Bu gün «Xanlıqlar» deyə tanıdığımız, tarixən isə adı vaxtaşırı dəyişikliyə uğramış bu yaşayış məntəqəsi Qazax Öikəsinin (Qazax Sancağı, Qazax Livası, Qazax Mahaiı) qədim türk yaşayış məskənlərindən biridir. Xanlıq və çarlıq dönəmində əkinə yararlı torpaqları Dilbazi ağalarına məxsus olmuşdur. Bəlli olduğu kimi, keçən onilliklərdə bu məkanda aparılmış arxeoloji qazıntılar zamanı kəndin yaxınlığında dəmir dövrünə aid (eramızdan öncə 8-6-cı əsrlər) daş qutu qəbirlərdən, eləcə də küp qəbirlərdən ibarət arxeoloji abidə üzə çıxarılmışdır. Bu tədqiqatlar zamanı eləcə də boz və qara rəngli qablar, dəmirdən hazırlanmış nizə ucluqları və s. yerli və gətirilmə məmulatlar aşkar edilmişdir. Xanlıqlar camaatının keçmiş yüzillərdə məskunlaşdığı ərazi - Coğaz(an) və Ağstafa çaylarının arasında Babadərviş məqbərəsinə görə Babadərviş adlanan və keçən yüzilin 50-ci illərindən arxeoloji baxımdan böyük önəm kəsb edən məkan və burada aşkarlanan tapıntılar barədə söz deməmək olmaz. Arxeoloqlardan professor İ.H. Nərimanov və Q.S. ismayılovun burada 1958-1966-cı illərdə apardıqları arxeoloji qazıntılar üç mədəni təbəqə aşkarlamışdı. Eramızdan öncə 5-ci minilliyə aid alt təbəqədən dairəvi yarımqazma evlər, gil qablar, dən daşları, sümüktoxa, iynə, biz, müxtəlif heyvansümükləri vəs., eramızdan öncə 3-cü minilliyə aid orta təbəqədən çiy kərpicdən tikilmiş dairəvi evlər, həndəsi naxışlar və quş təsvirləri ilə bəzədilmiş cilalı qara və qırmızı gil qablar, gil nəhrələr, manqallar, heyvan fiqurları, metaləritmə ocaqları, tunc əşya, arpa və buğda qalıqları və s. tapıldığı xəbər verilir. Babadərvişdə 2-ci minilliyin sonları, 1-ci minilliyin əvvəllərinə aid edilən üst təbəqədən isə arxeoloqlar dördkünc evlər, təsərrüfat quyuları və küpləri, müxtəlif mə-işət qabları, gil möhürlər, manqallar, tuncdan ox ucluqları, öküz heykəlciyi, dəmir məmulat və s. aşkarlamışdılar. Tapıntılar onu göstərirdi ki, bu məkanın ən qədim sakinləri əkinçilik, heyvandarlıq, toxuculuq, metal emalı və digər bəzi sənət sahələri ilə tanış imişlər. Onlar yeri ağac xışla şumlayırmışlar. Professor İ.H.Nərimanov yazır ki, əhalinin o çağlar düzəltdiyi qablar bəsit, qulpsuz və yastı oturacaqlı idi və Azərbaycandadulusçuluq dabirsənətsahəsiolaraq oçağlardan başlanır. Alt təbəqə Şomulutəpə mədəniyyətinə, orta təbəqə Kür-Araz mədəniyyətinə, üst təbəqə isə Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir. Birtərəfi Karqaya və Vəlixan meşəsinə, digərtərəfi Didəban («Didvan») bürcü və Ağstafa çayına söykənən, Tiflisdən və Şəmkirdən Qazağa, buradan isə Dilican dərəsi ilə İrəvan çuxuruna enən qədim ticarət yolunun üzərində yerləşən bu kəndin ərazisi və həndəvəri, Babadərviş və Didəban bürcünün qalıntıları və sair qədim abi-dələr buranın orta yüzillərdə sözügedən həmin qədim karvan yolu üzərində iri yaşa-yış məntəqəsi kimi seçildiyinin dilsiz şahidləridir.

Bu yerin ən maraqlı tarixi abidəsi - orta yüzillərə aid edilən və zamanımıza qədər ayaq üstə qalmış Didəban («Didvan») bürcüdür. Qazax-Dilican yolunun 7-8 kilometrliyində yüksək təpənin üstündə qərar tutmuş Didəbanı, «gözətçi bürcü» kimi izah edənlər də var. Bu dairəvi formalı əsrarəngiz tikilinin hündürlüyü 10 metr, diametri 8 metrə yaxındır. İçəriyə daxil olmaq üçün dar qapısı var. «Qüllə-donjon» tipli bu tikilinin özülü parça-parça qranitdən qoyulmuş, başı kəsik konus şəkillidir. Amma bu bürcün ətəyində 8 hektara yaxın sahəni əhatə edən, ətrafı qədimlərdə hasara alınmış yaşayış məntəqəsinin olduğu, sözügedən tikilini dərə ağzındakı bu yüksəklikdə tənha bir gözətçi bürcü kimi izah etməyi çətinləşdirir. Ətrafındakı şəhəryerinin izlərindən də göründüyü kimi, bu bürc, sadəcə, həmin adını dəqiq bilmədiyimiz bu qədim yaşayış məntəqəsinin ən hündür yeridir və bu gün ayaqda qalan bürcün tarixçəsi - adı naməlum olan bu qədim məntəqə ilə qırılmaz surətdə bağlıdır. Didəban bürcü Ağstafa çayının vadisi boyu ətrafı xeyli uzaq məsafədən müşahidə etməyə imkan verir. Bəzi mütəxəssislərin fikrincə, tikili erkən orta əsrlərə aiddir. Ərazidə arxeoloji qazıntılar aparılması çox mətləbləri üzə çıxara bilərdi.

Başqa bir maraqlı abidə Tacıbəy kurqanıdır. El rəvayətinə görə, bu kurqan keçmiş yüzillərdə bu yerdə iki ordu arasında baş vermiş böyük bir vuruşma ilə bağlıdır. Tacı bəy adlı sərkərdə bu savaşda qəhrəmanlıqla həlak olmuş və qalib ordunun əsgərləri qədim türk adətinə görə hərəsi bir at torbası torpaq gətirib məzarının üstünə calamışlar və beləliklə bu hündür kurqan konusvari təpə əmələ gəlmişdir. Bəzi el rəvayətlərinə görə, ilk vaxtlarda burada mövcud olmuş yaşayış məntəqəsinin adına Kiçik Xalxal, Əskipara dərəsindəki şəhərin adına isə Böyük Xalxal deyilirmiş. 1725-1728-ci illərə aid «Titlis əyalətinin mütəssəl dəftəri. Qazax və Borçalı. 1728-ci il» adlı Osmanlı tarixi qaynağında Qazax Sancağının Axstav nahiyəsində Xanlıqlar adında yaşayış mən-təqəsinin adı qeyd olunmur. Amma burada adı qeyd olunan iki digəryaşayış mən-təqəsi ehtimal etmək olar ki, indiki Xanlıqların yerində imiş. Bunlardan biri Qazax Sancağının həmin nahiyəsində qeydə alınmış, lakin rəiyyətləri olmayan Çələbi kəndi, o biri isə yenə də rəiyyətləri olmayan Xanlıca (başqa adı Yenicə) kəndidir. Çələbi kəndinin əkilən torpaqları 120 günlük, Xanlıcanın əkilən torpaqlarının isə 200 günlük olması bu iki məntəqənin kifayət qədər böyük olmasından xəbər verir, lakin rəiyyətlərinin yoxluğunun səbəbləri naməlum qalır. Hər halda, aradan 70-80 il sonra Molla Çələbi adlı şair və ziyalı şəxsin Xanlıqlar kəndinin sakini kimi xatırlan-ması güman etməyə imkan verir ki, söhbət həmin ərazidən gedir. Amma həmin tarixi qaynaqda Axstav nahiyəsində «İsmayıl kəndi» qeyd olunur. 55 ailənin yaşadığı bu iri kəndin sakinləri arasında Şahmalı Diyarqulu oğlu, Alı Molla Xan oğlunun adlarının qeyd olunması sözügedən yaşayış məntəqəsinin indiki Xanlıqların yerində və ya ona yaxın olduğunu söyləməyə imkan verir. Alı Molla Xan oğlu (yaxud Molla Alı Xanoğlu) Nadir xan Əfşarla görüşən və bu görüşdən adının üstünə «Dilbaz» ləqəbi qazanan şəxsdir. XVIII yüzilə dair rəsmi sənədlərdə Qazax mahalında həmin iki kəndin adı çəkilmir, lakin Qaray, yaxud Qaraylı adında kəndin varlığı qeyd olunur ki, Dilbazilərin nəsil rəvayətlərində bu kənd məhz onların ata-baba kəndi kimi xatırlanmaqdadır. Adından da göründüyü kimi, bu toponim tarixi qaynaqlarda Qazax ərazisində yaşamış qaraylar tayfasının adı ilə bağlıdır. Məsələn, Tiflis valisi İrakli xanın 1750-ci ilin iyul ayında verilmiş və Qazaxdan atlılar yığmaq haqqında hökmündə mahalın kəndləri sırasında «Qaray»ın da adı çəkilir. Hökmdə göstərilir ki, yasavul Ərdəşir bəy Qazaxdan 300 qoçaq atlı mülazim toplamağa və onları sandan keçirib İrəvana göndərməyə vəkil edilmişdir. Həmin hökmə əsasən, Qaray camaatı 5 atlı döyüşçü verməli idi və söhbət İrəvan ətrafında iraklinin İrəvan xanı və ona köməyə gəlmiş başqa xanlarla apardığı döyüşlərdən gedirdi. Bu etnonimi bəzi müəlliflər «Qaraylı», digərləri «Gəraylı» kimi izah etməyə çalışırlar. Amma həmin sözügedən sənəddə ərəb əlifbası ilə yazılışda bu söz «Gəraylı» deyil, məhz «Qaraylı» oxunur. Məsələn, Mirvarid Dilbazi də bu kəndin qədim adını «Gəraylı» kimi xatırladırsa da, həmin dövrə aid bu yazılı sənədin imlası bunu təsdiqləmir. Son üç yüz illik zaman kəsimində adının tez-tez dəyişməsi ilə seçilən bu yaşayış məntəqəsinin XIX yüzilin əvvəllərində artıq «Xanlıqlar» kimi qeyd olunmağa başladığını müşahidə edirik. Görünür, XVIII yüzilin sonlarına doğru Qaraylı, Çələbi, İsmayıllı, Xanlıca deyə adlanan kiçik və bir-birinə yaxın obalar tədricən bir-birinə qovuşmuş və onların torpaqları əsasında nisbətən iri Xanlıqlar kəndi formalaşmış-dır. Bu fikri qüvvətləndirən dəlil ondan ibarətdir ki, XVIII yüzilin sonları, XIX yüzilin əvvəllərində Qazax mahalı kəndlərinin siyahısında (bir neçə belə siyahı ilə tanış olmuşuq) Çələbi, Qaraylı, İsmayıllı, Xanlıca (Yenicə) kimi kəndlər daha qeydə alınmırlar. Karqaya səmtdə orta yüzillərdə mövcud olmuş və adı naməlum bir kənd yerinin kalafaları mövcuddur. Görünür, bu geniş ərazidə Ağstafa çayının hər iki sahilinə səpələnmiş balaca obalar zaman keçdikcə bir yerə toparlanmış, Böyük Xanlıqlar və Kiçik Xanlıqlar kəndlərini XIX yüzilə ərməğan etmişlər. Xanlıqlar camaatları etnik mənşələri baxımından sair Qazax elatları kimi sırf türk (oğuz/qıpçaq) mənşəlidirlər. Dini etiqadlarına gəldikdə, tarixən islamın sünni məzhəbinə («öməriyyə təlimi») mənsub olmuşlar, Şah İsmayılın və onun varislərinin şiəliyi zorakılıqla yaymalarının qarşılığında bir çox Qazax elatları kimi öz ata-baba məzhəblərini hifz etməyi bacarmış, şiəliyə keçməmişdilər. XIX yüzilin ortaiarından isə bu kəndin sakinlərinin arasında sair Qazax-Borçalı kəndlərində olduğu kimi nəqşbəndi təriqətinə bağlılıq da müşahidə olunmağa başlamışdı. XIX yüzilin əvvəllərində bu inzibati vahidin iki hissəyə ayrılaraq, Qazax mahalı (rusdilli sənədlərdə «distansiya») kəndləri sırasında «Böyük Xanlıqlar» və «Kiçik Xanlıqlar», bəzi sənədlərdə isə «Yuxarı Xanlıqlar» və «Aşağı Xanlıqlar» deyə adlandırıl-mağa başladığını görürük. 1831-ci ildə bu kəndlərin birincisində 106 tüstü (ev, ailə), ikincidə 36 tüstü vardı (cəmi 142 tüstü). Əsrin 60-cı illərində isə Böyük Xanlıqlarda 80 rəiyyət evi və 5 ağa evi; Kiçik Xanlıqlarda isə 43 rəiyyət evi və 4 ağa evi vardı. Böyük Xanlıqlar bu illərdə Qazax mahalında tüstülərin (evlərin) sayı 100-dən çox olan doqquz türk kəndindən biri idi. XIX yüzildə Şərur-Dərələyəz mahalında Xanlıqlar və onun yaxınlı-ğında Alpout kəndi qeydə alınmışdır. Ma-raqlıdır ki, Qazax mahalında da bu iki adda kəndlər yanaşıdır. Belə hesab etmək olar ki, həmin iki kənd Qazaxdan XIX yüzilin əvvəllərində cərəyan edən hərbi-siyasi hadisələrlə bağlı olaraq bu diyardan İrəvan çökəyinə və Naxçıvan səmtə üz tutmuş köçlərlə bağlı yaranmışdır. XVIII yüzilin sonları, XIX yüzilin əvvəllərində Qazax mahalının Gürcüstanla bir yerdə Rusiyaya ilhaq edilməsilə bağlı İranla başlanan müharibələr (1805-1813,1826-1828) əsnasında bu kənd faktik olaraq'cəbhə xəttinə düşür. 1826-cı il avqustun 10-da general Valerian Madatov rus canişini knyaz Yermolovun əmri ilə 6 top ilə silahlanmış 9 piyada rota ilə gəlib Qazax mahalına yetişəndə onun qərargah Xanlıqlar kəndində yerləşmişdi. Qazax mahalı kəndlərinin dövlətə ödədikləri taxıl vergisinin miqdarını əks etdirən və 1824-cü ilə aid bir sənəddə hər kənddən ümumilikdə ödənilən vergi taxılının miqdarı göstərildiyi halda, Böyük Xanlıqlar və Kiçik Xanlıqlardan bu taxıl vergisinin müvafiq olaraq Mehdi ağa (162 kod -1 kod 2 çanaq buğda demək-dir) və Alı ağanın (85 kod) adından ödəndiyi qeyd olunur. Həmin il, misal üçün, iri kəndlərdən Şıxlı 782 kod, Dağ Kəsəmən 132 kod, Qıraq Kəsəmən 656 kod, Daş Salahlı 192 kod, Salahlı 749 kod ödəmişdisə, 1831-ciildə BöyükXanlıqlar və Kiçik Xanlıqlar müvafiq olaraq 44 və 16 kod taxıl ödəmişdilər ki, bu da ilin quraqlıq keçməsi ilə əlaqədarola bilərdi. XIX yüzilin sonunda bu kənd artıq iki böyük obadan ibarət olmaqla, dörd tirəyə bölünmüşdü (Həmişəlli, Bayramalılar, Təriş və Cırdaxan). Bu iki kənddə ağalıq/bəylik zümrəsində yalnız Dilbazoğulları təmsil olunmuş-dular. Onlardan sonra kəndin ruhanilər zümrəsinə gəldikdə, XIX yüzilin 20-30-cu il-lərində Xanlıqlar Molla Çələbinin adı çəkilir. Bu şəxs yazılı qaynaqda zəmanəsinin gözəl şairi, ədəb sahibi və dərin bilikli ziyalısı kimi xatırlanır. Kazım ağa Salik ona ünvanladığı birşeirində dayısı və qayınatası Əbdürrəhman ağa Şair Dilbazoğlunun vəfatından sonra onun səviyyəsində həmsöhbət kimi Molla Çələbini göstərir. XIX yüzilin 60-cı illərində Qafqazın türk-müsəlman bölgələrində dini işlər nizamlandığı əsnada kənd iki prixoddan - Böyük Xanlıqlar və Kiçik Xanlıqlardan ibarət idi və bu prixodlara müvafiq olaraq Molla Əhməd Hacı Nəbi oğlu (1845-ci il tə-vəllüd) və İsmayıl əfəndi Həmzə oğlu (1823-1869) «mollayi-ruhani və ruhanilik ümurinə imam» təyinatı almışdılar. Onların hər ikisi vergilərdən azad edilmişdilər. ismayıl əfəndinin vəfatından sonra yurdunda 3 oğlu qalmışdı (Osman, Alı və Həm-zə), lakin onlaratalarının yolunu davam etdirmədikləri üçün, yenidən vergiyə qoyu-laraq, qaytarılıb rəiyyət zümrəsfnə aid edilmişdilər. 1865-ci ilin may ayından etibarən Hacı Molla İbrahim Əşrəf oğlu (1825-ci il təvəllüd) da müftiyyatın vəsatətindən sonra Tiflis Xəzinə Palatası tərəfindən ruhani zümrəsinə daxil edilmişdi (onun iki oğlu göstərilirdi: Miri - 15, Abdulla 10 yaşında). Əsrin sonlarında Böyük Xanlıqların prixod mollası Molla Məmməd Molla Yusif oğlu idi. Qeyd etdiyimiz kimi, 1901-ci ildə Xanlıqlar dörd obadan ibarət idi və kənd məscidi Dilbazi ağalarının mülkləri olan səmtdə yerləşirdi. Hacı Rəhim ağa Vəhidinin inşa etdirdiyi həmin məscidin onun soyundan olan Çingiz ağa Dilbazov tərəfin-dən yenidən təmir etdirilmiş olduğu göstərilir. Keçən yüzilin əvvəllərində kəndin ru-hani mollaları sırasına həmişəllilərdən Molla Süleyman Vəli oğlu (1864-1944) əlavə olunur. 

Subscribe

Keep up with the news