyub) və Həvva xanımdır (Zərmizan xanımın anası Həvva xanım Mansur ağa qızının adıdır). Xədicə xanımdan doğulan övladları isə - Gövhərxanım, Ələddin ağa, Nəcməddin ağa, Mustafa ağa və Mahmud ağadır. Gövhərxanım öz nəslindən Kamil ağa ilə ailə qurmuş, onun övladlarının anasıdır. İbrahim ağanın oğullarından Nəcməddin ağa erkən gənclik yaşında (1342//1924) həyatdan getmişdir. 

Subscribe

Keep up with the news